Qadin.NET / Ağız qoxusuna təsir edən qidalar

Ağız qoxusuna təsir edən qidalar

Ağız qoxusuna təsir edən qidalar

Bol su içərək tüpürcək istehsalını normaya salmaqla ağızdan gələn pis qoxunun qarşısını almaq olar. Ağızdan gələn pis qoxunu aradan qaldırmağın bir sıra üsulları vardır.

Ramazan ayı ilə əlaqədar olaraq çox insanlar fərz olan orucu tuturlar. Bütün günü ağıza heç bir qida qoyulmadığı üçün bu problem bir çox adamda yarana bilər.

Bunun da təbii ki, bir çarəsi vardır. Oruc tutduğunu bəhanə edərək dişləri təmizləməyənlərin nəzərinə çatdırım ki, bu əslində bir pintilikdir. Suyu udmamaq şərti ilə oruclu ikən dişlər fırçalana bilər.

Ağız qoxusunun bir səbəbi də dil və diş əti iltihabıdır. Bu hallar həkim müayinəsindən sonra müalicə edilərək aradan qaldırıla bilər. Bundan əlavə ağızdan gələn pis qoxu bir sıra diabet, böyrək çatışmazlığı, ağciyərlə əlaqəli və s. bu tip xəstəliklərin də xəbərçisi ola bilər. Ona görə də ağzından pis qoxu gələn şəxslər sadəcə olaraq dişlərini fırçalamaqla kifayətlənməməli və həkimə müraciət edərək bunun səbəbini öyrənərək bu problemi aradan qaldırmalıdır.

Oruc tutan və eyni zamanda da ağzından pis qoxu gələnlər evdə bunun qarşısını təbii yollarla ala bilərlər. Məsələn, çoxlu su qəbul edin. Sahurda isə çay və qəhvədən az istifadə edin. Sahurda yemək bitən kimi ağzınıza təzə nanə və ya darçın qoya bilərsiniz. İftar və sahurda yeməklərə və içkilərə darçın əlavə edə bilərsiniz. Bundan əlavə, dişlərinizin arasında qalan yemək qırıntılarından qurtulmaq üçün diş tellərindən istifadə edin. 

Ağız qoxusuna təsir edən qidalar

Bir limonun yarısının şirəsini içə bilərsiniz. Limonu sıxmağa gərək yoxdur, elə limonun özünü sora bilərsiniz. Bundan əlavə, limon tərkibli konfetlərdən də istifadə edə bilərsiniz. Limon ağız qoxusunun dəf edilməsində çox təsirli bir meyvədir.

Alma, armud, yerkökü, turp da nəfəsi təzələmək və təmizləməkdə sizə köməkçi ola bilər. Daxillərindəki qida lifi sayəsində tüpürcəyi təmizləyər və eyni zamanda da damaqda şirin bir tam saxlayarlar.

Gündə bir və ya iki dəfə yeyə biləcəyiniz qatıq ağızdakı hidrogen sulfid qoxusunu yox etməyə kömək edir. Bəzi hallarda ağızdan çürük yumurtanın iyinə oxşar bir iy gəlir. Bu iy əslində hidrogen sulfidin iyidir. Qatığı C vitamini ilə zəngin olan meyvələrlə dadlandıra bilərsiniz.

Sağlamlığınızın qeydinə qalın ki, həyatın dadını çıxara biləsiniz.

25 iyul 2014
GO BACK