Mən atamın qızıyam. O, ən çox məni sevər. Nə desəm o da olar. Evdə şahzadə kimiyəm. Atamın yanında kimsə mənə bir söz deyə bilməz.
Həftəsonu evimizə gələn xalam böyük bir vasvasılıqla boya hazırladı və evi boyamağa başladı. O, çox intizamlı, təmiz və vasvası bir qadındır, amma gələn kimi bizə gün vermir. Təmizlik edərkən həmişə balaqlarını toplayar, saçını qulaqları çöldə qalacaq şəkildə bağlayar. Bütün ömrü təmizliklə keçər. Təmizlik üçün ölə bilər.
Evi o qədər zövqlə rəngləyirdi ki, dözə bilmədim. O, nərdivana çıxmışdı, yuxarıları rəngləyərkən, mən aşağıda yeni boyanmış yerlərə barmaqlarımla şəkillər çəkirdim. Mən xəyallara dalıb öz əsərimə tamaşa edərkən, qışqıraraq nərdivandan endiyini gördüm. Təbii ki, qaçmağa başladım. Bir az gecikdim, uzun saplı fırçanı bir-iki dəfə kürəyimdə hiss etdim. "Mən sənə göstərərəm, qan-tər içində divar boyayım, sən gəl korla, ərköyün cadugər" dedi. Çox pis olmuşdum, bu qədər gözəl əsər yarat, özün də təhqir eşit. Qaçarkən atam önümə gəldi, dizlərinə yapışdım. Bir anda cənnətə düşmüş kimi oldum. Ürəyimdə: "İndi görərsən, təmizlik xəstəsi" dedim. Atam: "Nə olub?" dedi. Onun gözləri böyümüşdü, xalam isə kənara çəkilmişdi. Mən bir anda olanları izah etdim, xalam da özünü müdafiə etdi. Atam: "Nə? Sən mənim qızıma vurursan? Dərhal get buradan, bir daha gəlmə" dedi. Xalamı döyürmüş kimi hərəkətlər etdi, anlaya bilmədim ki, xalam qovulduğu halda niyə gülürdü. Mən də atamın qucağından ona baxırdım. Həm qürurlu, həm də qəribəydim, anlaya bilmədiyim şeylər olurdu.
Anam işlədiyi üçün qohumlar tez-tez evimizi zəbt edər, kömək bəhanəsi ilə bizə əziyyət edərdilər. Dayım və yoldaşı ayrı bir aləm idi. Sanki şeytanla mələk evlənmişdi. Dayım: "Bu divandan enəni gəbərdərəm" deyərdi. Evin içində gəzmək belə qadağan idi, divandan məhəllədə oynayan dostlarıma baxardım, bəzən işarə ilə danışardıq. Dayım pəncərəyə yaxınlaşmış, yazdığım yerdə məni tutmuşdu və gülərək döymüşdü. Arvadı "Etmə" deyə dayıma yalvarırdı, amma o dinləməzdi. Övladları olmamışdı, öz aramızda danışarkən "Allah özü bilən məsləhətdir" deyə qərar vermişdik. Məni vurduğunu atama söyləmişdim, amma atam hər dəfəsində "Mən ondan soruşaram" deyər, əsəbləşmiş kimi davranar, çöldə döyüşdüklərini söyləyərdi. Nədənsə bir dəfə də olsun mənim yanımda onu döymədi, hamısını çöldə həll etdi. Anama dayımın etdiklərini danışarkən anam hirslənər, sonra da gülərdi. Bu böyükləri anlamaq həqiqətən çox çətin idi.
Atam: "Haydı yatışın, səhər erkəndən yaylağa gedəcəyik" dedi. Bütün hirsimi unudub xəyallara dalmışdım. "Yaylaq nədir? Necə bir yerdir" düşünərkən yuxuya getdim. Səhər bir mikroavtobusa doluşduq, məxsusi yaylaq üçün tutulmuşdu. Saatlarla yol getdik və böyük bir təpənin altında "Bu yoxuşla çıxacağıq" dedilər. Mən ağlamağa başladım, çıxa bilməyəcəyəmi söylədim. Atam məni çiyinlərinə oturtdu, bu müdhiş mənzərəni izləyərək təpəyə qalxdıq. Hərdən bir arxama baxıb qıpqırmızı insanları görüncə halıma şükr edirdim. Atam çox güclü, cəld bir adam idi. Digər insanlar çox yorulmuşdu, o, məni daşıdığı halda yorulmamışdı. Arada dayanıb bir az fasilə verirdik. Böyük əlləri ilə mənə su içirirdi. Hazırladığı çörəyin arasında pendir və pomidoru mənə verirdi, qarpızın ən gözəl yeri mənim idi. Mən atamın qızı idim, həyat çox gözəl idi.
Atam siyasət ilə çox maraqlanar, baş vermiş hadisələri yaxşı bilərdi, hər kəs ondan soruşardı. O danışar, hər kəs dinləyərdi.
Yaylaq evlərini görüncə çaşmışdım. "Daşları üst-üstə qoyub ev düzəltmişdilər. Bəs başımıza tökülsə?" dedim. Bacım: "Ərköyün yenə başladı" dedi. Atam məni başa saldı və möhkəm olduğuna inandırdı. "Bəs gecə heyvanlar gəlsə?" dedim. "Mən varkən kimsə sənə bir şey edə bilməz" dedi. Atam çox güclü idi. Mən atamın qızı idim, həyat çox gözəl idi.
Atam: "Sabah səhər sizi bir yerə aparacağam" dedi. Çox sevindik, amma hara olduğunu izah etmədi: sürpriz imiş. Biz də xəyallara dalaraq yatdıq. Səhər nahar edib yola düşdük. Bir saatdan sonra Tanrının bizim üçün yaratdığı, yaşıllıqlar arasında qapqara muncuq kimi dayanan ləziz meyvələrə çatmışdıq. Tək-tək yığıb yeyilən bu meyvənin adı böyürtkən imiş. Bir müddət sonra atam böyük ovucları böyürtkənlə dolu gəldi, "Götür, qızım, ye" dedi. Hər kəs yanımıza gəldi, onlara da verdik. Ağızımız, əllərimiz qapqara olmuşdu. Atam: "Yaylaqdan gəldiyinizi hər kəs biləcək" dedi. Bu fikir xoşumuza gəldi, bilərək özümüzü rəngləməyə başladıq. Bütün günü atam mənə meyvə yığdı, məni belində daşıdı.
Xəstə olduğum zaman atam "İstə məndən nə istəyirsən" deyirdi. Mən xəstə olduğum üçün heç bir şey istəməzdim. Kiçik qardaşım davamlı qulağıma pıçıldayardı: "Banan istə, banan". İstəkləri bitməzdi, hər şey istəyirdi, söyləməyim üçün məni məcbur edərdi. Bir gün o qədər şişirtdi ki, "Yük maşını istə" dedi. Mübahisə edəcək halım yox idi, yalnız "Axmaqsan? Mən yük maşınını nə edəcəyəm? Dərhal başa düşər" deyə bildim.
İllər keçdi, indi anam ilə mübahisə edirik. "Xeyr, ana, atam çox böyük idi, böyük əlləri vardı, heç yorulmazdı, çox cəld bir adam idi" deyirəm. Anam: "Xeyr, qızım, o həmişə kiçik bir adam idi" deyir. Qulağı da eşitmir, ona görə də insanlar danışarkən gülərək baxır, istəsə də mövzuya qatıla bilmir. Onu mağazadan gələrkən gördüm, bir sağa, bir sola əyilir. Qulağındakı problem ucbatından başı fırlanırmış. Ürəyimdən "Anam nə zalım qadındır, kişi xəstədir,ou mağazaya göndərib" deyə əsəbləşərkən mənə yaxınlaşdı, çörəkləri götürmək istədim. Əsla icazə vermədi, anama haqsızlıq etdiyimi, onun istədiyini anladım. İnsanlar yaşlandıqda uşağa dönür. Tarix təkrarlamadan ibarətdir. Bir zamanlar mənim gözümdə nəhəng olan atam məgər kiçik bir adammış.
XƏBƏR LENTİ
Şəfalı masaj necə olmalıdır?
Burak Özçivit və Fahriye Evcendən yeni qərar_FOTO
Sualtı aləmə səyahət-2
24 karatlıq tualet kağızı
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Hülya Avşar efirlərə qayıdır?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Azərbaycan incisi payızın rənglərinə büründü
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Masallıda "Cənnət ağacı"
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
HAVA necə olacaq?- 5 MART
Ata olmağın məsuliyyəti
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Kosmosdan çəkilmiş ilk şəkil yayıldı
Rihanna yeni brendini təqdim edib - FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Bakının məşhur məktəbi niyə sökülür?
Messiyə nə olub?
Məşhur aktrisa hər kəsin rəğbətini qazandı-FOTO
Bakıda 15 nəfərə məzar olan binanın yanmasından bir il ötür
Məşhur aparıcının arxiv FOTOsu tapıldı
"Ağıllı" pəncərələr də yaradıldı
HAVA necə olacaq? 15-yanvar
Ağ şokoladlı biskuvit (foto-resept)
Araz çayı dondu
Arvadını ayının əlindən aldı
Yay makiyajı necə olmalıdır?
"Taxt oyunları"nın finalından danışan 30 milyon cərimələnəcək
Türkiyədə qış vaxtına keçid təxirə salındı
Yuxusuzluq üçün şəfalı daşlar
Dəbli paltolar
Ankara Papaya nota verdi
Göbələkli salat (Foto-resept)
"Pələng balası" salatı (foto resept)
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
Azərbaycanda hava kəskin soyuyur
Ancelina Coli Oğurluqda Günahlandırılır
Bu gün Səyavuş Aslanın doğum günüdür
Həqiqət acı olsa da...
Ajda Pekkan davranışı ilə təəccübləndirdi-FOTO
5 ən qorxulu reklam çarxı...
Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar
Onların dərsi 30 dəqiqə olacaq
Qadına şiddət olmaz!
Hava haqqında
Yenilənmiş Dodge Charger - FOTO
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...
- ŞƏRHLƏR