Dünyada 1 milyarddan çox "TikTok" istifadəçisi var. 75 dildə, 150-dən çox bazarda mövcud olan "TikTok" ötən il ən çox yüklənən tətbiqlərdən olub. İndi isə "TikTok"da 1,5 mlrd. nəfəri yaxından maraqlandıran təhlükəsizliklə bağlı boşluq aşkar edilib.
Belə ki, "Check Point" şirkətinin mütəxəssislərinin sözlərinə görə, cinayətkarlar istifadəçilərin hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.
Qadin.Net bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.
Rəşad Əliyev - Ekspert: "Sizin telefon sizin şəxsi məlumatlar olan bir "device"dır. Onun içində sizin şəxsi çəkdiyiniz şəkillər, sizin kontaktlar, sizə aid olan məlumatlar var. Həmin o məlumatları insan əlinə keçirə bilər. Onları istifadə edərək, sizə hədə-qorxu gələ, sizi təhdid edə bilərlər".
Mövcud boşluqlara görə, proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi təhlükə altındadır. Platformada aşkar edilən təhlükəsizlik boşluqları, hakerlərin hesabları ələ keçirib kontenti dəyişdirməsinə, videoları silməsinə, videolar yükləməsinə, gizli videoları hər kəsə açıq etməsinə səbəb ola bilər. Həmçinin özəl e-mail adresləri kimi hesaba əlavə edilən şəxsi məlumatları ortaya çıxara bilər.
Rəşad Əliyev - Ekspert: "Proqramı yükləyərkən, sizdən hər hansı icazə istəyir. İcazələr nə ola bilər, sizin smsləri oxumaq, sizin telefon nömrənizi istifadə etmək, sizin adınızdan sms göndərmək, sizin kontakt listinizə icazə olması. Bu tipli icazələr olur, ona görə də o, sizin nömrənizi, kontaktlarımızın nömrəsini bilir. Rahatca sizin adınızdan sms göndərmək imkanı əldə edir".
Nurlan Quluzadə - Proqramçı: "Əsasən, ən çox itifadə etdiyi öz şəxsi şifrələrini verməməsi daha məqsədəuyğundur. Hansı ki bunlardan birinci "Google" və "Facebook" kimi avtorizasiya sistemləri var ki, bu xidmətlərdən istifadə etsə, daha yaxşı olar. Yalnız sosial media hesabları vasitəsilə qeydiyyatdan keçə bilərlər və bu zaman öz şəxsi məlumatlarının ikinci şəxsin əlinə keçməsinin qarşısını ala bilərlər".
"TikTok"dan isə deyirlər ki, onlar istifadəçilərin məlumatlarını qorumaq üçün diqqətlə çalışırlar. Platforma rəhbərliyi dünya miqyasında çalışan təhlükəsizlik mütəxəssislərini bundan sonrakı təhlükəsizlik boşluqlarını aşkar etmək üçün köməyə çağırıb. İstifadəçilərə tətbiqin son versiyasını yükləmək tövsiyə olunur. Bu halda bütün problemlər aradan qalxacaq"
XƏBƏR LENTİ
Müraciət edənlərin sayı 23 mini keçdi
2 həftədə sürətli zəiflədəcək 10 təklif
Riyaziyyat bəyi şoka saldı
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Yay üçün hündür daban ayaqqabılar
Naməlum obyekt yunanları dəhşətə gətirdi-FOTO
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Çin yeni peyk buraxdı
Mətbəxdə bilmədiklərimiz
Göz allergiyası və səbəbləri
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
Günün ulduz falı
Bananla hazırlaya biləcəyiniz 3 maska
Cemli piroq (foto resept)
İnstaqramdan möhtəşəm yenilik
Soyuq duşun dəriyə faydaları
Paşinyan Rusiyaya səfər edəcək
Gəlin, birlikdə hazırlayaq
Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər? - FOTO
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Kate Hudsonun gözəllik sirləri
Maşininiz varsa, bu xəbəri mütləq oxuyun – QƏNAƏT REJİMİ
Keks qabında börək (foto resept)
Ancelina Colidən ŞOK QƏRAR
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaqlar
Hər kəs bu gimnastdan danışır-FOTO
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Möcüzə enerji-3
Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi
Lily-Rose Deppin gözəllik sirləri
Ətli, badımcanlı qızartma (foto resept)
Dadlı kartoflu yemək (foto resept)
Türkiyə ilə Azərbaycanın birgə istehsalı olan “Qızıl Qatar” filmi ekranlara çıxacaq
Sudoku necə oynanır?
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Niyə məhz Qadın.Net?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
O xoşbəxt olarsa, bəşəriyyət xoşbəxt olar…
Polis narkotik maddəni yandırdı, bütün şəhər sərxoş oldu
Demet Akalından sərt mesaj - FOTO
Dünyanı silkələyən kəşf - FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
TQDK-dan təhsil sənədi ala bilməyənlərə
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Məşhur həkim qırmızı ətin faydasından danışdı
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Manatın taleyi necə olacaq?