Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının iyunun 5-də qeyd olunacağını elan etsə də, bəzi sosial şəbəkə istifadəçiləri iyunun 4-də Ayın göründüyünü iddia edib. Bu isə oruc tutan insanları əndişəyə salaraq, "orucu açaqmı, açmayaqmı" sualları qarşısında qoyub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Modern.az-a açıqlamasında deyib ki, iyunun 3-də Ay görünməyib:
"Ay bu axşam görünəcək".
Ayın görünməsinin əvvəlcədən proqnozlaşdırılması məsələsinə gəlincə, X.Mikayılov bunun mümkünlüyünü təsdiqləyib:
"Xüsusi proqnozlaşdırmalarla hələ 3-5 min il sonra üçün də dəqiq proqnoz verə bilirik. Ona görə də əminliklə deyirəm ki, Ay bu axşam görünəcək. Axşam Günəş batdıqdan (gün saat 20:06-da batır) 1 saat 2 dəqiqə sonra da Ay batır (21:04-də). İyunun 4-ü axşam saat 21:20-21:30 radələrində Qərb tərəfdən üfüqə (üfüq açıq olmalıdır) baxsanız, özünüz də yeni Ayı görəcəksiniz".
Direktor müavini bu axşam Ayın adi gözlə müşahidə ediləcəyini vurğulayıb:
"Bəzən Günəş batandan yarım saat sonra Ay da batır. O anda Ayı adi gözlə görmək çox çətin olur. Bu məqamda Ayı görmək üçün professional olmalısınız. Amma teleskoplarla rahat görünür. Bu axşam isə vətəndaşlar yeni doğulmuş Ayı adi gözlə görə biləcəklər. Mən hər birinizi əmin edirəm. Heç bir fikir ayrılığından söhbət gedə bilməz".
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır, bu tarixlər iş günü deyil
XƏBƏR LENTİ
4 fərqli hörük modeli
Qış gəldi, amma istilik yox
2018-ci ildə evlənən məşhurlar
İş axtaranların nəzirənə
BÜRCLƏR bizə nə vəd edir?-15 Sentyabr
Make up (foto dərs)
İstifadə etmədiyiniz əşyaları dəyərləndirməyin yolları
Sabah Bakıda hava yağmursuz olacaq
Hava dəyişikliyi insan psixologiyasına təsir edir
Gənc yaşlarda saç ağarması
Dünyanın kənarındakı vulkan püskürdü: aləm külə büründü
Günün ulduz falı
Cemli bulku (foto resept)
"Gülmək insanı qocalmaqdan qoruyur""
BÜRCLƏR bizə nə vəd edir?-23 Aprel
Artıq çəkidən xilas edən yürüyüş haqqında bilmədikləriniz
7 gün ərzində pomidor yeməyin faydaları
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Rus tankları artıq Azərbaycanın ərazisindədir
Oruc tutmayan insanlar nə etməlidirlər?
Hava haqqında
Dünyanın ən uzun tuneli bugün açılacaq
Azərbaycanda zəlzələ
Günün ulduz falı
Qəlb hüzuru üçün namaz
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Çingiz Mustafayevin çin olan arzusu
Özünü reallaşdırmaq
Snayder 36 minlik təzminat ödəyəcək-FOTO
Hikmət Hacıyev erməni terrorçuları tərəfindən dağıdılmış Gəncə bazarının görüntülərini paylaşdı - FOTO/VİDEO
"Butoyaş" salatı (foto resept)
Prezident Bakı məscidində
Niyə açıq havada toy keçirmək olmaz?
ASAN-dan yeni xəbər
İşinizdən razısınızmı?
Şirin Fəsəli (foto resept)
"Nəvəmin mənə nənə deməsini istəmirəm" - Seda Sayan
İdmançımız Avropa çempionu oldu
Yeni tikililərə niyə istilik sistemləri qoşulmur? - RƏSMİ
Dərdlərə dərman olan badımcan sapı
Günün qoroskopu: ömür dediyin...
Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
Müdafiə Nazirliyindən hərbi forma geyinən mülki şəxslərə XƏBƏRDARLIQ
Dünya milyarderlərinin yeni reytinqi açıqlanıb
Rahat ayaqqabılar
Android-də təhlükəli virus yayılır
Pendirli kotlet və kartof kotleti (foto-resept)
Kompüter monitorları alan azalır
Niki Minajın yoldaşı 10 illik həbs oluna bilər-SƏBƏB