Fərmanda qeyd olunur ki, "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilsin və onun aylıq məbləği 60 manat müəyyən olunsun.
Bu fərmanla təsis edilən təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir.
Nazirin sözlərinə görə, birinci qrup əlillərə sağlamlığında problem olan şəxslər, o cümlədən peşə fəaliyyəti, hərbi əməliyyatlar zamanı əlil olmuş, eləcə də Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslər aiddirlər: "Beləliklə, həmin insanlar sosial müavinət olaraq hər ay aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində Prezident təqaüdü də alacaqlar. Ümumilikdə bu vəsait 127 manat olmaqla 125 manat səviyyəsində olan yaşayış minimumunu üstələyəcəkdir. Bu artımlara il ərzində 10,5 milyon manat xərclənəcək".
Dövlət başçısının ikinci fərmanına görə, 11 821 müharibə əlili Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakına görə Prezident təqaüdü alacaq.
Nazirin sözlərinə görə, fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər) üçün 85 manatdan 130 manata və III qrup əlillər (2045 nəfər) üçün 60 manatdan 100 manata çatdırılır: "Bununla da həmin insanlara cari il aprelin 1-dən ödənilən Prezident təqaüdlərinin məbləği 20 Yanvar əlillərinə ödənilən Prezident təqaüdlərinin məbləğləri ilə bərabərləşdirilir. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcək".
Dövlət başçısının üçüncü fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində kompensasiya cari il aprelin əvvəlindən 45 manata çatdırılacaq.
Sənədin ümumilikdə 53 545 nəfərə şamil olunacağını qeyd edən nazir onlardan 50 077 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış şəxslər olduğunu, bu artımlar üçün bir il ərzində 5,2 milyon manat yönəldiləcəyini bildirib.
XƏBƏR LENTİ
Kosmik avtomobil Günəş ətrafında ilk dövrəni başa vurdu
Qat-qat xəmirdən tort (foto resept)
Hamilələr üçün vacib olan 3 vitamin
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlandı
Dəbli qolbaqların hazırlanması
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Disney şəhzadələrinin köməkçisi olan heyvanlar
Ağcaqanadlar koronavirus yayır? - Alimlərdən şok açıqlama
17 yaşlı oğlanlar barədə yeni qərar verildi
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Gəlin saçı modelləri
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
Günün ulduz falı - 17.02.2014
"The" artiklının yer bildirən isimlərlə işlənməsi
Keti Perri izləyicilərini təəccübləndirdi-VİDEO
Yol polisindən sürücülərə tövsiyə: işıqları yandırın
Ayşvariya Ray ekranlara qayıdır
Ebru Şallıya milyonluq hədiyyə
Xərçəng hüceyrələrini öldürən çay
Xocalı soyqırımı ilə bağlı ərəb dilində kitab nəşr edilir
Qadınlar abortdan sonra... - Bunlara diqqət!
Yunan-Roma güləşçilərinin may ayı üçün reytinq siyahısında 9 idmançımız
“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq
Sabahın HAVAsı
Bütün dünya ŞOKDA - Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı
Beyin gücünü artıran qidalar
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
Dünya reytinqində birinciyik
Evdə istifadə olunan təhlükəli məhsullar
“iPhone”nun yeni modelləri lağa qoyuldu - FOTO
Məhkəmə təxirə salındı
Evimizdə təhlükə
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Uşaqlarına Cücəbacı, Xunçar, Əskiyə adı qoymaq istədilər
Moskva azərbayСЃanlı şəhərinə çevrilir
Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir
NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı - FOTO
Lətifələr
Əntiq avtomobillər günü
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Tağı Əhmədov işdən çıxarıldı
Saç biti deyib keçməyin
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Dəbli geyimlər (3-cü hissə)
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır
Mayalı xəmirdən burma rulet (foto resept)
- ŞƏRHLƏR