Bol su içərək tüpürcək istehsalını normaya salmaqla ağızdan gələn pis qoxunun qarşısını almaq olar. Ağızdan gələn pis qoxunu aradan qaldırmağın bir sıra üsulları vardır.
Ramazan ayı ilə əlaqədar olaraq çox insanlar fərz olan orucu tuturlar. Bütün günü ağıza heç bir qida qoyulmadığı üçün bu problem bir çox adamda yarana bilər.
Bunun da təbii ki, bir çarəsi vardır. Oruc tutduğunu bəhanə edərək dişləri təmizləməyənlərin nəzərinə çatdırım ki, bu əslində bir pintilikdir. Suyu udmamaq şərti ilə oruclu ikən dişlər fırçalana bilər.
Ağız qoxusunun bir səbəbi də dil və diş əti iltihabıdır. Bu hallar həkim müayinəsindən sonra müalicə edilərək aradan qaldırıla bilər. Bundan əlavə ağızdan gələn pis qoxu bir sıra diabet, böyrək çatışmazlığı, ağciyərlə əlaqəli və s. bu tip xəstəliklərin də xəbərçisi ola bilər. Ona görə də ağzından pis qoxu gələn şəxslər sadəcə olaraq dişlərini fırçalamaqla kifayətlənməməli və həkimə müraciət edərək bunun səbəbini öyrənərək bu problemi aradan qaldırmalıdır.
Oruc tutan və eyni zamanda da ağzından pis qoxu gələnlər evdə bunun qarşısını təbii yollarla ala bilərlər. Məsələn, çoxlu su qəbul edin. Sahurda isə çay və qəhvədən az istifadə edin. Sahurda yemək bitən kimi ağzınıza təzə nanə və ya darçın qoya bilərsiniz. İftar və sahurda yeməklərə və içkilərə darçın əlavə edə bilərsiniz. Bundan əlavə, dişlərinizin arasında qalan yemək qırıntılarından qurtulmaq üçün diş tellərindən istifadə edin.
Bir limonun yarısının şirəsini içə bilərsiniz. Limonu sıxmağa gərək yoxdur, elə limonun özünü sora bilərsiniz. Bundan əlavə, limon tərkibli konfetlərdən də istifadə edə bilərsiniz. Limon ağız qoxusunun dəf edilməsində çox təsirli bir meyvədir.
Alma, armud, yerkökü, turp da nəfəsi təzələmək və təmizləməkdə sizə köməkçi ola bilər. Daxillərindəki qida lifi sayəsində tüpürcəyi təmizləyər və eyni zamanda da damaqda şirin bir tam saxlayarlar.
Gündə bir və ya iki dəfə yeyə biləcəyiniz qatıq ağızdakı hidrogen sulfid qoxusunu yox etməyə kömək edir. Bəzi hallarda ağızdan çürük yumurtanın iyinə oxşar bir iy gəlir. Bu iy əslində hidrogen sulfidin iyidir. Qatığı C vitamini ilə zəngin olan meyvələrlə dadlandıra bilərsiniz.
Sağlamlığınızın qeydinə qalın ki, həyatın dadını çıxara biləsiniz.
XƏBƏR LENTİ
Türkiyənin hakim partiyası qalmaqallı həbslərə münasibət bildirdi
Türkiyədə qar yağdı, məktəblər bağlandı
Sürət
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Bu gün 2019-cu ilin ilk iş gündür!
Rus dili - Ыы, Ьь, Ъъ
Qeyri-adi çarpayılar
Hadisənin şəkli izləyicilərini təəccübləndirdi-FOTO
Azərbaycana güclü qar yağır
Yuxu əsnasında dəridəki dəyişikliklər
Zakir Həsənovdan vacib qərar
Kağız halva (4)
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Ebru Gündeş haqda məhkəmə qərarı
Ötən gecə cəbhə xəttində atəşkəs pozulub
Hamam xalatları
Tox tutan 8 qida (1)
Məğlubiyyətlə barışa bilməyən Ermənistanın son çırpınışları – VİDEO
Avropa benzinə əlvida deyir
Kimlər koronavirusa yenidən yoluxa bilər?
Üz üçün losyonlar
Davamlı aclıq hiss etməyin səbəbləri
Hava haqqında - 21.12.2013
Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı
Tarkandan maraqlı jest
Böhran haqqında hər şey!
"Azərbaycan telekanallarında çal-çağır, şou-biznes verilişləri bağlansın"
Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri
Real həyat əsasında çəkilmiş filmlər
Noutbukdakı bu dəliyin nə üçün olduğunu bilirsiniz? - FOTO
Ermənilər Qazax və Gədəbəy rayonlarını atəşə tutdular
Hava haqqında
113 yaşlı seçici məntəqədə səs verəcək
Gözəl don modelləri
Təbii saç maskası
I Vitse-prezident Mehriban Əliyeva konfransda çıxış etdi
Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Qış aksesuarları
Dil yanığına yaxşı gələn vasitələr
Jessica Albanın gözəllik sirləri
Ürək-damar xəstəliyi üçün test
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Məşhur aktrisa ərə getdi-FOTO
iPhone və iPad üçün çoxdan gözlənilən yenilik
Sürətli oxu - 5
Atatürk haqqında maraqlı faktlar
Kıvanç Tatlıtuğ yeni ev alır
Məşhur model sistemdən sonra öldü-SƏBƏB
Xurmalı toplar (foto-resept)
- ŞƏRHLƏR