Mən atamın qızıyam. O, ən çox məni sevər. Nə desəm o da olar. Evdə şahzadə kimiyəm. Atamın yanında kimsə mənə bir söz deyə bilməz.
Həftəsonu evimizə gələn xalam böyük bir vasvasılıqla boya hazırladı və evi boyamağa başladı. O, çox intizamlı, təmiz və vasvası bir qadındır, amma gələn kimi bizə gün vermir. Təmizlik edərkən həmişə balaqlarını toplayar, saçını qulaqları çöldə qalacaq şəkildə bağlayar. Bütün ömrü təmizliklə keçər. Təmizlik üçün ölə bilər.
Evi o qədər zövqlə rəngləyirdi ki, dözə bilmədim. O, nərdivana çıxmışdı, yuxarıları rəngləyərkən, mən aşağıda yeni boyanmış yerlərə barmaqlarımla şəkillər çəkirdim. Mən xəyallara dalıb öz əsərimə tamaşa edərkən, qışqıraraq nərdivandan endiyini gördüm. Təbii ki, qaçmağa başladım. Bir az gecikdim, uzun saplı fırçanı bir-iki dəfə kürəyimdə hiss etdim. "Mən sənə göstərərəm, qan-tər içində divar boyayım, sən gəl korla, ərköyün cadugər" dedi. Çox pis olmuşdum, bu qədər gözəl əsər yarat, özün də təhqir eşit. Qaçarkən atam önümə gəldi, dizlərinə yapışdım. Bir anda cənnətə düşmüş kimi oldum. Ürəyimdə: "İndi görərsən, təmizlik xəstəsi" dedim. Atam: "Nə olub?" dedi. Onun gözləri böyümüşdü, xalam isə kənara çəkilmişdi. Mən bir anda olanları izah etdim, xalam da özünü müdafiə etdi. Atam: "Nə? Sən mənim qızıma vurursan? Dərhal get buradan, bir daha gəlmə" dedi. Xalamı döyürmüş kimi hərəkətlər etdi, anlaya bilmədim ki, xalam qovulduğu halda niyə gülürdü. Mən də atamın qucağından ona baxırdım. Həm qürurlu, həm də qəribəydim, anlaya bilmədiyim şeylər olurdu.
Anam işlədiyi üçün qohumlar tez-tez evimizi zəbt edər, kömək bəhanəsi ilə bizə əziyyət edərdilər. Dayım və yoldaşı ayrı bir aləm idi. Sanki şeytanla mələk evlənmişdi. Dayım: "Bu divandan enəni gəbərdərəm" deyərdi. Evin içində gəzmək belə qadağan idi, divandan məhəllədə oynayan dostlarıma baxardım, bəzən işarə ilə danışardıq. Dayım pəncərəyə yaxınlaşmış, yazdığım yerdə məni tutmuşdu və gülərək döymüşdü. Arvadı "Etmə" deyə dayıma yalvarırdı, amma o dinləməzdi. Övladları olmamışdı, öz aramızda danışarkən "Allah özü bilən məsləhətdir" deyə qərar vermişdik. Məni vurduğunu atama söyləmişdim, amma atam hər dəfəsində "Mən ondan soruşaram" deyər, əsəbləşmiş kimi davranar, çöldə döyüşdüklərini söyləyərdi. Nədənsə bir dəfə də olsun mənim yanımda onu döymədi, hamısını çöldə həll etdi. Anama dayımın etdiklərini danışarkən anam hirslənər, sonra da gülərdi. Bu böyükləri anlamaq həqiqətən çox çətin idi.
Atam: "Haydı yatışın, səhər erkəndən yaylağa gedəcəyik" dedi. Bütün hirsimi unudub xəyallara dalmışdım. "Yaylaq nədir? Necə bir yerdir" düşünərkən yuxuya getdim. Səhər bir mikroavtobusa doluşduq, məxsusi yaylaq üçün tutulmuşdu. Saatlarla yol getdik və böyük bir təpənin altında "Bu yoxuşla çıxacağıq" dedilər. Mən ağlamağa başladım, çıxa bilməyəcəyəmi söylədim. Atam məni çiyinlərinə oturtdu, bu müdhiş mənzərəni izləyərək təpəyə qalxdıq. Hərdən bir arxama baxıb qıpqırmızı insanları görüncə halıma şükr edirdim. Atam çox güclü, cəld bir adam idi. Digər insanlar çox yorulmuşdu, o, məni daşıdığı halda yorulmamışdı. Arada dayanıb bir az fasilə verirdik. Böyük əlləri ilə mənə su içirirdi. Hazırladığı çörəyin arasında pendir və pomidoru mənə verirdi, qarpızın ən gözəl yeri mənim idi. Mən atamın qızı idim, həyat çox gözəl idi.
Atam siyasət ilə çox maraqlanar, baş vermiş hadisələri yaxşı bilərdi, hər kəs ondan soruşardı. O danışar, hər kəs dinləyərdi.
Yaylaq evlərini görüncə çaşmışdım. "Daşları üst-üstə qoyub ev düzəltmişdilər. Bəs başımıza tökülsə?" dedim. Bacım: "Ərköyün yenə başladı" dedi. Atam məni başa saldı və möhkəm olduğuna inandırdı. "Bəs gecə heyvanlar gəlsə?" dedim. "Mən varkən kimsə sənə bir şey edə bilməz" dedi. Atam çox güclü idi. Mən atamın qızı idim, həyat çox gözəl idi.
Atam: "Sabah səhər sizi bir yerə aparacağam" dedi. Çox sevindik, amma hara olduğunu izah etmədi: sürpriz imiş. Biz də xəyallara dalaraq yatdıq. Səhər nahar edib yola düşdük. Bir saatdan sonra Tanrının bizim üçün yaratdığı, yaşıllıqlar arasında qapqara muncuq kimi dayanan ləziz meyvələrə çatmışdıq. Tək-tək yığıb yeyilən bu meyvənin adı böyürtkən imiş. Bir müddət sonra atam böyük ovucları böyürtkənlə dolu gəldi, "Götür, qızım, ye" dedi. Hər kəs yanımıza gəldi, onlara da verdik. Ağızımız, əllərimiz qapqara olmuşdu. Atam: "Yaylaqdan gəldiyinizi hər kəs biləcək" dedi. Bu fikir xoşumuza gəldi, bilərək özümüzü rəngləməyə başladıq. Bütün günü atam mənə meyvə yığdı, məni belində daşıdı.
Xəstə olduğum zaman atam "İstə məndən nə istəyirsən" deyirdi. Mən xəstə olduğum üçün heç bir şey istəməzdim. Kiçik qardaşım davamlı qulağıma pıçıldayardı: "Banan istə, banan". İstəkləri bitməzdi, hər şey istəyirdi, söyləməyim üçün məni məcbur edərdi. Bir gün o qədər şişirtdi ki, "Yük maşını istə" dedi. Mübahisə edəcək halım yox idi, yalnız "Axmaqsan? Mən yük maşınını nə edəcəyəm? Dərhal başa düşər" deyə bildim.
İllər keçdi, indi anam ilə mübahisə edirik. "Xeyr, ana, atam çox böyük idi, böyük əlləri vardı, heç yorulmazdı, çox cəld bir adam idi" deyirəm. Anam: "Xeyr, qızım, o həmişə kiçik bir adam idi" deyir. Qulağı da eşitmir, ona görə də insanlar danışarkən gülərək baxır, istəsə də mövzuya qatıla bilmir. Onu mağazadan gələrkən gördüm, bir sağa, bir sola əyilir. Qulağındakı problem ucbatından başı fırlanırmış. Ürəyimdən "Anam nə zalım qadındır, kişi xəstədir,ou mağazaya göndərib" deyə əsəbləşərkən mənə yaxınlaşdı, çörəkləri götürmək istədim. Əsla icazə vermədi, anama haqsızlıq etdiyimi, onun istədiyini anladım. İnsanlar yaşlandıqda uşağa dönür. Tarix təkrarlamadan ibarətdir. Bir zamanlar mənim gözümdə nəhəng olan atam məgər kiçik bir adammış.
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR