Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu uşaqlara qoyulan adlar içərisində dini adlar üstünlük təşkil edir. Lakin bir sıra adlar da var ki, tələffüzü gülüş doğursa da, valideynlər tərəfindən bu cür adlar öz övladlarına ya verilib, ya da istək geri çevrilib.
İngilis, Afser, Sovet, Durxanım, Türməxanım, Xırdaxanım, Arxabala, Taktak, Dilqat, Bombahadur, Dayandur, Qızqayıt, Dandili, Pompulu, Atdıxan və sair kimi adlar məqsədə uyğun olamasa da, yaxın keçmişdə doğulan uşaqlara qoyulan adlardır. Bu cür adlar sırasına Gəncədə 2013-cü ilin son statistikası olan Diləndər, Xiyar, Xiyarə və Fındıq
kimi müraciətləri daxil etmək olar.
Sakin: "Uşaqlara o adlar qoyulsun ki, həmin şəxslər örnəkdir. O adlar ki, uşaqlara böyüyəndə də, kiçikliyində də utanc gətirəcək, həmin adlar qoyulmasın. Xarici adlar var ki, heç mənasını başa düşmürük. Mən oxudum ki, Türkiyədə hamı Memati adını qoyur uşağına, mənası da “ölüyuyan”dır. Əlbəttə, bu yolverilməzdir".
Sakin: "Öz Azərbaycanlılığımıza xas olan adlar qoyulsa, yaxşıdır, kənar
adlar bizə aid deyil".
Sakin: "Körpələrinə elə ad qoyurlar ki, uşaqlar böyüyəndə utanırlar o addan. Mən müəlliməyəm, sinifdə jurnalı açıb, davamiyyət yoxlayanda uşaq var ki, adından utanır. Məsələn Yanvar, Komsomol, bəzən eləsi var Traktor adı qoyulur. Mən bu adları eşidəndə təəccüb edib, təəssüflənirəm".
Bəzən tarixi və yaxud qədimi adlar da körpələrə verilir ki, bunlara Tomris, Huşəng, Zilxumar, Şəhrəbanu, Keykavus, Kürşad, Rübab və Arçil adlarını misal çəkmək olar.
Folklorşünas Ruziyə Quliyeva: "Elə adlar var ki, tarixin müəyyən bir mərhələsində, dönəmində o adın mənası var, amma sonra o ad tamam mənasını itirir və ad sahibi xəcalət çəkir. Bizim qəhrəmanlarımız var, tanınmış tarixi şəxsiyyətlərimiz var ki, onların adlarını qoymaq məqsədə uyğundur. Ad sahibi o ada layiq olmaq istəyər, ona görə də
məsləhət bilərdim ki, bu cür adları qoysunlar".
Nizami və Kəpəz rayon Qeydiyyat Şöbələrindən verilən digər məlumata görə, Gəncədə doğulan uşaqlara verilən adlar içərisində oğlanlar üçün ən çox yayılmış Yusif və Hüseyn, qızlar üçün isə Fatimə adlarıdır. Məhəmməd, Əli, Həsən, Zəhra, Zeynəb, Rüqəyya, Səkinə adları da üstünlük verilən dini adlardır. Müasir sayılan adlar içərisində isə
Murad, Ayla, Ayan, Aysu və Dəniz adları valideynlər tərəfindən daha
çox seçilir.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
Bədənin maye ehtiyacını qarşılayan qidalar
Fevral ayının qalibləri!
Almeda Abazi 8 kq arıqladı-FOTO
Mükəmməl münasibətin 5 qaydası
18 uşağın anası: "Balalar, daha biri gəlir"
Məndən imtina etmə, ana!
Antarktidada naməlum piramidalar aşkar edilib
AYRILIQ xəbərlərinə son qoydular-FOTO
Hamiləlik dövründə diş sağlamlığını necə qorumalı?
1910-cu ildən günümüzə kimi dəyişən çimərlik dəbi
HAVA necə olacaq?-30 yanvar
Fantastik filmlər necə çəkilir?
Taleyini necə dəyişmək olar?
Xurmanın saça faydası
Facebook-dan növbəti yenilik
“Google”da təhlükə yarandı
BÜRCLƏR bizə nə vəd edir?-28 dekabr
Barak Obamadan İrana jest
Koronavirusu blok edən yeni virus yaradıldı
Alma şəkəri (foto resept)
Günün ulduz falı
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Marsda Daşlaşmış Qadın tapıldı-FOTO
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi
Daşıyıcı analıq
Bakıda elə isti olacaq ki...
49 yaşında dayəliyi atdı, zəngin oldu
Gözlərə qulluq
Dünyanın ən bahalı tortu - FOTO
"Çarpışma"nın aktrisasını ölümlə hədələdi
Tom Tit Tot
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü
SMS-siz evdən çıxanlar bu hallarda cərimələnməyəcək - VİDEO
Hava haqqında
"Madmuazel" salatı (foto resept)
Soyuq havalarda uşaqları necə geyindirməli?
Perunun yeni prezidenti məlum olub
Alişan yeni doğulan körpəsinin hesabına 1 milyon köçürdü
Ailə bağlarını gücləndirmək üçün ...
Xəzərdə zəlzələ oldu
iPhone-lar yeni batareya ilə təchiz ediləcək
Ermənistanın PUA-sının məhv edilmə görüntüləri - ANBAAN VİDEO
Uşaqlar niyə yalan danışır?
"Taxt oyunları"nın ulduzu bal ayındadır-FOTO
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Gün boyu kompüterə baxanlar üçün GÖZ İDMANI
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
- ŞƏRHLƏR