Bakıda hava 12°
USD AZN
EUR AZN
12:14Xəyalə Murad Evdə qalın, sağlam olun! 12:14Xəyalə Murad Hər vaxtınız xeyir,Əziz Qadin.Netlilər! 11:31Feride Hamiya salam necesiz
41574

Qəfil zəng



Adi günlərimdən birini yaşayırdım. Yenə həmişəki kimi səhər durub işə gəlmişdim, qızğın iş gedirdi, işin sonuna yaxın işlərimi yekunlaşdırırdım. Nədənsə birdən oturub telefonumda xarici bir melodiyaya qulaq asmaq istədim. Məhz həmin melodiya ki, mənə əziz adamın zəngində bu melodiya səslənirdi. Axıra qədər həmin melodiyaya qulaq asdım. Özum də bilmirdim ki, bu melodiya bir də heç vaxt mənim telefonumda səslənməyəcək. O adam bir də mənə zəng etməyəcək.. İşin sonuna yaxın hamı kimi mən də tez saatın 6 olmasını gözləyirdim. Nə biləydim ki, keçən hər saniyə əziz bir adamımı həmişəlik əlimdən almağa doğru iti addımlarla addımlayır. Əgər bilsəydim vaxtın dayanmasını və bir də getməməsini Allahdan diləyərdim.

Bəli, iş vaxti bitdi, hamı kimi mən də evə yollandım. Qış ayı olduğundan hava artıq qaralmışdı. Maşının pəncərəsindən bayıra baxıb xəyala dalmışdım. Mənə elə gəlirdi ki, yenə evə gedəcəm, ailəmlə birgə adi hər günki axşamlardan birini yaşayacağam. Lakin qəfil gələn zəng... Həyatımı alt-üst etdi. Kaş ki, qulaqlarım kar olaydı o zəngi eşitməyəydim, kaş ki, dilim lal olaydı o zəngə cavab verə bilməyəydim.
Bu zəngə qədər mən dünyanın ən xoşbəxt bir insanı idim, heç bir qəm-kədərim, heç bir problemim yox idi və mənə elə gəlirdi ki, həmişə belə olacaq. Lakin həyatın sərt üzü də var imiş..

Mənə elə gəlirdi ki, həmişə o mənim yanımda olacaq, həmişə səslənsəm, mənə cavab verəcək, həmişə bir çətinliyə düşsəm, mənə köməyə gələcək. Həmişə onun şən, zarafatcıl, qayğıkeş üzünü görəcəm. Amma belə deyilmiş.. O insanı itirəndən sonra ancaq “kaş ki”, “gərək”, “bilsəydim” kəlmələri beynimdə elə hey dolanır. İndiyə kimi elə bilirəm ki, hələ də yuxudayam, nə vaxtsa oyanacam və bu qorxunc yuxu sona yetəcək. Hələ də gözləyirəm ki, nə vaxtsa yenə işdən evə gələndə o insanın stol arxasında oturub televizor izləyəcəyini və məni gülərüzlə qarşılayacağını görəcəm. Bilmirəm bəlkə də doğrudan da mən yuxudayam, bəlkə elə yaşadığımız bu həyat özü bir yuxudur.  O isə gerçəkliyə qovuşub.

Bircə onu bilirəm ki, hər zaman Allahın verdiyi yaşadığım ömür boyunca istər yaxşı günümdə, istər pis günümdə gözüm ancaq onu axtaracaq.

Ağ gəlinlik donunda vağzalı sədası altında ATA evini tərk edərkən, ilk analıq hissini yaşayarkən,  ilk ana kəlməsini eşidərkən, övladımı ilk məktəbə yola salarkən,  övladıma toy edərkən,  gözlərimi əbədi yumarkən belə yenə də gözlərim onu axtaracaq. Necə ki, indi hər yerdə onu görürəm, onu axtarıram.  Küçədə gedərkən çal saçlı birini gördükdə özümü itirirəm, dünya başıma fırlanır.  Addımlarımı tezləşdirirəm ki, tez həmin adama çatıb boynuna sarılım.  Amma hər dəfə xəyallarım puça çıxır. Məyus şəkildə yoluma davam edirəm. Hər dəfə evə eyni yolla qayıdıram. Həmin yolda maşın dayanacağında maşınlara baxan çalsaçlı kişini görəcəyim dəqiqəni səbirsizliklə gözləyirəm. Aman Allah insan necə də bir-birinə oxşayarmış! Yox, amma bu o deyil. Bu çalsaçlı adam o ola bilməz. Çünki ondan bir dənə idi, və heç vaxt da olmayacaq.

Ona görə yox ki, o mənim ATAMDIR. Həqiqətən də yaşadığı qısa ömründə bir dəfə də olsun valideyninin üzünə ağ olmadı bu adam. Bir dəfə olsun kiminsə qəlbinə dəymədi bu adam. Kefinin yaxşı vaxtında da, əhvalının yaxşı olmayan vaxtında da heç kimi diqqətindən kənarda qoymazdı. Heç bir qohumunun ad gününü yadından çıxarmazdı. Adicə bir zənglə insanlara göstərdiyi qayğı ilə onların ani də olsa sevincinə səbəb olurdu. Bəlkə də ona görə Tanrı ona məhz bu cür övladlar bəxş etmişdi. Daim onun başını ucalara qaldıran oğul və heç vaxt, yoxluğundan sonra belə onun adına ləkə gətirməyən iki qız.

Arzuları yarımçıq qaldı. Ən böyük arzusu oğul toyu görmək idi. Amma qismət olmadı. Bir azca möhlət verilmə

 


Oğlun sənin arzuladığın kimi toy etdi özünə. Hər şey öz yerli-yerində idi. Bütün sənin dostların, iş yoldaşların, bütün qohumlar səbirsizliklə gözlənilən toyda necə lazımdı iştirak etdilər. Bircə sən yox idin. Amma sən cismən yox idin. Ruhən sən ordaydın, çünki bu əziz gündə öz ailəni tək buraxa bilməzdin. Sən bizimlə idin. Mən buna əminəm.

 

Bəlkə də həyatından çox istədiyin ilk nəvən sənin yoxluğundan sora ilk dəfə evə gələndə bu danışmağı belə sərbəst bacarmayan balaca qızcığaz bütün otaqları gəzib "baba-baba" deyə səslənirdi. Babanın o şən səsi isə evdə lal bir sükutla əvəz olunmuşdu. Həmin səs-küylü ev deyildi artıq o ev və heç vaxt da əvvəlki kimi olmayacaqdı. Dostları başına yığıb deyib-gülən, nərd oynayan, yeyib-içən səs-küylü insan cismən yoxdu bu evdə. Səssizlik əvəz edib bütün o günləri. Lal sükut var indi bu evdə.

Bundan sonrakı həyatımız öz axarı ilə davam edir. Edəcək də... Biz istəsək də, istəməsək də... Bircə onu bilirəm ki, daha ürəkdən gülə bilməyəcəm, daha ürəkdən sevinə bilməyəcəyəm. Daha tam xoşbəxt ola bilməyəcəyəm. Amma onunla təsəlli tapıram ki, sənin adını fəxrlə, sənin özünə layiq daşıyıram və daşıyacağam. Bircə buna sevinirəm.

Üç ilə yaxın içimdə yığılıb qalanları nəhayət ki, kağız üzərinə köçürməyə qüvvə tapdım özümdə. Ürəyimdəkiləri bölüşdüyüm insanlara demək istəyirəm ki, ey naşükür Allah bəndələri, valideynlərinizin qədrini sağlığında bilin, çünki onları itirəndən sonra artıq əliniz heç nəyə çatmayacaq. Ancaq yuxularda onları qucaqlayıb oxşaya biləcəksiniz. Sağlığında onların qəlbini incitməyin ki, onları itirəndən sonra sizin qəlbiniz ağrımasın.

Səslərin sayı: 16
87
6979
Şərhlər
Offline
xatire hebibova
Allah rehmet elesin cox uzuldum
27 may 2014 19:19
Offline
Ruhəngiz
ALLAH Haqq dünyasına köçən valideynlərimizə rəhmət eləsin,qalanlarına isə can sağlığı versin Amin.
Oxudum kövrəldim(((
7 may 2014 16:03
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Ilahe A-va
Ölum haqdi hamimiz olub gedeceyik tekdileyim ATAMIN ANAMIN cennete duwmesidi ALLAH 2sinede can sagligi versin amin bu dunyadan kocub geden valideynlerede cenneti bexw etsin amin
1 may 2014 22:15
Offline
leylaibrahimova
Allah rehmet elesin men atami cox sevirem omenim heyatimdi bir defe basimi sigalliyanda ele bilirem dunya menimdir arxamda dag var Allah butun valideyinleri qorusun
24 dekabr 2013 22:20
Offline
S
allah rehmet elesin allah sevdiklerimizi bize cox gormesin insallah
9 noyabr 2013 00:33
Offline
איסון ממדוב.
allah rəhmət eləsin yazınızı oxuyanda cox təsirləndim
9 noyabr 2013 00:29
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xeyale Yariyeva
Atam menim her weyimdi
1 iyul 2013 23:16
Offline
aqressiv
men ama atanin ne oldugunu bilmirem onun sevcisinin qaygisinin ne bilim .........
9 may 2013 17:33
Offline
PƏRVANƏ ƏLİYEVA......
ALLAH rehmet elasin,,ATAitkisini men cox yaxwi biliram..cox aqirdi adama..olan valideynlerimiza ALLAH qeni qeni rehmet elasin..qalanlarinda canini saq elasin..
18 yanvar 2013 21:15
Offline
Konul Salifzade
Allah rehmet etsin,Valideynlerimizi ustumuzden eskik etmesin, Amin!!!
18 yanvar 2013 21:01
Offline
ureyim
Allah atanıza rəhmət etsin.Mən də atamə çoooox sevirəm.O,olmasa yaşaya bilmərəm
7 yanvar 2013 20:51
Offline
Ciceyim
Allah rehmet etsin ruhu wad olsun Amin.
3 yanvar 2013 00:24
Offline
Ilayda Ismayilova
allah rehmet elesin yeri nurla dolsun mekani cennet olsun.mende valideynlerimden cox uzaqdayam cox darixiram dogurdanda nece yasinda olursan ol hemise ata dayagi,komeyi lazim olur esasda qiz ovladina mende kas deyirem atam yanimda olsaydida basimi ciynine qoyub sigina bilerdim ona cox darxiram ve sizin yazinizi oxuduqca goz yasdarimi saxlaya bilmedim.allah haminin valideynlerini qorusun
12 dekabr 2012 18:28
Offline
Letafet Babayeva
salam cox pis oldum bacim Allah rehmet etsin senin atava amin.indi bu sozleri kovrelerek yaziram elimde deyil cunki qelbim cox kovrekdi. menim atam sagdi ama her zaman onu itirmek qorxusu meni deli edir
12 dekabr 2012 18:07
Offline
Almaz S.
ALLAH rəhmət etsin,atanın yerini heç kim vermir heç kim
22 oktyabr 2012 14:06
Offline
seva gulya
Atasizligin ne oldugunu men 2 ildi bilirem ailem ovladim olsada atama siginib aglamaq qucaqlamaq kecir konlumden
6 oktyabr 2012 02:05
Offline
Seli
Allah qeni qeni rehmet elesin Inwallah
6 oktyabr 2012 01:42
Offline
Sada
ALLAH REHMET ELESIN!Cox pis oldum. gozum doldu.Men de hemishe bu hislerle yashayiram ki ATAM olmasa ne ederem!COX PIS OLDUM INANIN!BELKE DE BURDA OXUDUQUM EN TESIRLI YAZI IDI.
13 sentyabr 2012 18:43
Offline
orucova gunay
Allah bizi ve butun sevdiklerimizi qorusun amin
13 sentyabr 2012 18:40
Offline
Samir Aliyev
COX PIS OLDUM ALLAH REHMET ELESIN
13 sentyabr 2012 18:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış