Bakıda hava
USD AZN
EUR AZN

Ən böyük etirafım

Ən böyük etirafım

Bu, mənim həyatımda ilk etirafımdır və sizin məsləhətlərinizə ehtiyac duyuram.

Mən 10 il əvvələ qayıtmaq istəyirəm. 2003-cü ildə tələbə adını qazandım. Bu vaxt mənim sinif yoldaşım, həm də qonşumuz olan Samir (ad şərtidir) başqa bir yerə qəbul oldu. O, bizdən aşağı küçədə qalırdı. Samir bir gün məndən xahiş etdi ki, "Mənim otaq yoldaşım Şəlalə adında qızı sevir, qız sənin təhsil aldığın yerdə oxuyur və onların yerlisidir. Sadəcə, qiz bilsin ki, oğlan onu sevir. Bu xəbəri qıza çatdırarsanmı?" Mən də dedim: "Hə, çatdıraram". Və çatdırdım.

Səhəri gün dərsə gedəndə mənə dedilər ki, müdir səni çağırır. İçəri girəndə gördüm ki, Şəlalə, atası, anası və müdir oturub. Müdir mənə bir kəlmə söz dedi: "Qovuldun".

Dərsə girmədən evə gəldim və sinif yoldaşımı telefona çağıraraq ağlaya-ağlaya vəziyyəti danışdım.

Samir də olanları otaq yoldaşına danışıb. Aradan bir az keçəndən sonra qrup yoldaşım Ülviyyə bizə gəldi, dedi ki, "Kursun rəhbəri müdirin yanına gedib, səni qovublar". Mən də ağlaya-ağlaya durdum paltarlarımı yığım, rayona qayıdım. Elə bu zaman evin sahibəsi məni çağırdı, dedi ki, "Səni qapıda gözləyən var". Otaq yoldaşlarım, Ülviyyə və mən bayıra çıxdıq. Samir və onun otaq yoldaşı qapıda dayanmışdı. Təsəvvür edin ağlamaqdan üzüm-gözüm şişmişdi. Samir mənə dedi: "Otaq yoldaşımın sənə sözü var". Oğlan mənə dedi: "Hər şeyə görə üzr istəyirəm. Sabahdan dərsə gedərsiniz"... "Dərsə gedərsiniz" sözünü eşidən kimi başımı qaldırdım və qeyri-ixtiyari oğlana baxdım, o zaman göz-gözə gəldik və hər şey ordan başladı.

Aradan 4-5 ay keçdi. Ülviyyə mənə dedi ki, "Sənin xəbərin varmı ki, biz Samirlə bir-birimizi sevirik və bu yaxınlarda bizə elçiliyə gələcəklər". Çox sevindim. Beləcə, elçilik oldu. Ülviyyə bir gün mənə söylədi ki, "Samirin otaq yoldaşı səni sevir". Heç bilirsiniz mən bu xəbəri neçə aylardı gözləyirdim. Sevincimdən uçurdum, çünki mən də o oğlanı sevirdim.

Və beləcə, bizim sevgimiz başladı. İnanın ki, bir-birimizi o qədər sevirdik ki, bir-birimizin gözlərinə baxmaqdan çəkinirdik. O oğlan mənə qarşı heç vaxt artıq hərəkət etməmişdi, deyirdi ki, "Mən sənə toxunmağa belə qıymaram". Mən hər həftə sonu rayonumuza qayıdırdım, amma onu tanıyandan sonra qayıtmadım. Onun üzünü görmək üçün hamıdan təcrid olunmuşdum. Onu bir dəqiqə görmək üçün nələr etməzdim. Beləcə yaşayırdım - sevgilimi hər həftə sonu görəcəm deyə...

Bir gün mənə zəng gəldi, zəng edən sevdiyim idi. Telefonu açdım, mənə nə desə yaxşıdır? "Biz ayrılmalıyıq!"

Ən böyük etirafım

Heç bilirsiniz nə vəziyyətə düşdüm?! Xəstə yatdım, qızdırmam 40 dərəcədən aşağı düşmədi, dilim-dodağım parça-parça oldu. Dayana bilmirdim onsuz, axır ki bülleten açdırdım, evə gəldim. Anama hər şeyi danışdım. Anam vəziyyətimi gördü, heç nə demədi və beləcə, yenidən dərsə qayıtdım, amma elə bil cəhənnəmə gedirdim.

Aradan bir az vaxt keçdi və özümdə cəsarət toplayıb səbəb soruşmaq üçün qarşısına çıxdım. Yalvardım, "Sevgimizi belə bitirmə" dedim... Mənə baxdı, baxdı, arxasını çevirərək çıxıb getdi...

İllər keçdi. Mən kəndimizdə ingilis dili müəlliməsi işləməyə başladım, amma yenə onu axtarırdım, onun səsini duymaq istəyirdim, onun qara gözlərinə baxmaq istəyirdim. Gələn elçiləri qaytarırdım, elə bilirdim gələcək.

Samirlə Ülviyyənin toyu oldu. O toya getdik, toya sevdiyim oğlan da gəlmişdi. Elə həsrətlə baxırdıki, bir-birimizə o toyda... Onun barmağında nişan üzüyü gördüm. Toyu tərk etdim...

Acılı günlərim başladı, aylarla xəstəxanalarda yatdım, psixoloji sarsıntı keçirdim. Yaxınlarımın köməyi ilə ayağa qalxdım və onu ürəyimdən çıxarmağa çalışdım. Sevmədiyim insanla ailə qurdum, amma sonralar gördüm ki, çox gözəl insandır, dindardır. Bir oğlum, bir qızım var. "Hər şey arxada qaldı" dediyim zamanda ondan mənə xəbər gətirdilər. Ailəlidir, amma bu yaxınlarda boşanır. İki övladı var. Mənə yaxın olmaqdan ötrü bizim kəndimizdə iş yeri açıb. İllərdən sonra başqasıyla evlənməyinin səbəbini də mənə açıqladı - babası ölərkən vəsiyyət edib ki, "bu qızla evlənərsən"...

Bu da mənim sevgim, bu da sevgimə verilən dəyər...

Tək arzum, istəyim var ki, Allah məni yolumdan azdırmasın, şeytan ailəmlə mənim arama girməsin... Allah bütün sevənləri qovuşdursun. Amin.

Səslərin sayı: 9
76
13509
Şərhlər
Offline
❤Xəyalə Dilək❤(Ələkbərova)
Allaha bagli olun....namaz qilin....coxlu dualar elyin.weytana lehnet oxuyun....Allah merhemetlidir ve sizi duzgun yoldan azdirmayacaqdir.Inwaallah...her iwde bir xeyir var ureyinizi sixmayin winked
14 dekabr 2013 11:33
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
Offff ..Offff ...Offff..Bu sevgi qeder acimasiz qeddar birwey varmi?? Üzuldum vallah..Qoymayin ailenize yaxinlawsin aqliniza girsin..Heyatinizi darmadaqin etmeye icaze vermeyin..
14 dekabr 2013 11:30
Offline
GÜLÇİN
Məncə keçmiş sevgilinizə tərəf heç baxmamalısınızda.Əgər 1 dəfəylə heçnə olmaz deyibdə onunla ünsiyyət qursanız inanın sonradan peşman olacaqsınız.Bütün səhvlər "bir dəfəylə heçnə olmaz" deyə başladığımız səhvlərdir.Siz artıq ailəlisiz,qoy o,keçmişdə qalsın.Birdə ki nə olsun ki,babası vəsiyyət edib sən bu qızla ailə həyatı qurmalısan.Ailə quranda fikirləşmirdiki sevdiyi ola-ola sevmədiyilə o yaşayacaq.Bir insanın sözünə qulaq asmaq 3 insanın bədbəxt olmasına gətirib çıxardıb.
14 dekabr 2013 10:58
Offline
Nura
Eziz bacim sene geleceyin balalarin lazimdi. Sen ona lazim olsaydin her weye regmen seni atmazdi.Hekayemiz bir az ferqlidi amma mende istemediyim biriyle aile qurmuwam. Indi Gozel bir ailem var. Geleceyive bax ve ireli addimla. Kecmiwi yadiva salanda ise sadece gulumse ve kec... Allah seni ve balalarivi xowbext elesin.
14 dekabr 2013 10:54
Offline
nigar
Tək arzum, istəyim var ki, Allah məni yolumdan azdırmasın, şeytan ailəmlə mənim arama girməsin...

Amin inwallah baci cox gozel evliliyiniz var xosbextsiniz araniza hec kimin girmeyine izin vermeyin.Allah sizi qorusun girl_ang
14 dekabr 2013 10:52
Offline
N.(SaTuOr)
Allah komek olsun sene baci, calis kecmisini unut, bu gununle, geleceyinle yasa.Ne olsun ki, is yeri acib, sene yaxin olmaq isteyir.Bu her seyi deyisecekmi?Sen seni seven ailenle yasa, ve ona teref baxma, ozu xosbext olmayib deye, seni de belke ozune tay etmek isteyir.Mence eger semimi qelbden sevseydi hec ayrilmazdi.Amma mene bir sey catmadi, niye, ne sebebe qovdular ve o sevdiyiniz oglanin ne dexli oldu ki yeniden oxudunuz, size gelib deyib ki sabahdan dersine gede bilersen.Belke men diqqetle oxumamisam deye mene catmadi.
14 dekabr 2013 10:17
Offline
Sirli_dunyam
Bacı sənin düşdüyün vəziyyət həqiqətəndə acı ağrılı olub.Amma özünüz deyirsizki gözəl insan olan əriniz və övladlarınız var,olanlar qoy elə keçmişdə qalsın.Bir sözdə deyim qurban sizə inciməyin öz yoldaşından başqasını düşünən insanın şeytan tez yol açar qəlbinə.Elə isə əvvəl o insanı fikrindən çıxard Allahına ailənə fikrini yönəlt.Xoşbəxt ol.
14 dekabr 2013 09:11
Offline
איסון ממדוב.
Allah size komek olsun o insan sizi heqiqeten sevseydi indi siz onun evinin gelini olardiz
14 dekabr 2013 08:01
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Parvina İbrahimova
Ağlını,ruhunu,ürəyini Rəbbinə təslim edən şəxsin azmağı heç vaxt müzakirə mövzusu ola bilməz.İradəli ol.İnsan ölərkən tək şey gələcək ağlına mən kiməm və kim olaraq ölürəm.Bunu daim düşün və qəti unutma.Allah səni və ailəni yer üzündəki hər cür pislikdən və ən pis şey olan nəfsindən qorusun.Çünki insana ən böyük düşmən onun nəfsidir.O oğlanın da səninçün olan dəyəri tərk etdiyi gün itib.Özü də bu cür mənasız səbəbdən.
14 dekabr 2013 01:48
Offline
Aida M-ova
Babasi olerken vesiyyet edib bu qizla evlenersen... indi ata sozune baxan yoxdur nebilim... iki ovladi var buda baba vesiyyetiyle olub?! tutaqki bu vesiyyeti yerine yetirib evlenib baba oldu dai bosayim? onun insanlara hormeti bundan ibaretdir elbet ehde bucur vefalidir... birde her yerde seytani gunahlandirmayaqda her isi ozumuz bisirib deme qoyuruq yeyende deyirik ALLAH seytana lenet etsin meni azdirdi... mence sizin meslehete ehtiyaciniz yoxdur aile usaq heleki onun gozel xasiyyetli biri oldugunu kesf etmisiz gerisi bosdur ... hacanki gordunuz seytan sizi aldatmaq isteyir elinizi vicdaniniza qoyun dusunun kim size qarsi daha edaletli davranib bunu siz ozunuz bizden yaxsi bilirsiz...insaALLAH her sey ureyinizce olar
14 dekabr 2013 01:47
Offline
♥Selena♥
Çox çətindir belə vəziyyətlərdə məsləhət vermək. Nə deyə bilərəm ki, siz özünüz oturub hər şeyi diqqətlə düşünün, gözəl ailəniz var, sizi sevən uşaqlarınız və yoldaşınız var, isti yuvanızı dağıtmayın. Ağlınızla düşünsəniz ailənizi seçərsiniz. Çünki insanları tanımaq olmur, o vaxt atasına görə sizdən ayrılmışdı, ona qayıtsanız bəlkə başqa səbəbə görə yenə də sizdən ayrılar. Həmin vaxt geri baxanda nə ailəniz olacaq, nə də uşaqlarınız, peşmançılığın da heç bir faydası olmayacaq.

Allah özü sizi doğru yoldan çəkindirməsin yar və yardımcınız olsun Amin.

Amin! İnşAllah!
14 dekabr 2013 01:36
Offline
Turkane Selim
Siz yetər ki istəyin İNŞAALLAH ALLAH sizi çaşdirmaz,ALLAH ailənizi qorusun AMİN! girl_ang
14 dekabr 2013 01:34
Offline
Aysel İ.
Sevmədiyim insanla ailə qurdum, amma sonralar gördüm ki, çox gözəl insandır, dindardır. Bir oğlum, bir qızım var.
Sizi sevən sizin yanınızdadır. Ailəniz və övladlarınız....Artıq sözə ehtiyac yoxdur.
14 dekabr 2013 01:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Narin...
Nə yazım necə yazım heç bilmirəm. Allah özü sizi doğru yoldan çəkindirməsin yar və yardımcınız olsun Amin. recourse
14 dekabr 2013 01:26
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ceylan Mumoğlu
Ürək məsələləri çətin məsələdir,amma siz güclü olmalısız. Ürəyinizə qalib gəlib ağılla düşünün və ağılla da hərəkət edin.
14 dekabr 2013 01:22
Offline
Ellada Babayeva
Nə deyim bilmirəm.Sizin keçirdiyiniz acını azda olasa hiss elədim.Amma bu olanlar keçmişdə qaldı.İndi siz ailəlisiz həmdə anasız.Məncə oğlanın sevgisi sizin sevginizdən zəif olub.
14 dekabr 2013 01:21
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 05:49 - Müəllif: JamesheevaIY
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Withdraw 918Kiss – Uberwin.club Click here>>>
  • 02:56 - Müəllif: KristinaPlernMB
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Incredible update of captchas solution package "XEvil 4.0": captcha recognition of Google (ReCaptcha-2 and ReCaptcha-3), Facebook, BitFinex, Bing, Hotmail, SolveMedia, Yandex, and more than 12000 another size-types of captcha, with highest precision (80..100%) and highest speed (100 img per second). You can use XEvil 4.0 with any most popular SEO/SMM programms: iMacros, XRumer, GSA SER, ZennoPoster, Srapebox, Senuke, and more than 100 of other programms. Interested? There are a lot of impessive videos about XEvil in YouTube. Free XEvil Demo available. See you later!
  • 02:36 - Müəllif: PeteridextDQ
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Возможная неудача Stamina-RX Maximum Sexual Stimulant, 30tabs : preparatyi Состав Стамина РХ Предельная Альтернатива Виагре!
  • 01:19 - Müəllif: JosephacuptOW
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Most of the student know good about the subjects but when comes to online exam, they don’t feel confidence and need help. In that situation, student can use this online exam help service from best exam and quiz helpers and experts to improve their grades. This will boost their morale and confidence for all future exams and tasks. We have our team of experts who are equipped with modern means to assist students in all their online exam and quiz related queries. Take My Online Exam
  • Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”

    Uşaq pulu bərpa olunsa mənnən xoşbəxti tapilmiyacaq
  • Evdə idman etməyin faydaları

    - Səhər oyananda evin içində ritmli yürüyüşə çıxın. Evinizin və ya mənzilinizin pilləkanlarını qalxıb düşün. Enib-çıxma, ip atlama və ya rəqs kimi fəaliyyətlərdən istifadə edə bilərsiniz. bu bir az qəlizdi
  • Bred Pitt və Ancelina Coli uşaqları ilə bağlı razılığa gəldilər

    Uşaqların psixalogiyasına görə normal məktəb vacibdi
  • Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

    Bu risk deyil ki?Mən qorxardim
  • Qıvırcıq saçlar üçün 3 tövsiyə

    Təbii buruqlara nə qədər çox toxunsanız, quruluq və qırılma o qədər artacaq. Ən əsası darama prossesini azaldın. Qidalandırıcı saç südlərindən faydalana bilərsiniz.
  • 13:05 - Müəllif: Feride
    Evdə idman etməyin faydaları (2)

    Evdə idman etməyin faydaları

    Evdə tənbəllik basır bizi nə idman yada düşür nə gəzmək
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!