Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatıb.
APA-nın məlumatına görə, avqustun 6-da festivalın son konsertləri keçirilib. Konsertdə Brüssel Kamera Orkestrinin baş dirijoru, “Arriaqa” simli kvartetinin və “Michael Guttman Tango Quartet”in rəhbəri, dünya şöhrətli belçikalı skripka ifaçısı Mixail Qutman və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə məşhur bəstəkar Fransis Pulenkin skripka və piano üçün sonatasını təqdim ediblər. Daha sonra müxtəlif nüfuzlu festivalların iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, tanınmış rusiyalı pianoçu Evelina Berezovskaya bəstəkar Robert Şumanın “Davidsbundler rəqsləri”ni ifa edib. Kamera musiqisi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və skripkaçı Mixayıl Qutmanın ifalarında təqdim olunan Qara Qarayevin skripka və piano üçün sonatası tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Həmin gün axşam möhtəşəm incəsənət bayramının bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək on dörd gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayıblar. Festival çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. Sonra “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim edilib. ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonskinin dirijorluğu ilə baş tutan konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski, nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin çıxış ediblər. Musiqiçilər bəstəkar Dmitri Şestakoviçin “Bayram uvertürası”nı, Edvard Qriqin fortepiano və orkestr üçün konsertini təqdim ediblər.
Mənbə: Lent.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rentgen şüalarında ölü gözəllik
99 yaşlı barmen nənə: "Ölənədək işləyəcəyəm" - FOTO
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-33
Hicablı xanımlar üçün ziyafət donları
Həkimlərin bayram xəbərdarlığı
HAVA necə olacaq?-9 yanvar
QADIN HƏR ZAMAN GÖZƏLDİR...
Bacarıqlı xanımlar üçün (4)
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
“O səs Türkiyə”nin qalibi bəlli oldu - VİDEO - FOTO
Qarabağda tank savaşı
ÜST-dən məyusedici peyvənd açıqlaması
Yeməli xəritədəki ölkələr - FOTO
Gürcü alimi erməni xülyalarını dəfn etdi - FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Demet Akalın fanatına verdiyi 7 minlik çəkməsini geri istədi - FOTO
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
Bakıda bu gecə SU KƏSİLƏCƏK!
Yuxugörmənin öyrənilmə tarixindən
Haqlı olmaq hüzur verir
Azərbaycanda temperatur yüksəlir
Buğlama (foto-resept)
Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Yeni ailə quranlara dinc həyat üçün xoşbəxtlik resepti
Görmə problemindən ən çox kimlər əziyyət çəkir?
Həyat yoldaşınızla doğru ünsiyyət qurmağın 7 üsulu
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək
Versace 2015 Səfər kolleksiyası
İllər keçsə də, aktuallığını itirməyən aksesuarlar
10 dəqiqədə 100 kalori yandırmağın yolları
Ana filin dramatik mübarizəsi
Tağı Əhmədov işdən çıxarıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 106 yeni yoluxma faktı - RƏSMİ
Ürküdücü yerlər-2
Qeyri-adi xalçalar...
Sabahın HAVAsı
TQDK imtahan statistikasını açıqladı
Türkiyədə YouTube barədə yeni qərar verildi
Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanı verir
Əsəbləşən kimi yeyirsiniz? Bəs bu dəhşətlərdən xəbəriniz var?
Obama Ərdoğanı hədələdi
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
74 yaşlı qadının əkiz uşaqları oldu - DÜNYA REKORDU-FOTO
Canlar qurtulacaqmış
Yoldaşı onu tərk etdi, bütün həyatı dəyişdi-FOTO
Yataq örtükləri
İranın sonuncu şahının xanımının sərvəti sürücüyə qalıb
Facebook 3 milyard dollar verdi, istəmədi
- ŞƏRHLƏR