Yüksək təzyiq bütün dünyada çox geniş yayılmış və qarşısı da alına bilən xəstəliklərdəndir. Düzgün qidalanma ilə təzyiqi idarə etmək və onun səbəbindən yaranan beyin, ürək, böyrək xəstəliklərinin qarşısını almaq mümkündür. Təzyiqi aşağı salan qidalar arasında tərəvəz, meyvə və süd məhsulları üstünlük təşkil edir ki, bunlar natrium mübadiləsini nizamladığına görə təzyiqdən əziyyət çəkənlərə məsləhət görülür. Sizə təzyiqi aşağı salan qidaları təqdim edirəm.
Tərəvəzlər
Tərəvəzlər təzyiqi aşağı salmaqla yanaşı orqanizmdə qida liflərinin, kaliumun, maqneziumun, digər mineralların toplanmasına səbəb olur. Hər gün yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla, çiy və buxarda bişirilmiş çox miqdarda tərəvəz yeyilməlidir. İspanaq, pomidor, brokoli, qabaq, kartof kimi tərəvəzlər təzyiqi salmağa yardım edir.
Tərəvəzlər kimi meyvələr də lif, vitamin, minerallarla zəngindir. Banan, alma, çiyələk, şaftalı, ananas, manqo, narıngikimilər təzyiq salan qidalar sırasındadır. Əgər meyvə əvəzinə meyvə suyuna üstünlük verirsinizsə, bu zaman şirə təzə sıxılmış və şəkər qatılmamış olmalıdır.
Süd məhsulları
Sağlam damarlar üçün kalsium lazımlı minerallardandır. Kalsiumla zəngin olan qatıq, süd, pendir təzyiqi yüksək olan insanların qidasından əskik olmamalıdır. Burada diqqət olunmalı bir məqam var - bu məhsullar az yağlı və duzsuz olmalıdır.
Taxıl məhsulları
Qara düyü qan təzyiqini aşağı salmağa köməkçi olan, liflərlə zəngin qidadır. Kəpəkli çörək, arpa və yulaflı qidalar qida rasionunda bol olmalıdır. Ağ çörək və şəkər kimi rəfinə olunmuş karbohidratlar əvəzinə, tam taxıl məhsullarından istifadə etmək təzyiqi daim normada saxlayacaq.
Balıq məhsulları
Zülal təzyiqi tənizimləyən bir maddə olmasına baxmayaraq, onun haradan alınması da önəmlidir. Zülalla zəngin olan qızıl balıq, ton balığı kimi soyuq su balıqlarından istifadə etmək olar. Həftədə 2 dəfə istifadə olunan balıq orqanizmə lazım olan və orqanizmin özünün istehsal edə bilmədiyi omeqa-3 turşusu qaynağıdır.
Qoz, fındıq, badam, fıstıq kimi quru meyvələr təxminən bir ovuc miqdarında hər gün istifadə oluna bilər.
Kalsium çatışmazlığı hipertoniya ilə əlaqədardır. Yaş və cinsə görə lazım olan kalsium miqdarı dəyişkən olub 310-400 mq arasındadır. Lazımı miqdarda kalsium almaq üçün süd məhsulları, yaşıl tərəvəzlər, badam, paxlalı bitkilər qəbul olunmalıdır.
Maqnezium qan damarlarına rahatlaşdırıcı təsir göstərir, qanın nizamlı axışını təmin edərək təzyiqin yüksəlməsinə mane olur. Lazımi maqnezium balansı badam, ispanaq, yulaf əzməsi, yer fistığı, buğda kəpəyi, banan, kəpəkli çörək, bişmiş lobya, kişmiş və s. kimi sağlam qidalarla tənzimlənmiş olur.
XƏBƏR LENTİ
Mark milyarderlər siyahısında 6-cı yerə düşdü
Koronavirusla bağlı son STATİSTİKA
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər
Qadınların varlı kişiləri qəşəng kişilərə nisbətən daha tez sevmələrinin səbəbi bəlli olub
İdmansız 49 kq arıqladı-FOTO
Azərbaycan üçün Həcc kvotası üç dəfəyə yaxın artırıla bilər
İranda zəlzələ oldu
Gən yazarın "Son" kitabı təqdim olundu
Birlik istəyirəm
ABŞ-da Azərbaycan qətnaməsi
Valehedici tortlar
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
İngiltərə Premyer Liqası: "Everton" avtoqolla sevindi
Azərbaycan qadınları Orduya yazılır
Azərbaycana yeni radarlar gətirilir
"Boston" tortu(foto resept)
Həftə sonunun HAVAsı
"Facebook"dan bəd xəbər
Mavi gözlü şəxsiyyət testi
Qocalmaq istəməyənlər məşq etsin
Xoşbəxt ailə qaydaları
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Alexa Chungın dəbli donları
Yataq otağı dizaynı
Xoşbəxt evliliklərin sirri nədir?..
Azərbaycanda sosial şəbəkə qoçuları kimlərdir?
Saç tipinə görə maskalar
Dadlı peçenyelər (foto resept)
İrina Hellouin üçün pişik obrazına girdi - FOTO
Təhsil Nazirliyi deputatın iradına cavab verdi
Günün ulduz falı
Kişilər qarın piylərini əritmək üçün nə etməlidir?
Günün qoroskopu - 04.11.2013
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Boşanma səbəbi məlum oldu_XƏYANƏT-FOTO
Nazirdən bu müəllimlərə XƏBƏRDARLIQ
Qızılca xəstəliyi
Bu sezon makiyajda minimalizm dəbi
Sadə geyim modelləri
Planşetlər daha yaxşı qorunacaq
Pələngə qızıl diş qoydular-FOTO
Alyanslar və nişan üzüyü modelləri
Makiyaj hiylələri
Demet Akalın restoranda ödədiyi hesaba qəzəbləndi
1 həftəyə 5 kiloqram arıqladan qarışım
Klaç çanta modelləri
Gəlin toyundan qaçırsa... biz haraya sürüklənirik?
Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?
- ŞƏRHLƏR