Müqəddəs Qurban bayramı münasibətilə Füzulidə, cəbhə xəttində düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirilib.
ANS PRESS-in məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara Qurban bayramı sovqatı çatdırılıb. A.Alıyev Qurban bayramının İslam dünyasının əsas bayramlarından biri olduğunu, İslam dinində bu günün xüsusı mahiyyət və əhəmiyyət kəsb etdiyini, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığının əksini tapdığını vurğulayıb.
Şəxsi heyətlə keçirilən görüşdə bildirilib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə günü uzaqda deyil, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.
Diqqətə çatdırılıb ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.
A.Alıyev Qurban bayramı münasibətilə əsgərləri təbrik edib, xidmətdə fərqlənən bir qrup zabit və əsgərə Fəxri Fərman təqdim edib, əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Hərbi hissə komandanlığı bu cür görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayıb.Sonda bayram sovqatı hərbi hissəyə təqdim olunub.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi
Gündəlik həyat tərzimiz necədir?
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Tək barmaqla göyə qalxan daşın sirri-FOTO
Ayaqqabı təmizliyi üçün praktik üsullar
“Twitter” satışda - Kim alacaq?
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Azərbaycanda zəlzələ olub
Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycanda zəlzələ baş verib
Soyuq da gözəllik yaradır
Permdə doğulan Ömər Xəyyam
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu gün Aşura günüdür
Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb
Bakıda 37 metrlik yolka
Mumiyalarla bağlı yeni kəşf
Malyariya
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Bülənt Ərsoy koronavirusa yoluxub?
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bəyəndim (Like)
"Real"ın ulduzuna 7 milyon qiymət qoyulub
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
Qarındakı yağları əridən detoks
Şamaxıda yollar buz bağladı
Hər kəsi təəccübləndirən cütlüklər
''İlan'' salatı
İş axtaranların nəzirənə
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İlham Əliyev xalqı əmin etdi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Tokyonun ən qəribə 5 restoranı
Əliyev: Əgər bir də belə olacaqsa...
Bu şəhərdə internet pulsuz olacaq
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Hava xəbərdarlığı
Virtual autizm yayılır
Qiyməli pide (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Kitab"sevər"lər
Avropa su altında qaldı
Azərbaycan dili - III dərs
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Günün ən xoşbəxt anı
- ŞƏRHLƏR