Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burda, «Kəndimizin mahnısı»nda Bayarm, «Özümüz bilərik»də İbişov, «Altı qızın biri Pəri»də Firuzbala, «Ulduz»da Şubay, «Hicran»da Dadaşbala, «Qaçırılmış qız»da Qəmzəli, «Lənət sənə, kor şeytan»da Misir Nəsir, «Əlli yaşında cavan»da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır: «Nişanlı qız»da Mindilli, «Həyatın dibində»da Luka, «Günah»da Ağaəli, «Böyük Romul»da Romul Avqustul, «Od gəlini»da Oddamdı, «Bizim qəribə taleymiz»də Fəriş, «Sevgililərin cəhənnəmdə vüsalı»nda Cabbar, «Dəlilər və ağıllılar»da Ağamusa Fərəcov, «Hökmdar və qızı»nda Vanya Koxa, «Mənsiz dünya»da Qərib Qulam, «Ah, Paris…Paris!..»də Əsdulla, «Mənim ərim dəlidir»də Kişi, «Mənim sevimli dəlim»də Baş redaktor, «Poçt şöbəsində xəyal»da Yoldaş tək, «Hamlet»də Poloni, «Varlı qadın»da Sarı, «Kaş araba aşmayaydı!..»da Aqabo Boqveradze, kimi obrazlara da öz imzasını qoyub. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.
Səyavuş Aslan çəkildiyi yüzə yaxın film və film-tamaşada da canlandırdığı obrazlarla kino aktyorluğu sahəsində öz sözünü deyib: 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan в„– 100), 777 в„–-li iş (film, 1992)(tammetrajlı bədii film), Adam ol! (film, 2005)(tammetrajlı bədii film), Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film), Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası), Aktrisanın təbəssümü (film, 1974), Bankir adaxlı (film, 2008), Belə lazımdır (film, 1982), Bəyin oğurlanması (film, 1986), Bizim qəribə taleyimiz (film, 2005), Cin mikrorayonda (film, 1985), Dəvətnamə (film, 2003), Evlənmək İstəyirəm (1983), Evləri köndələn yar (film, 1982), Əhməd Haradadır? (1963), Əzablı yollar (film, 1982), Fırıldaqçı (1983), Girişmə, Öldürər (1990), Hacı Qara (film, 2002), Xüsusi vəziyyət (film, 1986), Köç (1986), "Qayınana" əməliyyatı (film, 1999), Qəm Pəncərəsi (1986), Qırmızı Qatar (1993), Mən sənin dayınam (film, 2001), Mənim Ağ Şəhərim (1994), Musiqi Müəllimi (1983), Nakəs (1991), O Dünyadan Salam (1992), Romeo Mənim Qonşumdur (1963), Sabiqlər (film, 1999), Sabiqlərin yeni sərgüzəştləri (film, 2000), Səhər (film, 1995), Sehrli Çıraq (1987), Ulduz (film, 1964), Üzr İstəyirəm (1985), Yaşıl eynəkli adam (film, 1987), Yaşıl eynəkli adam-2 (film, 1999), Yaxşı Qurtardıq (1985), Yay Gününün Xəzan Yarpaqları (1986), Yeganə çıxış yolu (film, 1980), Yol əhvalatı (film, 1980), Yuxu (film, 2001), Zəncirbənd (film-tamaşa)
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Gözəllik üçün bakteriyalardan yardım alın
Toshiba Taylanda qayıdır
Ermənilərə gecə şoku
Evdə yemək masasının yeri
Mehriban Əliyeva Albaniyanın birinci xanımı və Latviyanın sabiq birinci xanımı ilə görüşüb
Bu serial da Reytinq qurbanı oldu
İsti hava zəlzələnin carçısıdır?
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
34 azərbaycanlı Ermənistan və Dağlıq Qarabağda saxlanılır
Əlfəcinlərim-3
Dadlı və ətirli piroq (foto resept)
"Öpüş" salatı (foto-resept)
Münasibətlərə zərər verən vərdişlər
Zukerberq ABŞ konqressinə dəvət olundu
Polisdən Aşura açıqlaması
Üzərlik, qızılgül, çilədağı
Məşhur futbolçu haqqında filmi çəkilir
İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Tarkan Yeni il konsertindən 2 milyon qazanacaq
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
"Qara siyahı"ya 435 nəfər düşdü
ABŞ-da güclü qar nəticəsində 10 nəfər ölüb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib
Türkiyədə sürücü hiyləgərliyinə qarşı qərar
Ağ Evdə koronavirus təşvişi- VİDEO
Şəkər xəstələrinə alimlərdən şad xəbər
Cadugər və falçılara "qarşı kampaniya"
Kəmərlərlə yaratdığımız stil
O fotoşəkli İlham Əliyev də imzaladı
Çaylarda vəziyyət necədir?
Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib - RƏSMİ
Qarağatın faydalı xüsusiyyətləri
Ginekoloq kişi, pinəçi qadın - olsun, olmasın?
Körpələr Hellouində
Azərbaycanda bütün iri ticarət mərkəzləri və “Mall”lar bağlandı - RƏSMİ + VİDEO
Murat Boz - "Aşklarım büyük benden"
İçlikli kabak (foto resept)
Üç ekranlı smartfon hazırlandı
4 addımla dərinizi gözəlləşdirin
Subay xanımlara 9 məsləhət
Soğanlı - yumurtalı piroq (foto resept)
40 metro stansiyası bağlandı, avtobus səfərləri təxirə salındı
Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Əl işlərim
Ərinizin xəyanətini necə qarşılamalısınız?
Tramp koronavirusdan ziyan çəkən vətəndaşlarına 1200 dollar verəcək
Bu idarələrdə işləyənlərin maaşlarında 500 manatadək əlavə ediləcək – QƏRAR
Kinoteatrlarda Google Glass yasaqlandı
Armstronqun əsyalari satişa çıxarıldı-FOTO
- ŞƏRHLƏR