30 yaşında olan xanımlarda baş verən böhranın səbəbi nədir və bununla necə mübarizə aparmaq olar?
Həyatımızın bu dövründə artıq nələrisə əldə etmiş oluruq. Çox şeylər dəyişir həyatımızda. İşimiz, vərdişlərimiz, statuslarımız, hətta bədən ölçülərimiz belə. 18-20 yaşlarında gənc bir xanım olduğumuz halda 3 yaşında artıq gəlin və ana oluruq. Həyatımız daha məsuliyətli olmağa başlayır. Biz dönüb geridə qalan illərə baxdıqda əldə etdiklərimizlə fəxr etdiyimiz kimi müqayisə də edirik. Əgər əldə etdiklərimiz əldə etmək istədiklərimizlə üst-üstə düşməsə, çox məyus oluruq. Fikirləşirik ki, artıq gəncliyimiz geridə qaldı və biz hələ də istədiyimiz səviyyəyə çatmamışıq və bu bizləri çox narahat edir, əziyyət verir.
Ailə
Qadın ailədə özünü tapır. Uşaq dünyaya gətirir və tərbiyyə edir. Lakin bu bizi qane etmir. Çünki ailə qurmamışdan əvvəl işimiz, düşünməli olduğumuz bir karyeramız var idi və müvəffəqiyyətlər belə qazanırdıq. İndi isə yalnız ev və uşaqlar. Bu da bizi böhran vəziyyətinə yaxınlaşdırır. Ancaq sizi əmin edə bilərik ki, 30 yaşdan sonra karyera qurmaq və uğurlar əldə etmək daha asandır. Çünki artıq sizin bir ailəniz və böyüməkdə olan övladlarınız var. Artıq siz iş və karyera haqda ciddi düşünə bilərsiniz.
Karyera
İndi isə ailəsi olmayan və karyerası olan 30 yaşlı xanımlara nəzər yetirək. İş, karyera və qazandığınız müvəffəqiyyətlər sizə ailə haqda düşünməyə imkan verməyib. O zaman ayılırsınız ki, artıq yaş 30-dur və sizin nə sizi gözləyən ailəniz, nə isti yuvanız var. Dost, tanışlarınızın ailəsini gördükdə bu sizə pis təsir edəcək və düşünəcəksiniz ki, kayerə mənə lazım idimi? Bu zaman da ailəmiz olmadığı üçün, artıq gec olduğunu düşündüyümüz üçün böhran keçirə bilərik. Ancaq bu zaman da gec deyil. Biz artıq karyera sahibiyik. Uğurlarımız var. İndi ailə barədə düşünməyin əsl vaxtıdır. Lakin gecdir deyib qarşınıza ilk çıxan kişiyə ərə getmək lazım deyil. Ömürlük yaşayacağımız adamı elə seçməliyik ki, illərimizi sərf etdiyimiz işimizə hörmət etsin. Karyeramızda bizə yardımçı olsun.
Peşə seçimi
Məktəbi bitirib ali məktəblərə daxil oluruq. Bəzən sevmədiyimiz, istəmədiyimiz peşəni seçmək məcburiyyətində qalırıq. Məktəbi bitirdikdə eyni peşə üzrə işləməyə karyera qurmağa başlayırıq. Lakin sevmədiyimiz iş olduğu üçün bu bizi tez yorur və artıq daha çox qəmgin və stress hissləri yaşayırıq. Fikirləşirik ki, artıq 30 yaşım var və peşəmi dəyişmək üçün çox gecdir. Lakin bu böyük səhvdir. Əgər bu andan peşəmizi dəyişməsək, ömür boyu stressli və böhran içində yaşamağa davam edəcəyik.
Qane etmir.
Ailəmiz var, uşaqlarımız var, işimiz də var. Lakin bizi nə isə qane etmir. Həyat yoldaşımız heç də arzu etdiyimiz kişi deyil. Xasiyyətlərimiz tutmur. İşimiz bizi qane etmir. Sevmədiyimiz karyeranı qurmaq məcburiyyətindəyik. Çünki artıq 30 yaşımız var və hər şey üçün gecdir. Bu fikir yanlışdır. Bu gün biz bizi incidən bütün hadisələrdən uzaqlaşmalıyıq ki, 40 yaşında özümüzlə fəxr edə bilək.
Biz 25 yaşda olarkən düşünürük ki, hələ hər şey irəlidədir. Hələ vaxtımız çoxdur. Lakin 30 yaşa çatdıqda hələ də heç nəyə nail olmadığımızı gördükdə stress yaşayırıq. Axı biz nəyi düz etmirik? Niyə bizdə heç nə alınmır deyə düşünürük və artıq gecdir. Lakin bu yaşda dünya görüşümüz daha çox olduğu üçün biz daha yaxşı bilirik ki, bizə kim və nə lazımdır. Çünki 40 yaşdan baxdıqda 30 yaş heç də gec deyil.
Bəs 30 yaş böhranını necə aradan qaldıraq?
Əsas odur ki, bizə böhran yaradan və stress yaşadan hadisələri araşdırq və həllini tapaq. Çox misallar çəkmək olar ki, 30 yaşlı xanımlar öz həyatllarını necə yaxşılığa doğru dəyişiblər. Əgər sizin həm işiniz, həm də ailə və uşaqlarınız varsa və siz uşaqlarınıza və ailənizə vaxt ayıra bilmirsinizsə, bu sizi məyus edir. Çalışın, işinizi tənzimləyin. Heç olmasa həftənin bir gününü uşaqlarınıza həsr edin. Çünki pul qazanmaq həmişə var. Uşaqlar isə sürətlə böyüyür.
Əgər siz evdar xanımsınızsa və artıq eynilikdən, ev işlərindən yorulmusunuz və işə getmək istəyirsinizsə, tələsməyin. İnanın ki, buna da zamanınız var. Gün gələcək bu bezdiyiniz gündəlik ev işlərindən ötəri çox darıxacaqsınız. 30 yaş hələ çox şeyin irəlidə olması deməkdir. Düşünməyin ki, artıq gecdir. Hər şey insanın öz əlindədir.
XƏBƏR LENTİ
Danimarkada uşaq kanalında çəkilən veriliş qalmaqal yaratdı
Düşbərə (foto-resept)
Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib - RƏSMİ
Ürək sağlamlığını qorumaq üçün tövsiyələr
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Donlar
Kosmik səyahətlər gerçək olur!
Feuerbach haqqında tezislər
2020-ci ildə Vatsap və İnstaqram OLMAYACAQ - ŞOK QƏRAR
Qeyri-adi yaradıcılıq nümunələri
Seda Sayan QƏZƏBLƏNDİ-SƏBƏB
Direktor olmaq istəyənlər, qaydalar dəyişdirilir
Möcüzəvi su və isti ayaq vannaları
Məşhur aktyor İmicini Dəyişdi - FOTO
Cəlilabadda tarixi tapıntı
Nilufər 63 yaşını qeyd etdi-FOTO
Ölümün bir addımlığında: Beyin travması
Pensiyaçılara XƏBƏR VAR: Yanvar ayının ödənişləri ...
Aerokriopilinq - dərinin soyuq hava ilə müalicəsi
Avropa çempionu olan idmançımıza mənzil verildi
Xudaya yar olan şəhidimiz - VİDEO
Britney Spears pəhrizi
Gül-çiçəkli, bər-bəzəkli çantalar
25 il Laçınsız...
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Botoks etdirmədən gözəl görünməyin yolları
HAVA necə olacaq?-5 Mart
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
BDU-da səkkiz yeni ixtisas açılıb
Həddindən artıq yuxuya diqqət
Hamiləlik dövrləri (32-39 həftələr)son
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Xərçəng xəstəliyinin yeni əlaməti aşkar edilib
Dünya "pis dünya sindromu" yaşayır...
Bakı-2015-ə həsr edilən qızıl iPhone
Uzun həyatın sirri... bağırsaqlarda gizlənib
"Kirpi" tortu (foto resept)
Suriyada çox sayda rus generalı öldürüldü
Səfir: "İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir"
Həm Android, həm Firefox-la işləyən smartfon
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Kremli peçenye (foto resept)
Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi
Dərini qidalandıran maska
Bu ərzaqlar bahalaşdı
Abort edənlər məsuliyyətə cəlb olunacaqlar?
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Dənizdə çimənləri polis aparır
Venesuelaya meteorit düşdü
Tarkan 5 milyondan imtina etdi - SƏBƏB
- ŞƏRHLƏR