Sabah Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin doğum günüdür. Klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardan hesab olunan şairin 131 yaşı tamam olur. Hüseyn Cavid 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən və dramaturgiya elminin əsas yaradıcılarından biri hesab olunur. Bəs görəsən, ölkəmizdə Hüseyn Cavid kifayət qədər tanınırmı? Bu suala cavab tapmaq üçün Elmlər Akademiyasının qarşısında yerləşən və dahi şəxsiyyətin adını daşıyan parkda istirahət edən insanlar arasında kiçik bir sorğu keçirdik.Maraqlıdır, görəsən daha çox gənclərin görüş məkanına çevrilən parkda istirahət edən vətəndaşlar sənətkarı nə dərəcədə tanıyırlar? “Hüseyn Cavid kimdir” sualı ilə parkın sakinlərinə müraciət etdik. Kimisi sənətkarın yaradıcılığı ilə yaxından tanış olduğunu, kimisi isə hər gün istirahət etdiyi parkda yerləşən heykəlin simasına belə diqqət etmədiyini söylədi. Sorğunu oxuculara təqdim edirik.Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Xəyalə Rəsulzadə bildirdi ki, ən azından, parkda istirahət edən insanlar Cavidin kim olduğunu bilməlidirlər: “Zənnimcə, elə bir azərbaycanlı tapılmaz ki, onun yaradıcılığından heç olmasa bir əsəri, ən pis halda isə, onun kim olduğunu bilməsin. Ən azından, Elmlər Akademiyasının qarşısında yerləşən və Hüseyn Cavidin adını daşıyan parkda istirahət edənlər Cavidin kim olduğunu bilərlər. Hüseyn Cavidi tanıyıb-tanımadığıma gəlincə isə, onu orta məktəbdə oxuduğum əsərlərinə görə tanıyıram. Bilirəm ki, o, mənzum dram janrının banisidir. Şairin “İblis”, “Şeyx Sənan”, “Əmir Teymur”, “Qız məktəbində” və başqa əsərlərini oxumuşam. Hətta Gənc Tamaşaçılar Teatrında "Şeyx Sənan" tamaşasına da baxmışam. Düşünürəm ki, onun heykəlinin bu ərazidə yerləşdirilməsi həmin sənətkarın tanıdılmasında böyük rol oynayır”.
“O kimdir? Tanımıram.Texniki Universitetin 3-cü kurs tələbəsi Elşən Bayram isə Hüseyn Cavidi, ümumiyyətlə tanımır: “Vallah, mən bu kişini tanımıram. Parkda istirahət etməyə gəlirəm və bu parkı çox sevirəm. Düzünü desəm, heç diqqət etməmişəm ki, parkın adını daşıyan şəxsiyyət kimdir. Amma deyirlər, yaxşı şair olub. Tanımasam da, Allah ona rəhmət eləsin ki, onun adına olan parkda gözəl vaxtımızı keçiririk”.Parkda skamyada əyləşib qəzet oxuyan orta yaşlı kişiyə yaxınlaşdıq. Adının Nazim olduğunu deyən paytaxt sakini bu parkda əyləşib Hüseyn Cavidi tanımamağın ayıb olduğunu bildirdi: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərindən olub. Çox gözəl şair olub. Mən hesab edirəm ki, Cavid öz dövrünə görə cəsarətli və düzgün yazan əsl türkdür. O, sovet imperiyasının tükünü ürpədən ideoloq idi. Cavidin bəzi şeirlərinin hər kəlməsi, hər sətrində gənclər üçün gözəl məsləhətlər var. Amma təəssüflər olsun ki, bu gənclərin əksəriyyəti belə dahi şəxsiyyəti tanımır”.Texnikum tələbəsi olan Sərxan isə, ümumiyyətlə belə bir şəxsiyyətin olmasından xəbərsizdir: “O kimdir? Tanımıram. Heç bir əsərini də oxumamışam. Amma müasir adı var imiş”.
Cavid tarixçidir?
Sərxanın yanında əyləşən qrup yoldaşına da eyni sualla müraciət edirik. Adının Murad olduğunu bildirən tələbə dostundan o qədər də fərqlənmədi: “Oxusaydım, universitetə daxil olardım da. Amma dəqiq bilirəm ki, şair olmayıb. Məktəb dərsliklərindən yadımda belə qalıb ki, Hüseyn Cavid tarixçidir”.Yeganə isə çox əminliklə Hüseyn Cavidin yaradıcılığına yaxşı bələd olduğunu düşünür. Daha doğrusu, tanıdığını düşünən oxucunun verdiyi cavab bizi o qədər məyus elədi ki, bu cavaba münasibətdə gülək, yoxsa ağlayaq deyə qərar verə bilmədik: “Bəli, əlbəttə, Hüseyn Cavidi tanıyıram. Azərbaycanın ən böyük yazıçılarından olub. Onun “Qan içində romanı” (Y.V.Çəmənzəminli), “1905-ci il” (C.Cabbarlı) əsəri ən məşhur şedevrlərdəndir. Hətta xatırlayıram ki, Cavidin bir qızı da var idi. Ən sevdiyim əsəri isə “1905-ci il”dir”.Siyafət dayı Cavidin yerlisi olduğunu bildirdi: “Özüm naxçıvanlı olduğum üçün onu bilirəm ki, Cavid Naxçıvanda anadan olub və Azərbaycanın ən görkəmli yazıçılarındandır. Amma heç bir əsərini tanımıram”.Sənətşünaslıq fakültəsinin tələbəsi Natiq Qasımov bildirdi ki, Cavid kimi sənətkarın yaradıcılığı barədə məlumat toplamaq hər bir vətəndaşın borcudur: “Hüseyn Cavidin yaradıcılığı ilə ilk olaraq məktəbdə tanış oldum. Daha sonra universitetdə onun yaradıcılığı haqqında geniş şəkildə dərslər keçdik və onun əsərlərinin səhnə həllinin tamaşaçısı olduq. Düşünürəm ki, Hüseyn Cavid yaradıcılığı barədə məlumatlanmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Ən sevdiyim əsəri isə, yaradıcılığının şah əsəri olan “İblis”dir”.
Cavidin məqbərəsini ziyarətgah hesab edən də var
Parkda nəvəsini gəzdirən xalaya yaxınlaşdıq. 60 yaşı olduğunu bildirən Nisəxanım xalanın cavabı olduqca fərqli və maraqlı idi: “Mən biləni, Hüseyn Cavid şair olub. Hətta Naxçıvanda onun məqbərəsi də var. Ora çox gözəl ziyarət yeridi. Mən dəfələrlə orada dua etmişəm. Şeirlərini isə bilmirəm, yadımda qalmayıb”.Tələbə Güləsər Hüseyn Cavidin əsərlərini bəyəndiyini bildirdi: “Hüseyn Cavidi çox bəyənirəm. Gözəl dramaturq olub. Onun əsərləri öz fərqliliyi və ahəngdarlığı ilə seçilir. Ən sevdiyim əsəri “İblis”dir. Hətta məşhur müğənni Tünzalə Ağayeva da onun “Qız məktəbində” əsərinə həsr olunmuş mahnıya klip çəkdirib”.Elçin isə Hüseyn Cavidi tanımamasının normal olduğunu düşünür: “Mənim tanımamağa haqqım var. Çünki ikinci qrup üzrə hazırlaşdığım üçün ədəbiyyatı bilmirəm. Amma deyilənə görə, çox yaxşı adam olub”.Cavidanın az da olsa şair haqqında məlumatı var: “Hüseyn Cavid dahi şəxsiyyətdir, böyük şairdir. Onun əsərləri müasir dövrlə səsləşir. Əsərlərində ən çox bəyəndiyim misrası budur: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Bu misralar Cavidin müasir dünyaya göndərdiyi bir mesajdır”
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR