Bakıda hava
USD AZN
EUR AZN
20 yanvar 15:17Iceberg Allah rehmet elesin
41328

Elçin Hüseynbəyli “Don Juan”

   Elçin Hüseynbəyli   “Don Juan”

“Don Juan “ deyərkən çox insanın ağlına xarici personaj gəlir. Bu günlərdə oxuduğum roman sayəsində bu Don Juanın əslində Oruc xan Bayat olduğunu öyrəndim. Bütöv adı “On üçüncü həvari – 141-ci Don Juan” olan əsərin müəllifi azərbaycanlı yazıçı Elçin Hüseynbəylidir.

Ilk olaraq müəllif haqqında bəzi məlumatları qeyd etməyi özümə borc bilirəm: içi mən qarışıq , çox mütailə edən (ən azından bunu iddia edən) hər kitabsevər təəssüf ki, maraq dairəmizə ya etalon halını almış bədii nümunələri ya da müasir xarici ədəbiyatı o qədər daxil etmişik ki, öz ədəbiyyatımızda olan kifayət qədər qiymətli imzalardan bixəbərik...

Elçin Hüseynbəyli (Təxəllüsü: Qaraçuxa) 1961-ci ildə doğulub, ali təhsilini Moskvada alıb, müxtəlif vaxtlarda Ulduz” jurnalına və “Ədəbiyyat” qəzetinə rəhbərlik edib, bir çox nüfuzlu ədəbi mükafatların sahibi, əməkdar incəsənət xadimidir. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "İki Od arasında" kitablarının, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.

Kitabları TürkiyəRusiyaLitvaÖzbəkistan və Gürcüstanda nəşr olunub.

Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.

Doqquz pyesi dövlət teatrlarında oynanılıb.

Əsər tarixi-macəra janrında olsa da, öyrəşdiyimiz macəra formasında yazılmayıb. Müəlliflə əsas qəhrəman arasında qəribə bir bağ, bağlılıq var. Sanki ədib ulu babasının yolu ilə getməklə, onun yaşadığları ilə maraqlanıb, qaranlıq yollarına işıq salarkən şəcərəsinin, Oruc bəyin qarşısında mənəvi borcunu yerinə yetirir. Bu ona rahatlıq verir.

Müəllif araşdırma dövründə getdiyi yerlər, qarşılaşdığı adamlar, yaşadığı hadisələr haqqında zaman problemi yaşamadan Oruc bəyin taleyi ilə paralel verməyi bacarmışdır. Yazıçının ustalığı seçdiyi marşrut, məkan ardıcıllığı onun zaman ardıcıllığını asanlıqla qoruyub saxlayıb inkişaf etməsinə imkan verir.

Romanda hər surətdə qısa, lakin dərin baxış bucağı var. Dolayısı ilə hər surət qısa müddətli olsa belə səhnəyə çıxanda müəllif onun xarakterini, tipoloji xüsusiyyətlərini açmağa çalşır. Nəticədə də roman zəngin xarakterik təsvir daşıyır.

Ən geniş şəkildə yer alan isə, təbii olaraq, əsərin əsas qəhrəmanı Oruc bəydir. Yazıçı onun uşaqlığı, valideyinləri, həyat yolu, Avropa səfəri, taleyinin qəfil dönüş nöqtəsi və b. nüanslar haqqında geniş məlumat verir.

“Don Juan” əslində bizə orta əsrlər qərb ədəbi əfsanələrindən tanış gəlir. Onun haqıında formalaşmış fikridə nədənsə sadəcə əyləncəli həyata və qadınlara düşkün olan müəmmalı obraza rast gəlirik. Elçin Hüseyinbəylinin romanında isə Oruc bəy oxucuya çox doğma gəlir. Gözlədiyimizin əksinə həssas, vətənpərvər, ağıllı, köklərinə bağlı bir Don Juan görürük.

Don Juan»da müəllif özü də romanın personajlarından birinə çevrilir, Azərbaycan Don Juanının keçdiyi yolları sanki addım-addım izləyir, həm tarixi yeni gözlə «oxuyur», həm də ulu babasının hərəkət və əməllərini, yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir süjet daxilində oxucuya təqdim edir. Romanın janrı aydın şəkildə seçilir lakin iki janr diqqətçəkir: müasir və tarixi roman janrı. Əsərin əsas sujet xətti səfəvi dövlətinin elçiliyi tərkibində İspaniyaya gedərək hansısa müəmmalı məqsədlə, ani qərarla  (roman irəlilədikcə bu məqsədə aydınlıq gəlir) adından, dilindən, dinindən və təmsilçisi оlduğu dövlətdən imtina edib xristianlığı qəbul ediərək Don Juan olmuş Bayat nəslinin qiymətli sərərdələrindən biri olan Oruc bəyin dumanda itən taleyinə işıq saçılıb. Müəllif bu dumanda güclə zezilən, cüzi olaraq rastlaşdığı izləri tutub gedir. Və bu izlə gedərkən İspaniyada tanış olduğu gözəl Qayde ilə qısa müddətlik də olsa bir “donjuanlıq” edir. Bu yəqin ki ulu babasını daha dərindən duymaq və onun taleyini hiss etmək baxımından qurulan nüansdır.


Romanın təhkiyəsi, dil və üslub xüsusiyyətləri kifayət qədər uğurludir. Oxucu hansısa yaxın adamının yol qeydlərini oxumuş kimi olur. Özümə belə bir roman kəşf etdiyim üçün sevinirəm. Sırada isə müəllifdən növbəti əsər- “Balıq adam” var...

Səslərin sayı: 0
2
378
Digər yazılar
Şərhlər
Offline
PERI
Kitabları Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.
4 yanvar 2020 18:03
Offline
Sima
Ən geniş şəkildə yer alan isə, təbii olaraq, əsərin əsas qəhrəmanı Oruc bəydir. Yazıçı onun uşaqlığı, valideyinləri, həyat yolu, Avropa səfəri, taleyinin qəfil dönüş nöqtəsi və b. nüanslar haqqında geniş məlumat verir.
4 yanvar 2020 18:01
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • İlk qadın redaktorumuz

    Привет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый огромный набор лего https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователямДоброго Всем настроения! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой h m https://www.instagram.com/p/B6NW2T-gdqM/ :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - какой самый большой изгиб для нарощенных ресниц https://www.youtube.com/watch?v=9r1lwLiMbdo :-) Жесть Понравилось: 8465477785 пользователямПривет! Советую взглянуть (ЭТО НЕ РЕКЛАМА) : - как выиграть monkey scissors https://www.instagram.com/tv/B6Sg7DTAHNH/ :-) Жесть Понравилось: 8465477785 пользователям
  • Bunları tozsoranla təmizləməyin

    Un tozsoranın motoruna girib onu xarab edə bilər.
  • 18:54 - Müəllif: aysel hesenli
    Faciədən 30 il keçir... (1)

    Faciədən 30 il keçir...

    30 il az vaxt deyil
  • Amerika mütəxəssislərindən Toyuq əti haqqında XƏBƏRDARLIQ

    Araşdırmanın nəticələrinə görə, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaradırıq.
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    Taksiyə minmədən əvvəl qiyməti dəqiqləşdirib, sonra davam edin.
  • Milyader olmadan əvvəl necə görünürdülər?

    Milyader olmadan əvvəl necə görünürdülər?
  • İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr

    "Sizə özel qiymət" deyilərək satmağa çalışan xalçalar əslində normal qiymətindən daha baha satılır.
  • Bunları tozsoranla təmizləməyin

    Saç, filtləri çox sürətli tutar və cihazda daha çox saç girdikdə, tozsoranın gücü böyük ölçüdə azala bilər.
  • Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....

    Həkimlərdən XƏBƏRDARLIQ-Bu insanlara....
  • Diri ilanbalığı uddu ölümdən döndü-FOTO

    Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!