Velosipedlerin tarixi çox qədimdir. 1839-cu ildə Şotlandiyada ilk pedallı velosiped düzəldilmişdi.
1960-cı ildə isə ilk çarxlı velosipedlər çıxarılmışdır və s.
Bildiyimiz kimi velosiped sürmə idman növlərindən biri olub daha çox kalori əritmək üçün mükəmməl bir vasitədir. Lakin bizim azəri qadınlarımızın bu mükəmməl vasitədən yetərincə istifadə edə bilməmələri çox üzücüdür.
Qadınlarımızın velosiped sürmə kimi gözəl idman və əyləncə vasitəsindən uzaq qalmalarının mühüm səbəblərindən başlıcası böyüklərin, qohum-əqrəbanın, ən çox da qonum-qonşunun dedi-qodusundan qaçmaqdır desəm, yanılmaram.
Velosiped sürmək qadınlarımız üçün hələ də abır-həyadan uzaq hərəkət kimi düşünülməkdədir.
Qeyd etmək istərdim ki, bizə qardaş ölkə Türkiyədə də uzun zamanlar bu cahil düşüncələr hökm sürmüşdür. Ta ki, Cümhuriyyət yarandığı dövrə qədər.
Bir çox ölkələrdə velosipedlərdən ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşının yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində ki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir.
"Velosiped" latın dilində "itiayaq" deməkdir. Qeyd etmək lazımdır ki, bu ad özünü ilk vaxtan doğrultmuşdur. Hələ 1869-cu ildə Fransada 120km məsafəyə keçirilmiş ilk yarışlarda velosiped o dövr üçün misli görünməmiş sürətə - saatda 11km-ə nail olmuşdur. O vaxtdan müxtəlif idman yarışlarının iştirakçıları indiki ikitəkərli velosipedləri ilə şosedə (şose yarışları), dərə-təpə yollarda (velokross), xüsusi velosiped stadionlarında (velotrekdə) sürətlə şütüyürlər. Onlar həm tək adamlı velosipedlərdə, həm də iki adamlıq velosipedlərdə-tandemlərdə məşq edirlər.
Velosiped pedalla hərəkətə gətirilən ikitəkərli və ya üçtəkərli maşındır. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.M.Artamonov 1801-ci ildə düzəltmişdir. Ona "samokat", yəni "öz-özünə hərəkət edən" deyirdilər. Bu, doğurdan da belə idi: oturmuş sürücü böyük qapaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirdi. Lakin Artamovun velosipedinin taleyi uğurlu olmadı. O, çarın nadir şeylər kolleksiyasına daxil edildi və tezliklə yaddan çıxdı. Daha sonralar 1801-ci ildə Parisdə sükansız və pedalsız velosipedlər meydana çıxdı. Bu velosipedi sürücü ayaqları ilə yerə təkan verməklə hərəkətə gətirirdi. 1815-ci ildə alman K.Drez sükanlı velosiped, XIX əsrin ortalarında isə onun həmvətəni F.Fişer qabaq təkərində pedalı olan velosiped düzəltdi. Beləliklə, Artamonovun sxemi yenidən həyata qayıtdı. O vaxt velosipedin təkərləri metaldan düzəldilirdi. Qabaq təkəri bir adam boyunda olurdu. Təkərdəki millərin sayı çox olduğundan o, hörümçək toruna oxşayırdı. Buna görə ona "hörümçək" deyirdilər. Bu "hörümçək" iyirmi ilə yaxın ömür sürəndən sonra onu öz quruluşu və görkəminə görə indiki velosipedlərə oxşayan yeni maşın əvəz etdi.
1893-cü ildən velosiped idmanı üzrə dünya, Avropa və digər yarışlar keçrilir. Velosiped yarışları ilk Olimpiya Oyunları proqramına daxil olub. İlk Olimpiyadalarda bu idman növü tez-tez dəyişillirdi. Ancaq son vaxtlar velosipedçilərin proqramı dəyişilməz qalıb. Bura 1km-ə git sprint yürüşü, 4 km məsafəyə fərdi və komanda yürüşü, şosedə 100 km məsafəyə komanda yürüşü və fərdi dairəvi yürüş daxildir.
Bugünkü dövrdə isə qadınların velosiped sürməsi bir çox inkişaf etmiş ölkələrdə zərif və əyləncəli idman vasitəsi kimi qiymətləndirilir və sevilir.
XƏBƏR LENTİ
15 yaşlı milyarder - FOTOLAR
Altı ildə maşın sayı 2 dəfə artıb
Ayaqqabını necə ağartmalı?
İran və Türkiyə 4 memorandum imzaladılar
Hamiləlikdə nə yeməli?
1 aprel Beynəlxalq Gülüş Gününün tarixi
Rusiya Universitetinə qəbul başlayır
Televiziya və kompüterin uşaqlara təsiri
27 aprelin hava proqnozu
Prezident İlham Əliyev səsvermədə iştirak edib
Məsum və məhkum
Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT
60 artıq orta yaşdır
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Günün qoroskopu: hisslərin torundan qurtulun
2020 Kopenhagen moda həftəsi
Gökçeni görənlər tanımadı - FOTO
Saçlara xüsusi qulluq
Dərsliklərə dil və üslub üzrə redaktor təyin olunacaq
Ana südünü artırmağının yolları
İş yerinizdə bu qadağalar yoxdursa, şanslısınız
Prezidentdən vacib sərəncam
Zeynəb Bəşərlər Ozan Güvən qalmaqalına fikir bildirdi
Dünyanın ən gözəl qadını gözəllik sirrini açdı
Qarın yağlarını əridən 3 idman hərəkəti
Sibel Canın FOTOsu diqqət çəkdi
Yay fəslində payız havası
2017-nin dəbli idman ayaqqabıları
Məşhurlarımız Mehriban Əliyeva ilə bir arada - FOTO
Ermənistana gedə bilərik
Böyük sülhə 2 gün qaldı, amma ...
Azərbaycanlı girovların məhkəməsi başlayır
Türkiyəli müğənni azərbaycanlıların məşhur mahnısını oxudu - VİDEO
Bakıda avtomobil yarışlarına hazırlıq başladı
Dünya ölkələri haqqında maraqlı faktlar
Kriştiano Ronaldonu koronavirusa görə karatinə aldılar - Şok
Şəkər xəstəliyinin (Diabetin) müalicəsi
Cütlük 8 milyona villa alır
Uşaqlar yay tətilində nə etməlidirlər?
Payız mövsümündə göz makiyajı
Dietoloqlara ən çox verilən 3 sual
Dünyanın ən böyük heykəli tikilir-FOTO
Kimi necə tənqid edirsən...
Günün ulduz falı
Fahriye Evcenin 10 minlik çantası-FOTO
Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Çaylarda vəziyyət necədir?
1/4 finalda 4 Avropa, 4 Amerika yığması qaldı
"İstanbullu gəlin" üçün stilini dəyişən aktrisa-FOTO
- ŞƏRHLƏR