Bakıda hava
USD AZN
EUR AZN
09:37Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41352

Beren Saat məşhurluğu həbsxanaya bənzətdi-MÜSAHİBƏ/VİDEO

 

Beren Saat məşhurluğu həbsxanaya bənzətdi-MÜSAHİBƏ/VİDEO



 

"Netflix"in yeni Türkiyə istehsalı olan "Atiye"də baş rolu calandıran Beren Saat "Based İstanbul" jurnalı üçün kamera qarşısına keçib.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Beren təkcə foto və video çəkdirməyib, o, eyni zamada dərgiyə müsahibə də verib.

B. Saat aktrisalıq fəaliyətinə "Aşk-ı Memnu"da birlikdə rol aldığı Selçuk Yöntemin tamaşasını izlədikdən sonra başladığını bildirib.

"9-10 yaşım var idi. Selçuk Yöntemin "Ben Feuerbacj" tamaşasını izləmişdim. Finalda dəmir pilləkənləri, yanıb-sönən işıqları və aktyorun səhnəyə çıxışını xatırlayıram. "Mən də bu səhnədə olmaq istəyirəm" hissi yarandı",- deyə məşhur aktrisa vurğulayıb.

Bundan əlavə, Beren Türkiyə istehsalı olan filmlərdən narazı olduğunu qeyd edib: "Çox qaranlıq, gərgin bir dövrü aşmışıq. İndi musiqi, kitab və teatrda çox gözəl yaradıcı məhsullar ortaya qoyurlar. Təəssüf ki, bunları filmlərdə görmürük. Çünki komediya janrında kinolarımız daha çox çəkilir".

"Məşhurluq sizə necə təsir edir?" sualına serial və kino ulduzu belə cavab verib: "Məşhurluq, populyarlıq məşhur olanadək gözəl görünür. Lakin məşhur olduğun gün sanki həbsxanaya düşürsən".

Beren Saat məşhurluğu həbsxanaya bənzətdi-MÜSAHİBƏ/VİDEO


Səslərin sayı: 0
0
55
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış