Qadin.NET / Yüksək təzyiqli insanların qidası

Yüksək təzyiqli insanların qidası

Yüksək təzyiqli insanların qidası

Yüksək təzyiq bütün dünyada çox geniş yayılmış və qarşısı da alına bilən xəstəliklərdəndir. Düzgün qidalanma ilə təzyiqi idarə etmək və onun səbəbindən yaranan beyin, ürək, böyrək xəstəliklərinin qarşısını almaq mümkündür. Təzyiqi aşağı salan qidalar arasında tərəvəz, meyvə və süd məhsulları üstünlük təşkil edir ki, bunlar natrium mübadiləsini nizamladığına görə təzyiqdən əziyyət çəkənlərə məsləhət görülür. Sizə təzyiqi aşağı salan qidaları təqdim edirəm. 

Yüksək təzyiqli insanların qidası

Tərəvəzlər  

Tərəvəzlər təzyiqi aşağı salmaqla yanaşı orqanizmdə qida liflərinin, kaliumun, maqneziumun, digər mineralların toplanmasına səbəb olur. Hər gün yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla, çiy və buxarda bişirilmiş çox miqdarda tərəvəz yeyilməlidir. İspanaq, pomidor, brokoli, qabaq, kartof  kimi tərəvəzlər təzyiqi salmağa yardım edir.

Yüksək təzyiqli insanların qidası
Meyvələr  

Tərəvəzlər kimi meyvələr də lif, vitamin, minerallarla zəngindir. Banan, alma, çiyələk, şaftalı, ananas, manqo, narıngikimilər təzyiq salan qidalar sırasındadır. Əgər meyvə əvəzinə meyvə suyuna üstünlük verirsinizsə, bu zaman şirə təzə sıxılmış və şəkər qatılmamış olmalıdır.

Yüksək təzyiqli insanların qidası

Süd məhsulları

Sağlam damarlar üçün kalsium lazımlı minerallardandır. Kalsiumla zəngin olan qatıq, süd, pendir təzyiqi yüksək olan insanların qidasından əskik olmamalıdır. Burada diqqət olunmalı bir məqam var - bu məhsullar az yağlı və duzsuz olmalıdır.

Yüksək təzyiqli insanların qidası

 Taxıl məhsulları  

 Qara düyü qan təzyiqini aşağı salmağa köməkçi olan, liflərlə zəngin qidadır. Kəpəkli çörək, arpa və yulaflı qidalar qida rasionunda bol olmalıdır. Ağ çörək və şəkər kimi rəfinə olunmuş karbohidratlar əvəzinə, tam taxıl məhsullarından istifadə etmək təzyiqi daim normada saxlayacaq. 

Yüksək təzyiqli insanların qidası

Balıq məhsulları 

 Zülal təzyiqi tənizimləyən bir maddə olmasına baxmayaraq, onun haradan alınması da önəmlidir. Zülalla zəngin olan qızıl balıq, ton balığı kimi soyuq su balıqlarından istifadə etmək olar. Həftədə 2 dəfə istifadə olunan balıq orqanizmə lazım olan və orqanizmin özünün istehsal edə bilmədiyi omeqa-3 turşusu qaynağıdır. 

Yüksək təzyiqli insanların qidası
Quru meyvələr 

Qoz, fındıq, badam, fıstıq kimi quru meyvələr təxminən bir ovuc miqdarında hər gün istifadə oluna bilər.

Təzyiqi aşağı salan və həmişə də eyni səviyyədə saxlayan möcüzəvi bir bitki yoxdur. Əsas şərt düzgün qidalanmadır. Yadda saxlamaq lazımdır ki, kalium orqanizmdə su mübadiləsini nizamlayır və bir çox başqa funksiyaları da yerinə yetirir. Araşdırmalar zamanı məlum olub ki, kaliumla zəngin qidaların qəbulu təzyiqin normallaşmasına səbəb olur. Kalium - süd, qatıq, avakado, ərik, banan, yemiş, pomidor, balqabaq kimi qidaların tərkibində üstünlük təşkil edən elementdir. Lakin bunu da nəzərə almaq lazımdır ki, kalium böyrək xəstəliklərinə yol aça bilər və mütləq rasion həkim tərəfindən təyin olunmalıdır.

Kalsium çatışmazlığı hipertoniya ilə əlaqədardır. Yaş və cinsə görə lazım olan kalsium miqdarı dəyişkən olub 310-400 mq arasındadır. Lazımı miqdarda kalsium almaq üçün süd məhsulları, yaşıl tərəvəzlər, badam, paxlalı bitkilər qəbul olunmalıdır.

Maqnezium qan damarlarına rahatlaşdırıcı təsir göstərir, qanın nizamlı axışını təmin edərək təzyiqin yüksəlməsinə mane olur. Lazımi maqnezium balansı badam, ispanaq, yulaf əzməsi, yer fistığı, buğda kəpəyi, banan, kəpəkli çörək, bişmiş lobya, kişmiş və s. kimi sağlam qidalarla tənzimlənmiş olur.                                                              

26 mart 2016
GO BACK