1.Genetik miras
Genetika ilə əlaqəli mülahizələr bu günlərdə köklüklə bağlı araşdırmaların əsas hissəsini təşkil edir. Çünki aclığın səbəbinin bəzi genlər olduğu düşünülür. Tək yumurta əkizləri ilə aparılan araşdırmalar göstərir ki, vücud ağırlığının 70%-ni genlərimizə, sadəcə 30%-ni isə ətraf amillərə borcluyuq. Alimlər köklüyə yol açan gen sayının 30-100 arasında olduğunu deyir.
2.Yaş
Araşdırmalar insanın 20 yaşına qədər hər ay 300 qram kökəldiyini göstərir. Yaşlandıqda isə əzələlərdən itiririk. 25-30 yaşlarında çəki artımı daha çox olur. Bu, 40 yaşına qədər belə davam edir. Proteinən çox istifadə etməlisiniz, əzələ gücünü artırmaq üçün ona çox ehtiyacınız var.
3.Stress
Amerikadakı Chicago Universitetində aparılan araşdırma göstərir ki, xüsusilə qadınlar stresli vaxtlarında lüzumsuz şəkildə kökəlirlər. Üstəlik, stress nə qədər artarsa, çəki də o qədər çox artır. Çünki stress vaxtı vücudumuzda kartizol deyilən bir maddə əmələ gəlir. Bu da piy hüceyrələrini hərəkətə gətirir və enerjinin fəaliyyətini əngəlləyir.
Bu stres həftələr boyu sürərsə, vücudda piylənmə artır. Buna görə də həmişə özünüzə xüsusi vaxt ayırın. Stressin öhdəsindən gəlmək üçün kiminləsə danışın və ya düşündüklərinizi yazın. Bu, yaxşı təsir göstərə bilər. Boston Universitetində aparılan araşdırmanın nəticələrinə görə, gərginlikdən çıxmağın ən asan yolu problemin üzərinə getməkdir.
4.Nikotin
İnsanın siqaretdən üz döndərməsi çox gözəl bir şeydir. Ancaq bunun təsirini sadəcə ciyərlərdə və dəridə deyil, təəssüf ki, çəkidə də görürük. Amerikadakı Michigan universitetinin alimlərinin dediyinə görə, siqareti buraxdıqdan sonra çəki daha çox artır. Məsələn, siqaret çəkdiyiniz vaxtda 2-6 kilo artıq çəkiniz varsa, siqareti buraxdıqdan sonra bu artım rahatlıqla 7-8 kilo ola bilir. Çünki nikotin iştahı kəsir və metabolizmi sürətləndirir. Ancaq kilo almağa dəyər, çünki nikotindən çox səhhətə zərər verən bir şey yoxdur.
Mütəxəssislər siqareti buraxanlara xüsusilə ilk 6 ayı daha çox diqqətli olmağı məsləhət görürlər - az yeyin, daha çox idman edin.
5.Temperatur şəraiti
Üşüyərkən və ya tərləyərkən vücudumuz hərarəti tənzimləmək məcburiyyətində qalır və buna görə də enerjiyə ehtiyacı olur. İqlim isə bu funksiyanı öz üzərinə götürür. Heyvanlar üzərində aparılan bir sınaqda istidə və ya soyuqda onların çəki fərqi ilə üzləşmələri müşahidə olunub. Gün boyunca sabit olaraq isti və ya kondisionerlə soyudulan məkanlarda yaşayırıq. Bu temperatur orta hesabla 26 dərəcə civarındadır. Vücudunuzu zaman-zaman hava dəyişikliklərinə məruz qoyun. Məsələn, saunaya girin, ardınca da buz kimi hovuzda üzün. Hətta bəzi gecələr pəncərələri açıq qoyub yatmaqdan qorxmayın. Bu, sizin immun sisteminizi də hərəkətə gətirəcək, əmin olun.
6.Dərmanların təsiri
Bir çox qadınlar hamiləlik dövründə içdiyi bəzi dərmanların yaratdığı çəki problemindən xəbərdardır. Əslində, təkcə hamiləlikdə qəbul edilən dərmanlar deyil, bir çox dərmanlar köklüyə səbəb ola bilər. Ona görə də xəstəsinə dərman yazan həkimin bu barədə məlumatlı olması lazımdır. Məsələn, bəzi depressiya dərmanları çəkinin 3-4 kq-a qədər artmasına səbəb olur. Təzyiq üçün qəbul edilən dərmanlarsa əlavə 2 kilo çəki artırır. Diabet dərmanları qəbul edənlər isə 3-4 kiloya qədər kökələ bilərlər. Buna görə də xüsusilə diabet problemi olanlar idman etməklə müalicə zamanı kökəlmənin qarşısını ala bilərlər. Dərman qəbul edərkən kökəlmə ilə üzləşirsinizsə, bunu mütləq həkiminizə deməlisiniz.
7.Yuxu problemləri
Araşdırmalar gündə 12 saatdan az yatan məktəb uşaqlarının kökəlmə riskinin 12 saat və daha çox yatanlarla müqayisədə 3.5 dəfə çox olduğunu göstərir. Maraqlıdır ki, hərəkətsizlik, uzun müddət TV seyr etmək kimi faktorların heç biri bu uşaqlara yuxu kimi təsir etmir. Alimlər bunu yuxu zamanı leptin hormonunun səviyyəsinin düşməsi ilə bağlayır. Çünki leptin vücudda metabolizmin sürətlənməsinə yardımçı olur və aclıq hissini qabaqlayır (azaldır, yaratmır). Bu, yeniyetmələrdə də eyni şəkildə olduğu üçün gecə yuxusuna xüsusilə diqqət verməniz önəmlidir. Yatmazdan qabaq yüngül bir duş qəbul etməyiniz və bir stəkan isti süd sizi daha da rahatlaşdıracaq. Əgər xroniki yuxu probleminiz varsa, bunu mütləq həkimə bildirməlisiniz.
8.Sağlıqsız qidalanma
Kişilərin və qadınların yeməklərinə diqqət etməməsi gələcəkdə bədəndə çətin əriyə bilən yağların əmələ gəlməsinə gətirib çıxarır.Və insan yaşlandıqca idman hərəkətləri ilə gündəlik məşğul olmaq şansı da azalır.Bu zaman onların yeməklərini azaltmaları şərt olmalıdır.
XƏBƏR LENTİ
Məşhurların istifadə etdiyi topuz modelləri
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Meşədə qarşınıza ayı çıxsa, nə etməli?
Qorxmuram
Apollon və Dionis
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Kənd, yoxsa zavod südü alaq?
DÇ-2018-in rəsmi mahnısının klipi təqdim edildi - VİDEO
Ən sevdiyim paltarlar və ya paltar növləri
Hansı bürcə ən çox nə yaraşır?
Bakının yaşıl zəhəri
Moskvada Avropanın ən böyük məscidi açıldı
Daha bir məşhur "Çukur"a gəldi
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Bir paylaşımla milyon qazanan ulduzlar - Siyahı
Ronaldo kökəldi-FOTO
35 ölkə təmsilçisi Bakıya gəlir
Xamalı peçenye (foto resept)
Şokalad otagı
Hansı oyuncaq uşaqda hansı xüsusiyyəti inkişaf etdirər?
Mərci salatı (foto resept)
Badımcanlı "Adıyaman köftəsi" (foto resept)
Nokia-larda Android olmayacaq
Dəri quruluğunu aradan qaldıran ərzaqlar
Bəxşiş istəyən qonaqlar
Altı aktyor serialı tərk etdi-SİYAHI
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
Taksilərlə bağlı bu dəyişikliklər ediləcək
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Dahilərdən kəlamlar (IIhissə)
Eşq və etiraf
Əcaib qadınlar
Ziyafət donları
"Azəristiliktəchizat" qışa hazırdır?
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
Messi Ronaldunun "Qızıl top" almasından danışdı
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Anjelika Varumun səsi batdı - FOTO
Oruc tutanlar imsaqda çay içməsinlər
Bu avtobuslar yığışdırılır
Hazal Kaya ANA OLACAQ!
Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir
Qadınların ətəklərini gödəldən inqilab
Türkiyədə "üzən avtomobil dayanacaqları" yaradılacaq
Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ
Monika Belluçi imicini dəyişdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
- ŞƏRHLƏR