Əhalinin mərkəzdən köçürülməsi fonunda Bakının ətrafında kütləvi tikinti işləri gedir. Bu, əmlak hüququnun pozulması ilə yanaşı, işin keyfiyyətinə də pis təsir edir. Səbəb budur ki, yüksək ranqlı məmurların himayəsindəki şirkətlər yoxlamalara məruz qalmır. Prokurorluq isə yalnız iş icraçısı və icraçı direktorların oğurluğuna reaksiya verir.Rieltor Bahadur Əliyev “Turan” agentliyinə bildirib ki, 80-ci illərdən hökumət tikinti işlərinin keyfiyyətinə fikir vermir. Çox az tikinti sahibi peşəkarlara müraciət edir, ona görə Avropa standartlarından danışmağa dəyməz. Bakı seysmik aktiv zonadadır, sürüşmə təhlükəsi çoxdur. Ona görə hətta Yasamalda 9 mərtəbədən artıq ev tikmək olmaz.Bakı Şəhər İcra Hakimiyyəti 12 mərtəbədən yüksək evlər tikməmək barədə qərar verib. Amma yeni binaların çoxu 17-22 mərtəbədir. Səbəb torpağın bahalığı (sotu 50 min manatdan başlayır), icazə almağın çətinliyidir. Yəni mənfəət üçün qaydalar pozulur, icra orqanları bu cinayətə göz yumur.Rieltor deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti evlərin fasadının rəng qamması barədə qərar qəbul edir. Buna baxmayaraq mərkəzdə bu qərar əsas götürülmür - mərkəzi ərazilərdə yalnız rəhbərliyin rəyi nəzərə alınır. SSRİ dövründə Arxitektura və Tikinti Şurasının qərarı olmadan bina tikmək olmazdı. Ona görə Bakıda binalar 2000-ci ildə 6,2 bal zəlzələyə davam gətirdi. İndi belə zəlzələ olsa, yeni binaların çoxu tab gətirməz.Onun sözlərinə görə, hazırda Bakı Şəhər İcra Hakimiyyəti tikintiyə icazə verir, Fövqəladə Hallar Nazirliyinin qəbul komissiyası iş bitəndən sonra nöqsanlar aşkarlayır. Nəticədə binalar təmirsiz təhvil verilir, bu isə normativlərə ziddir. Proses mərkəzləşdirilmiş olmalı, obyektin kommunikasiyaları, yanğın və sanitar təhlükəsizliyi yoxlanmalıdır.Azad İstehlakçlar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsində icbari əməyə görə cəza var, amma tikintilərdə qanunsuz miqrantlar işlədilsə də, heç kəs məsuliyyətə cəlb edilməyib. Həmçinin qanunun 162-ci (əmək mühafizəsi qaydalarının pozulması), 200-cü (istehlakçıları aldatma, keyfiyyətsiz mal satma), 222-ci (tikinti işlərinə təhlükəsizlik qaydalarının pozulması) maddələri pozulur.Ekspertin fikrincə, Fövqəladə Hallar Nazirliyinin saytında təhvil verilən obyektlər və ya onların istismara verilməməsinin səbəbi barədə informasiya verilməlidir. Sayğacların quraşdırılmasına görə pul alınmamalıdır. Bundan başqa, yeni binaların sahibləri öz adamlarını komendant təyin edir, onlar sakinlərdən işləməyən liftlər, zibil, olmayan qaza görə pul yığır. Konstitusiyada istehlakçıların hüququnun qorunması nəzərdə tutulur, amma proteksionizm hökm sürür - yüksək rütbəli məmurların hamısı səhm nəzarət paketinə malikdir.“Yeni Müsavat” xatırladır ki, 2008-ci ildə Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 14 saylı ünvanda 16-mərtəbəli binanın uçması mənzil tikintisinə nəzarət etməli olan dövlət qurumlarının fəaliyyətsizliyini üzə çıxartdı. Binanın uçmasına səbəb tikinti normalarına və təhlükəsizlik qaydalarına əməl edilməməsi idi. Bundan başqa, tikintidə əmək qanunvericiliyinə məhəl qoyulmamışdı - uçqunda dünyasını dəyişən 28 nəfərin heç biri ilə əmək müqaviləsi bağlanmamışdı. Qurbanlara təzminat dövlət büdcəsi hesabına ödənildi.O vaxt Bakı Şəhər İcra Hakimiyyəti tikintidə riskləri azaltmaq üçün Bakıda 12 mərtəbədən yuxarı binaların tikintisini rəsmən qadağan etdi. Ancaq bu qadağa qısa müddətə qüvvədə oldu. Sonradan bu qadağa da korrupsiya mənbəyinə çevrildi - meriya ilə qeyri-rəsmi anlaşma yolu ilə yenidən 18-20 mərtəbəli binaların tikintisi davam etdirildi. Tikinti qaydaları və tikintiyə nəzarət mexanizmi sahəsinə hamının tabe olacağı və əməl edəcəyi standartların hazırlanmasına ehtiyac var. İndiki standartlar isə korrupsiya qaynaqlarından başqa bir şey deyil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Instagram”da yeni fırıldaqçılıq
Yaponlar Lexus-u dəyişdilər
Hava haqqında
Cemli rulet (foto resept)
Həqiqət acı olsa da...
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Gözəl gözlərə sahib olan hindistanlılar
Bred Pittlə Anjelina Coli razılığa gəldi-FOTO
Monika Belluçi ETİRAF etdi-FOTO
Soyuducunun necə yarandığını bildirsinizmi?
Həkimlər xəbərdarlıq edir
Coca-Cola-da təhqir çıxdı
Rəngli gəlinlik modelləri
Toy rəqsi
Tartolet (foto-resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Həftənin ilk iş gününün HAVAsı açıqlandı
Sağlam beyin üçün tövsiyələr
Koronavirus peyvəndinə əks göstərişlər açıqlanıb
Hər şey öz əlimizdədir
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Kartofun dəriyə faydası
21 yaşlı qız hər kəsi şoka saldı!
Quş qripinə görə monitorinqə start verildi
Gül kələmli pizza (foto resept)
Xalq təbiblərinin bəzi məsləhətləri
Bank kreditləri: bizdə də ABŞ-dakı kimi olsun?
Azərbaycanlılara ailə təhsili lazımdırmı?
Körpəni ana südündən necə ayırmalı?
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
11-ci sinif şagirdlərinə bəd xəbər
Günün qoroskopu: şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın
Britaniya jurnalında səfirimizin məqaləsi dərc edildi
Əvvəlki illərin məzunları üçün imtahandır
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bakı bulvarı ancaq varlılar üçündür?
Məşhur aktyor 1 milyonluq yardım etdi
Uşaqlar kifayət qədər hərəkət etmir
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
Günün qoroskopu:Uğurlu gündür!
Bu müəllimlərin maaşı artırılacaq
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Ən gözəl bilərzik kombinasiyaları
Bakıya 12 milyon doza gətirildi
Tramp daha iki hind quşunu xilas etdi
Qar uçqunu 216 adamı öldürüb
Qadın.Net-li dostum
Əmgək problemi
Mirvari sırğalar
- ŞƏRHLƏR