Allergiya və astma həkimləri insanlarda daha çox toza, toz hissəciklərinə, kif göbələklərinə, heyvan dərilərinin dəyişilməsinə və tüklərinə qarşı allergiya yarandığını bildiriblər. Bütün bu allergiyaların ortaq iki tərəfi var:
1. Havada uçuşan və gözlə görülə bilməyən mikroskopik maddələrdir
Nəfəs alma yoluyla allergik reaksiyalara səbəb olurlar. Allergik maddələrdən tamamilə uzaq durub, qorunmaq mümkün deyil.
Öz immun sisteminizi bir "vedrə" kimi fikirləşin. O, allergenləri içinə yığır və dolmağa başlayır. Allergik narahatlıqlar "vedrəniz" dolana və ya daşmağa başlayana qədər ortaya çıxmayacaq. Dolub daşdıqdan sonra isə özünüzü pis və halsız hiss edəcək, gündəlik işlərinizi edə bilməyəcək hala gəlib çıxacaqsınız. Allergiya həkimlərinin bu problemə qalib gəlmək üçün bir çox metodları var. Siyahının başında isə vedrənin dolması və daşmasına maneə törədəcək olan "Ətrafa nəzarət - allergik maddələrdən qorunma" gəlir.
Allergik maddələrdən birinə və ya bir neçəsinə allergiyaniz ola bilər. Bu alergik maddələrdən yalnız birinə qarşı qoruna bilsəniz, sizin immun sisteminizə oxşatdığımız vedrənin daşmasına maneə törədə bilərsiniz.
2. Yataq otağınızı allergiyalardan təmizləyin
Məsələn, sizin ev tozuna qarşı allergiyanız olduğunu fərz edək. Toz ilk olaraq yataq otağının problemidir. Siz aşağıdakı tədbirləri görməklə yataq otağınızı demək olar ki, allergenlərdən tamamilə təmizləyəcəksiniz. Bunları tətbiq etdiyiniz andan etibarən yatarkən bütün gecə gözlə görünməyən allergenlərdən azad olacaqsınız. Nəticədə isə gecə yatarkən nəfəs darlığı, astma böhranı, səhərlər axan burunla və ya qırmızı gözlərlə qalxmağı unudacaqsınız. Allergenlərdən təmizlənmiş otaqda 8-10 saat olmaq sizin immun sisteminizin özünü yeniləməsinə bir şans verəcək və siz səhərlər günə "boş vedrə" ilə başlaya bilərsiniz. Allergik maddələrdən qorunmağa əlavə olaraq həkiminizin sizə verə biləcəyi digər tövsiyələrlə "vedrə" bir daha heç daşmaya bilər.
Əgər ev tozuna allergiyanız varsa, anti-allergik yataq dəstlərindən istifadə edilməsi zəruridir. Niyə? Çünki anti-toz yataq dəstləri yatağınızda, yastığınızda və yorğanınızda olan milyonlarla toza qarşı tam bir maneədir. Anti-toz yataq dəstləri olmasa, siz yuxuda hərəkət etdikcə allergenlər yatağınızda, yastığınızda və yorğanınızda uçuşur və siz nəfəs alıb-verdikcə onları da udursunuz. Anti-toz dəstləri sayəsində bu zərərli proses dayandırılır. Gözlə görünməyən allergenlər və kiçik maddələr örtüklər vasitəsi ilə "mühasirəyə alınır" və gecə boyunca onları udmursunuz. "Hipo-allergik" yastıqlarda da bu üzlərdən istifadə edilməlidir. "Hipo-allergik" ifadəsi məhsulların tərkibindəki plomb maddələrinin allergik reaksiyaya səbəb olmadığı mənasın verir. Ev tozu bu cür məhsulların içində rahatlıqla tapıla bilər. Digər tərəfdən, tozsoranla yataq, yorğan və yastığınızda olan tozları hər gün və ya hər həftə təmizləmənin pratikada mümkün olmadığı unudulmamalıdır.
Yataq üzlərinin, ədyalların, yataq dəstlərinin və s.-nin yuyulmasıyla onlarda olan ev tozundan xilas olmaq asandır. Bu əşyaları 7-14 gündən bir 60 dərəcə isti su ilə yuyun. İsti suda yumaq allergenləri təmizləyər. Əgər yorğan və ədyalınızı yumaq praktik deyilsə, bunlarda da anti-allergik örtüklərdən istifadə edin. Daha çox qorunmaq üçün soyuq suda yuyulması lazım olan əşyaları toz və allergenlərdən təmizləmək üçün akarasiddən (allergik təmizlik məhsulları üçün yuyucu qatqı maddəsi) istifadə edə bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qısqanclıq hissi nədən yaranır?
Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
Maaşlar nə vaxtdan qalxır?
Qadin.Netlə birlikdə hamiləlik (26-cı həftə)
Dahi Stiv Cobs: 59 il əvvəl...
Yer üçün böyük təhlükə
Məşhur jurnalist taxtabitilərin hücümüna məruz qaldı-FOTO
Güclü günəş küləyi Yerə tərəf istiqamətlənir
Dadlı halva (foto resept)
"Qremmi" -də ən yaxşılar seçildi-SİYAHI-FOTO
Kreditin son nəfəsi də kəsildi
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Kəlbəcərə komendant təyin edildi
Azərbaycanda 33 dərəcə isti olacaq
ŞAD XƏBƏR: Minimum əməkhaqqı ARTIRILIR
Gizli mesajlarla dolu rəsmlər
Beyni öldürən qidalar
"Gözəllik ondur, doqquzu dondur"
İlin ilk iş gününün HAVASI
Pazllar ("Yusifin dünyası")
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı
Azərbaycan filmi Beynəlxalq Müsəlman Film Festivalının qalibi olub
Göbələkli kartof kotleti (foto resept)
Erməni helikopterini məhv edən əsgərimiz danışdı
Əməlsiz alimlər meyvəsiz ağaca bənzəyir
"Arsenal" ilə Almaniya yığması şokda
Ramazanda çəkinizin artmaması öz əlinizdədir
Botoks etdirən Əmrah yeni halı ilə təəccübləndirdi - FOTO
Dakota Johnsonun gözəl tərzinin sirri
Azərbaycanda anomal soyuqlar gözlənilir
Vaxt edib yatağını toplaya bilməyənlər üçün ağıllı yorğan
Dünyanın ən böyük mozaik muzeyi-FOTO
Uşaqların həyatı üçün təhlükəli olan bezlər - VİDEO
Diabet və hamiləlik
Günün ulduz falı
İngiliscə bilik səviyyəmizi yoxlayaq
Böyük Britaniya səfiri Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verdi
Məşhur aktrisaya 1,5 milyonluq təklif-FOTO
Döş xərçənginin dərmanı tapıldı
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Kişilərdə sonsuzluq səbəbləri
Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Ətsiz kələm dolması (foto resept)
Şumaxer komadan ayıldı
Evinizdən nə qədər əmlak vergisi tutulacaq?
Tanış olun: milyonçulara dərs verən dilənçi
Börək (foto-resept)
Dünyanın ən qədim şərabı tapılıb
- ŞƏRHLƏR