Bakıda hava
USD AZN
EUR AZN
09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41422

Azərbaycanın təbii-coğrafi şəraiti-1

 

Azərbaycanın təbii-coğrafi şəraiti-1

 

Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 221,6 min km2 , əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km2, əhalisi 8,5 mln nəfərdir (2006-cı il), Cənubi Azərbaycanın ərazisi 135 min km2 , əhalisi 25 mln nəfərə qədərdir.

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4821 m-ə (Savalan dağı) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir.

Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.

 

Azərbaycanın təbii-coğrafi şəraiti-1

 

Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir.

Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır.

Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır.

Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac, 2901 m, Hinaldağ, 3367 m), Murovdağ (Gamışdağ, 3724 m), Qarabağ (Böyük Kirs, 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı, 3552 m, Dəlidağ, 3616 m) relyefdə üstünlük təşkil edir.

Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ, 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı, 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir.

 

Azərbaycanın təbii-coğrafi şəraiti-1

 

 

Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy, 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən ibarətdir. Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər, cənub yamacı isə 25 kilometr məsafədə 3000 metrdən 1000 metrə qədər enir. Onun şimal yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır.

Kiəmki-Qaraca silsiləsi Qaradağın cənub, cənub-qərbinə yaxın olmaqla 110 kilometr məsafədə uzanır. Onun Kiəmki zirvəsi 3358 metrə, ən uca zirvəsi isə 3975 metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən şərqə doğru 130 kilometr uzanmaqla 4821 metrə qədər (Savalan dağı) ucalır. Cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından yaranmış Savalan silsiləsinin yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə

doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal enliyi isə 20 kilometrə çatır. Bozquş silsiləsi şimaldan Acıçay, Balıqçay, cənub-şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. Acıdərə çökəkliyindən cənub-qərbə vulkan mənşəli Səhənd (Haramdağ) dağının (3710 m) konusu ucalır. Ətrafdakı dağarası çökəklik və düzənliklərdən 2500 metrdən artıq ucalan Səhənd dağı və Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir.

 

Azərbaycanın təbii-coğrafi şəraiti-1

 

 

Mişudağ silsiləsi Urmiya gölünün şimal-şərq qurtaracağında yerləşməklə 60 kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir.

Cənubi Azərbaycanın qərb qurtaracağında İranla Türkiyə sərhədi boyu 110 kilometr məsafədə uzanan Qotur silsiləsinin şərq yamacı Sarısu, Qızılçay, Ələnd, Qotur çayları ilə kəskin parçalanmışdır. Qotur silsiləsinin ən uca zirvələrindən Heravil (3676 m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və başqalarını misal çəkmək olar.

Qotur silsiləsindən cənuba, Urmiya gölündən qərbə Moğancıq-Musalan silsiləsi ayrı-ayrı dağ tirələrindən ibarət olmaqla, onların mütləq yüksəkliyi 2000 metrlə 3000 metr arasında dəyişir. Silsilələrin ən uca zirvəsi 3601 metrdir. Mezozoyun çökmə süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir çox çay dərələri vasitəsilə parçalanmışdır.

Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır.

Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır.

B.Ə.Budaqov

Ardını növbəti xəbərimizdə izləyin.


Səslərin sayı: 6
15
8270
Şərhlər
Offline
Hacət-i Vuslat
Vətənimin hər qarışı gözəldir. Təbii-cografi şəraiti də özünə məxsusdur. İqlim dəyişkənliyi bütün ərazilərdə müşahidə olunur.
7 dekabr 2014 08:44
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fidan Məmmədova
Azərbaycanın təbii cografi səraitini məktəb vaxtlardan gözəl bilirdim,ən sevdiyim fənnlərdən biri idi Azerbaycan cografiyası
4 noyabr 2014 13:56
Offline
Xəyalə Murad
Vətənimin hər qarışı gözəldir. Təbii-cografi şəraiti də özünə məxsusdur. İqlim dəyişkənliyi bütün ərazilərdə müşahidə olunur.
4 noyabr 2014 13:48
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Rüzgar
Məlumat üçün təşəkkür
31 oktyabr 2014 17:15
Offline
R....G
girl_ang tewekkurler xebere gore
31 oktyabr 2014 08:17
Offline
Qəribə

Kaşki qismet olaydı ölkemizin her bir qarışını gezmek
Sağliq olsun görərsən. Teşekkürler Agat baçim. give_ros kiss
30 oktyabr 2014 11:10
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Hamisini oxudum ardinida gozleyirem cox sagol xeber ucun

Sən sağol cnaım. ardı mütləq olacaq. give_ros
30 oktyabr 2014 00:17
imza: Pozitiv olun!
Offline
Nəzrin
Hamisini oxudum ardinida gozleyirem cox sagol xeber ucun kiss give_ros
30 oktyabr 2014 00:00
Offline
♥Lamiyə♥
Cografyani sevirem
29 oktyabr 2014 22:44
Offline
Agat_Kris
Gülbəniz,
Dəniz84,
Fatma xanım,
Asi,
Ellada Babayeva,
Hər birinizə təşəkkür edirəm. give_ros
29 oktyabr 2014 18:44
imza: Pozitiv olun!
Offline
Ellada Babayeva
Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır.
Coğrafiya müəlliməm yadıma düşdü..
29 oktyabr 2014 17:05
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Asi
Bir anliq mekteb illerine dondum cox sagol give_ros
29 oktyabr 2014 17:01
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Fatma xanım
Burdakı yer dağ yurd adlarının çoxunu birinci dəfədir ki eşitdim sayənizdə çox sağ olun
29 oktyabr 2014 16:34
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy, 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

Təşəkkürlər Sərt_Əsinti.
29 oktyabr 2014 15:59
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Gülbəniz
Kaşki qismet olaydı ölkemizin her bir qarışını gezmek
Teşekkürler
29 oktyabr 2014 15:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )