İmmunitetin zəiflədiyi qış aylarında immun sistemini gücləndirmək üçün sağlam qidalanmaq lazımdır. Vitaminlə bol olan qış tərəvəzləri xəstəlikdən qorunmaq üçün uyğun bişirilmə şərtlərində hazırlanmalı və doğru miqdarda istifadə edilməlidir. Bunlardan bol-bol istifadə edin. C vitamini vücuddan zərərli maddələrin çıxarmaqla vücudun müqavimət sistemini gücləndirir.
Yaşıl bibər, cəfəri, vəzəri, gül kələmi, ispanaq, itburnu kimi qidalarda bol miqdarda C vitamini vardır. İspanaq tərkibində olan C, E və B qrupu vitaminlər və dəmir, maqnezium, fosfor, yod mineralları sayəsində immun sistemini gücləndirər və soyuqdəymələrin qarşısını alar.
Qışlıq tərələrdən olan kəvərin tərkibinə C, K, B vitaminlərini, kalium, kalsium, maqnezium, kükürd, mis, yod mineralları daxildir. Eyni zamanda bədənin müqavimətini artıran kəvər böyrək daşlarının əmələ gəlməsinə mane olar və xərçəngdən qoruma xüsusiyyətinə sahibdir.
Cəfəri bir provitamin A (beta karotin) mənbəyidir. Bu xüsusiyyətilə görmə gücü, kapilyar damarları, böyrəküstü vəzlərin və qalxanabənzər vəzlərin funksiyaları üzərində təsirlidir. Yarpaqlarında uçucu yağlar, flavonoid, protein, xlorofil və qlükozit, köklərində uçucu yağ, şəkər və qlükozit vardır. Yarpaqları vitamin (A, C, K), dəmir, kalium, kükürd, kaslium, manqan baxımdan zəngindir. Bir miqdar cəfəri günlük C vitamini ehtiyacının çoxunu qarşılayır.
Kərəviz yüksək təzyiqi nizamlayır. A, B, C vitaminlərilə zənginolan, dəmir, sink, mis, selenium tərkibli kərəviz immuniteti qüvvətləndirir. Böyrək daşlarının düşməsinə yardımçı olur. Antioksidan təsirlidir, qandakı stress hormonlarını azaltmaq təsirilə yüksək təzyiqi və xolestrolu nizamlayır.
Kələm də orqanizmin müqavimətini artırır. Tərkibi B, C, E vitaminləri və kalium, kalsium, kükürd, dəmir, mis, maqnezium kimi minerallarla zəngindir. Qəbzlik zamanı da təsirlidir. Antioksidan tərkibli olduğuna görə bağırsaq xərçənginin yaranmasını əngəlləyir. Gül kələmi infeksiyalardan qoruyur. C vitamini və maqnezium mənbəyi olan gül kələmi antioksidan tərkiblidir. Xərçəng və ürək xəstəliyinə tutulma riskini azaldır. Gül kələm anti-bakterial və infeksiyalara qarşı təsirli olduğu üçün sidik yolu infeksiyalarına da təsiri çoxdur.
Brokkoli xərçəngə qarşı qoruyur. Beta karotin tərkibi yüksək olduğundan yemək borusu, mədə və bağırsaq xərçəngi təhlükəsini azaltma xüsusiyyətinə malikdir. B1, C vitaminlərilə zəngindir. Tərkibinə kalium, kalsium, kükürd, selenium minirelları da daxildir. Brokkolinin lif nisbəti yüksəkdir, xərçəngin qarşısını alır.
Tərəvəz yeməklərinə dad verən sarımsaq sağlam qidalanmada olduqca əhəmiyyətlidir. Sarımsağın tərkibində bol miqdarda su, kükürd birləşmələri, protein, lif və sərbəst amin turşusu vardır. Sarımsağın tərkibinə yüksək miqdarda saponin, fosfor, kalium, sink, kükürd orta miqdarda selenium, A və C vitaminləri ilə az miqdarda da kalsium, maqnezium, natrium, dəmir, manqan və B vitaminləri daxildir. Sarımsağın ən əsas biokimyəvi xüsusiyyətindən biri antioksidan təsirli olmağındadır. Sarımsaq xərçəngə qarşı çox faydalıdır.
XƏBƏR LENTİ
Gözəl ayaqlara necə sahib olaq?
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Ebru Şahin çimərlikdə-FOTO
Sezar salatı (foto-resept)
Ramazanın 16-cı gününün duası
Leonardonun adası hər kəsi təəccübləndirdi
Günün ulduz falı
Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi olacaq?
"Vsyo, ay Allah, özüm tapdım, lazım deyil"
İtirən bizik
Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunur
Bu da yeni Mustang
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Payız tortu (foto-resept)
Koronavirusun daha bir fəsadı aşkar edildi
Böyük sirr açıldı: qadınların kişilərdən çox yaşamasının səbəbi bilindi
Serenaydan 1,5 milyonluq imza - FOTO
Mikayıl Müşfiqin doğum günüdür
Diri ilanbalığı uddu ölümdən döndü-FOTO
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Avropanın ən qədim oxu zalı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Gündə 3 fincan qəhvə içənlər…
“Aşkı memnu”nun “Firdevs”i: "Varlı olmaqdan bezdim"
Şokoladlı top (foto resept)
Siqaretdən imtina edən şəxs 1 ilə yığdığı pulu görüncə AДћLADI
Gül börəyi (foto resept)
Ailə birlikdir!
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Payız pəhrizi necə edilər?
Bu ərazilərdə QAZ olmayacaq!
Sırğaları necə təmizləməli?
Ancelina Coli yenidən ana olacaq!-FOTO
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
Praktik 4 üz maska
Ləziz salat (foto resept)
Wi-Fi şüalarının insan orqanizminə hansı təsirləri var?
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO
Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO
Arqan yağının dəriyə təsiri
Azərbaycanda 5 gün iş olmayacaq
Mətbəxtə fərqli stullar
Hadisə sahib olduğu hər şeyi satır
Uşaqlar oxusun deyə (yardım edək)
Nə gözəl yaraşır insana gülmək...
2019-da mükafat almış it şəkilləri
Rusiya tək rəqib elan edildi
- ŞƏRHLƏR