Diyetoloqlar araşdırmalardan sonra bu qənaətə gəliblər ki, arıqlamaq arzusunda olanların ən çox rast gəlinən səhvi qısa zamanda tez arıqlamağa can atmaqdır. Onlar düşünürlər ki, pəhriz nə qədər ciddidirsə, bir o qədər effektivdir. Əslində isə təcrübə göstərir ki, adət edilmiş qidalanma rejimindən imtina edib sağlam menyu əsasında qidalanmaq lazımdır. Çünki ciddi pəhriz tutanlar gec-tez dözməyib, yenidən əvvəlki rejimə qayıdırlar. Odur ki, vəziyyəti real qiymətləndirib, yeməyin həcmini deyil, kalorisini azaltmaq lazımdır. İştahanı, dad zövqünü öldürməyə çalışmaq isə düzgün deyil.
Yoqa ilə məşğul olanlar əmindirlər ki, sağlam iştaha orqanizmin sağlamlığından xəbər verən bir xoşbəxtlikdir. Xəstə olarkən iştahanın pozulmasını nəzərə alaraq, bu fikirlə razılaşmaq olar. Diyetoloqla məsləhətləşmədən tutulan pəhriz isə arzuolunmaz fəsadlar törədə bilər. Məsələn, ilk baxışdan tamamilə zərərsiz görünən qarpız pəhrizi sonralar gözlənilməz fəsadlar verə bilər. Bəziləri belə fikirləşir ki, qarpız başdan-ayağa vitaminlə zəngindir, onun nə ziyanı ola bilər ki? Lakin belə pəhrizin artıq üçüncü günündə diqqətin cəmlənməsi, aydın düşünmək qabiliyyəti itirilə bilər. Çünki rəngarəng qidaya öyrəşmiş orqanizm dar çərçivədə qidalanmanı qəbul edərək, bir məhsulla kifayətlənə bilmir. Bununla yanaşı, qarpız pəhrizi böyrəyində daş, duz olanlarda kəskin ağrılara səbəb ola bilər.
Diyetoloqların diqqətini cəlb edən məqamlardan, arıqlamaq istəyənlərin tez-tez rast gəlinən səhvlərindən biri də artıq çəkidən azad olmaq üçün gec-gec yemək yeyilməsi olub. Əslində isə tez-tez, amma kiçik porsiyalarla yemək lazımdır. Yeməyin gec qəbulu insanda aclıq hissini daha da artırır. Nəticədə, yemək vaxtı çatanda orqanizmə lazım olandan daha artıq yemək yeyirlər. Pəhriz əvəzinə acgözlük başlayır. Masa arxasına oturarkən yadda saxlamaq lazımdır ki, toxluq hissi insana qidalanma başladıqdan yalnız 15 - 20 dəqiqə sonra gəlir. Odur ki, yemək nə qədər yavaş-yavaş yeyilsə, özünü doymuş kimi hiss etmək üçün bir o qədər az yemək lazım olar. Qidanın əsas hissəsinin günün birinci yarısında qəbulu daha məqsədəuyğundur.
Artıq çəkidən azad olmaq istəyənlər bəzən yağlardan tamamilə imtina edirlər. Əslində, bu addımı atmaq ən böyük səhvlərdəndir. Rusiyalı mütəxəssislərin araşdırmalarına görə, orqanizmdəki piy qatları ürək, böyrək, ciyər və digər daxili orqanlar kimi çox vacib və lazımlı imiş. Ona görə də həkimlər insanda bədənin çəkisinə uyğun piy qatlarının olmasını normal və vacib hesab edirlər. Az miqdarda piy orqanizmdə maddələr mübadiləsi üçün lazımdır. Sadəcə olaraq, qida seçərkən yağlılığı az olanlara üstünlük verilməlidir.
Pəhriz saxlayanlar menyudakı məhsulların çoxunu tərəvəzlə əvəz etməklə orqanizmin arıqlama prosesinə xeyir verdiklərini düşünürlər. Əslində isə bu yalnız qismən doğrudur. Meyvələrin və tərəvəzlərin az kalorili olması onların əsas üstünlüyüdür. Tərəvəzlər bütün pəhrizlərə, hətta müalicəvi pəhrizlərə də daxil edilir. Ən az kalorili tərəvəzlər xiyar, kahı və kələmdir. Lakin 40 yaşdan sonra insanların əksəriyyətində hansısa xəstəliklər olur. Bir sıra xəstəliklər zamanı çiy tərəvəzlər çətin həzm edilir. Qastrit, mədə xorası və mədəaltı vəzi xəstəlikləri zamanı çiy tərəvəzlər məsləhət deyil. Qidalanmadan heç vaxt süd məhsulları çıxarılmamalıdır. Müəyyən edilib ki, süddə çox olan kalsium nəinki çəkinin azalmasına kömək edir, həmçinin arıqlayan orqanizmə gərəklidir.
XƏBƏR LENTİ
Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏДћ
Nə üçün?
Buzla gözəlləşin
Cazibədar görünmək istəyənlər üçün
Hazal Kaya ana oldu-FOTO
Kaktusa qulluq
Bölgələrimizin mətbəxi - Lənkəran (Talış bölgəsi)
Mədə ağrısına faydalı gələn 5 ərzaq
Maddələr mübadiləsini sürətləndirək
Madonna stuldan yıxıldı-VİDEO
Peonny Lim
Məşhur aktrisa məsxərəyə qoyuldu-FOTO
Böyük Britaniyada sərt karantin rejimi bərpa edilir
4 dərdə dəva xiyar maskası
Ali Sunal göz yaşlarını saxlaya bilmədi - VİDEO
Sobada pendirli göbələk (video-resept)
Nikol Kidman boşanır
Nevroz və ürək xəstəliklərinin səbəbi
Bürclər və daşlar
Dərmanların qiymətində DƏYİŞİKLİK var?
Dəbdəbəli geyim modelləri
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Məşhurları belə də tanıyın
1 həftə çörək yeməsək nələr olar?
Azərbaycanda yeni universitet yaradılacaq
Ermənilər yenə aktivləşdi
Bəzi kişilərin son ümidləri də puç oldu
Emin Əmrullayevdən yüksək vəzifələrə TƏYİNAT
Eşqinizi canlı tutacaq 7 məsləhət
Türkiyədə Koroğlunun nəhəng heykəli qoyuldu -VİDEO
Onun xoşuna gəlmək üçün...
Boğazında qalan kolbasanı çıxarmaq istədi, diş fırçasını uddu - FOTO
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Ramazanda mədəni yormayan tövsiyələr
Messi Raulu geridə qoydu
Göz yaşlarının intiharı
Qozlu şorba detoksu
Ermənistan yanlış yolda
Telefon asılılığından xilas olmağın 5 yolu
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Azərbaycan polislərinə müjdə
Şokoladlı portağal dilimləri (foto-resept)
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
Körpəsini metroda doğdu
Xalq artistinin viziyyəti pisdir
Hadise 24 minlik geyimi ilə diqqət çəkdi-FOTO
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ
Ağız suyunun axması
PSJ "Qoca Sinyora"nın "şeytan" tapıntısına göz dikdi
- ŞƏRHLƏR