Pərpətöyünün (pərpərən) tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə pərpətöyünün yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə edirdilər. Ərəblər də orta əsrlərdə pərpətöyünü yüksək qiymətləndirərək onu "bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda isə bu bitki daha çox dərman bitkisi kimi tanınırdı ki, bu faktı Hipokratın əsərləri də təsdiqləyir. Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur" hesab etmişdi. Məhşur ərəb təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Qafqazda, Hindistanda, Fransa və Aralıq dənizi ölkələrində fəal yetişdirilir.
Gövdəsinin uzunluğu 10-52 sm olan, torpaq üzərində yayılan və yaxud dik qalxan, çılpaq, ətirli, əsas hissəsindən budaqlarla birlikdə ot bitkisidir. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları növbəli, yuxardakılar isə qarşı-qarşıya düzülür. Çiçəkləri xırda sarı, qırmızı rəngdə olub, tək-tək və ya topa halda gövdə yarpaqlarının qoltuğunda yerləşir. Toxumları tünd-bozumtul və yaxud qara rəngdədir. İyun ayında gül açan pərpətöyün sentyabr ayına kimi çiçəkləyir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir.
Mətbəxdə tətbiqi
Qida vasitəsi kimi gənc zoğlarından və yarpaqlarından istifadə olunur. Pərpərən mülayim yandırıcı və turşməzə dada malikdir. Daha yetkin köklərini marinə edirlər. Qayğanağa və digər tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir.
Müalicəvi xüsusiyyətləri
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, turşular, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Müasir tibbdə pərpətöyündən qara ciyər xəstəliklərində (iltihabında), ödlə bağlı olan qusmalar zamanı istifadə edirlər. Dərman vasitəsi kimi təzə otları və toxumları faydalıdır. Pərpətöyünün tərkibində hormonabənzər maddə - noradrenalin var ki, bu maddə mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəliklərində isə sidikqovucu kimi istifadə olunur. Pərpətöyünün cövhəri ilə ağız yaxalamaq damaq iltihabına səmərəlidir. Bir çox ölkələrdə pərpətöyündən parazit əleyhinə vasitə kimi istifadə edirlər. Pərpətöyünün ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriya törədici mikroblara qarşı antibakterial təsiridir.
İrinli yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni kompres şəklində yaranın üzərinə qoymaq lazımdır. Onun bu xüsusiyyəti tibb məntəqələrindən uzaqda olan turistlər üçün xüsusilə qiymətlidir.
Pərpətöyündən gözəllik üçün də istifadə olunur. Ondan hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir.
Zərərləri
Başqa yeməli və müalicə effektli bitkilər kimi pərpərəni də miqdarında (gün ərzində 100-150 q) istifadə etmək lazımdır. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər pərpərəndən istifadədə ehtiyatlı olmalıdırlar.
Pərpərənin daha bir əks göstərişi hamiləlikdir. Bu bitki uşaqlığın tonusunu artırır ki, bu da hamilə qadınlar üçün zərərlidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kişilərin evini yıxan mobil bəla
Beren Saat və Kenan Doğulu aylar sonra ilk dəfə-FOTO
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Aspirin maskasıyla gözəlləşək
Mənim çətinliklə dünyaya gətirdiyim balam
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Əl yazısı sıradan çıxır?
Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO
Ən dəbdəbəli təyyarə interyerləri
Günün qoroskopu:Bədxərclik etməyin!
Talisman, yoxsa mif?
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Cəbhə xəttində gərginlik
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
Astronomiyadan təsirlənən manikür
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
Koreyski kələm (foto resept)
Ombudsman müraciət etdi
Gül ləçəklərindən ayaqqabılar
Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir
Yağ yandıran 2 detoks
HAVA necə olacaq? 15 Mart
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Dəfn edilən adam bir ay sonra evinə qayıtdı
Lauranın əl işləri
Texas pirojnası (foto resept)
Pivə içənlər diqqətli olun
Çantalar
Gözəl geyim və aksessuarlar
Love story
Hava haqqında
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Yataq otağı dizaynları
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Tənhalıq ölümcüldür
İmtahanın ən yüksək nəticələri açıqlandı
Bakı metropolitenində fləşmob
Süd və süd məhsullarının faydaları
Yağlı dəridən necə xilas olmalı?
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
"Əsədin dişi aslanları"
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Həyatın mənasını itirmişəm (Suala cavab)
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Tətildə izləyə biləcəyiniz filmlər
"Azərbaycanda 30 min erməni yaşayır"
SMS-lər populyarlığını itirir
- ŞƏRHLƏR