Zamanımızın ən çox yayılan problemlərindən biri olan köklük gündəmdəki mövzular arasında ilk sırada qərarlaşıb. Köklükdən əziyyət çəkənlər hər yolla arıqlamağı sınaqdan keçirirlər. Elə isə arıqlamaq istəyənlər üçün möcüzəvi, ziyansız qidaları təqdim edirik.
Darçın
Darçın bildiyimiz ədviyyatlar içində ən gözəlidir. Bu ədviyyat çox vaxt dadlandırıcı kimi istifadə edilir. Xaricdə aparılan bir araşdırmaya görə 6 həftə boyunca yarım çay qaşığı darçın istifadə etmək qandakı qlükoza miqdarını və bəd xolesterinin dərəcəsini azaldır. Şəkər xəstələri üçün darçın çox faydalıdır, maddələr mübadiləsini sürətləndirir və çəkinin azalmasına köməkçi olur. Qarın bölgəsindəki yağlardan xilas olmaq üçün darçın çox təsirlidir. Darçının tərkibindəki fermentlər qarın bölgəsindəki qan damarlarını xəbərdar edərək xüsusilə qarın arıqlaması və göbək əritmə müddətini sürətləndirir.
Çəki azaldan darçın çayı: 3-4 çubuq darçını və 2 çay qaşığı balı bir stəkan su ilə qaynadın. Daha sonra içinə 2 ədəd mixək əlavə edərək səhər yeməyindən yarım saat əvvəl və yatmazdan bir saat əvvəl için.
Lobya
Lobya A, B9 və C vitamini ilə dəmir və maqnezium mineralları baxımından zəngindir. B5 vitamini və kalsium tərkiblidir. Orqanizmə enerji verərək fiziki və zehni yorğunluğu aradan aparar. Qandakı bəd xolesterin səviyyəsini aşağı düşürür. Kalium nisbəti çox olan lobya nizamlı olaraq istifadə edilərsə, yüksək təzyiqi də azaldar. Tərkibində dəmirin çox olması qan azlığına da olduqca faydalıdır. Antioksidant tərkibli olması səbəbindən xərçəngə tutulma riskini azaldır. Xüsusilə qadınlarda sinə xərçəngi və yoğun bağırsaq xərçəngləri bu siyahıda sayıla bilər.
İnsulini və qan şəkəri səviyyəsini nəzarət altında saxlayır, bu səbəbdən də şəkər xəstələri üçün olduqca faydalıdır. Lobyalar arıqlamaq üçündə faydalıdır. Lobya lif baxımından zəngindir və mədənizin boşalma sürətini yavaşladaraq təbii bir iştah nizamlayıcı olaraq işləyən cholecystokin hormonu səviyyəsini artırdığı üçün özünüzü tox hiss etməyinizi təmin edər. Liflər sayəsində qəbizlik aradan qalxar. Bu da çəki atma nisbətini çoxaldar.
Kokos südü
Kokos südü omeqa3 yağ turşularının toplanmasına köməkçi olar. Anti-bakterial olan bu qida eyni zamanda mikrobial qorumanı təmin edər. Antioksidantdır və immun sistemini gücləndirir. Kokos südü yağlı olsa da, o yağlar maddələr mübadiləniz üçün lazımlıdır. Sadəcə bir yemək vaxtı istifadəsi bu faydalı yağlar maddələr mübadiləsi sürətini daha da artırır. Bu da çəki atmanızda lazımlı faktordur.
Sarıkökün əsas maddəsi kurkumadır. Kurkuma orqanizmi xərçəngə qarşı qoruyur və şiş hüceyrələrinin çoxalmasının qarşısını alır. Araşdırmalarda kurkumanın antioksidant təsirinin E və C vitaminlərdən daha güclü olduğu müəyyən edilmişdir. Sarıkökün istifadə edilən qismi toz halına gətirilmiş köküdür. Antioksidant təsirlidir.
Hind ədviyyatlarından biri olan sarıkökün əsas maddələri yağın yanmasını təmin edir. Həm də yüksək proteinli qidaları həll edərək həzm prosesinə kömək etmiş olur. Yağ toxmasının böyüməsini də əngəlləyir. Mədəni qüvvətləndirir, həzmi asanlaşdırır və bu sayədə də arıqlamanıza yardımçı olur. Yeməklərdə istifadə edilən sarıkökü suda qaynadaraq çay kimi də istifadə edə bilərsiniz. Sarıköklü çayı balla da birlikdə istifadə edə bilərsiniz.
XƏBƏR LENTİ
HAVA necə olacaq? -27 Mart
Eynşteynə aid olduğu bilinməyən 4 ixtira
Almalı piroq (foto resept)
Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü
Bakıda böyük bir ərazinin taleyi dəmir lövhələrlə qaranlıq edilib - FOTO
Demi Lovato təcili xəstəxanaya yerləşdirilib-FOTO
Özcan Dəniz ata olacaq!
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Səs gigiyenası üçün bilməli olduqlarınız
Qarabağ qazisinin şəhid övladı: “Mən oğlumdan keçmiş zamanda danışa bilmərəm” - VİDEO
Yayın aktual problemi
"Jurnalistika"ya qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ
Bu günün tarixi (14.10.2014)
Murat Boz böyük qalmaqala son qoydu
TƏBİB ölkədəki son vəziyyəti açıqladı
Oktyabrın hava proqnozu açıqlandı
Boşanmış birinə əsla deyilməməsi lazım olan 13 söz
Övlad sahibi olmaq istəyən qadınlar hansı ərzaqlara üstünlük verməlidir?
Xərçənglə mübarizə aparan 4 ərzaq
Ramazanın 15-ci gününün duası
Təbiətdən ilham alan saç rəngləri
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Azərbaycanlı gimnastlar Macarıstandakı turnirdə 12 medal qazandılar
Könül sevən göyçək olar...
İrina Şeyk yeni FOTO paylaşdı
Ordumuza çörək bişirən aşpaz: “İnana bilmirəm ki, kitablarda oxuduğum Qarabağı gəzirəm” -VİDEO
Vücudumuz haqqında 10 həqiqət
"Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
İslandiyada bütpərəstliyin ilk məbədi tikildi
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK
Qazax, Ağdam və Tərtərdə şiddətli atışma
Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün sifarişlər verib
Nəqliyyat sektorunda vahid ödəniş sistemi olacaq
Keçibuynuzu bəkməzinin faydaları
Ziya Bünyadov prospektinin bir hissəsi 4 gün bağlı olacaq
Engin Altanın xanımı 23 kq arıqladı
Model qayınanasını və qayınatasını HƏBS ETDİRDİ-ŞOK SƏBƏB
Azərbaycanda zəlzələ gözlənilirmi?
2019 toy tortları
Qış vaxtı" nəyimizə lazımdır?
Yapon qadınlarının arıq olmasının sirri
Qorxuram...
Saakaşvilidən Azərbaycana dəstək
Jirinovski Azərbaycan Xalq Cümhuriyyətindən danışdı
Röya Ayxan: "Kişi üçün bu bəsdir"
Tərbiyədə-doğru bildiyimiz yanlışlar
Nəqliyyat kartı hans avtobuslarda işləyəcək?
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
- ŞƏRHLƏR