Kişilərin çalışdığı elə sənət növləri var ki, orada qadınların işlədiyini görəndə hamı təəccüblənir. Məsələn pinəçi, taksi sürücüsü deyəndə bu sənət növlərinin başında kişiləri təsəvvür edirik. Amma həmin işlərlə məşğul olan kifayət qədər qadın da var. Eyni zamanda elə sənət növləri var ki, onları əsasən qadınlara yaraşdırsalar da, onların başında da kifayət qədər kişi var.
Bu gün daha çox qadınlara yaraşdırdığımız ginekoloq, dərzi, aşpaz kimi peşələrin arxasında tez-tez kişiləri görə bilirik. Elə bugünlərdə ANS telekanalında yayımlanan “İncə maraqlar” verilişinin qonağı olan meyxanaçı Kərim qadın-kişi peşələri mövzusuna toxunaraq xanıma yaraşan işlərin əksəriyyətini kişilərin gördüyünü deyib: “Xanıma yaraşan işlər var, o işləri kişilər görür. Buna doğum evlərini misal gətirirəm, onlar necə kişi ola bilər? Özlərinə kişi deyirlər. Bığları da çənələrinə düşür. Bu sözü tam məsuliyyətlə deyirəm”.
Meyxanaçı Kərimin bu sözlərində nə qədər haqlı və ya haqsız olduğunu deyə bilmərik. Ancaq onu qeyd edək ki, dünyanın əksər ölkələrində sənət seçimində qadın-kişi fərqi qoyulmur. Maraqlıdır, bəs Azərbaycan bu cür fərq qoyulması və qadın sənətini seçən kişilərin qınaq obyekti olması nədən irəli gəlir? Bu müsəlman ölkəsi olmağımızla əlaqəlidirmi, yoxsa mentalitet məsələsidir?
Ən qatı müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanda ginekoloqların 90 faizinin kişi olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla bu düşüncənin gerilik olduğunu bildirdi: “Meyxanaçı Kərimin dediyi fikir tamamilə yanlışdır. İkincisi isə bu peşədə cinsi diferensiasiya anlayışı sırf mentalitetə əsaslanan, geridə qalmış bir düşüncədir. Tibb sahəsində qadın-kişi fərqi olmamalıdır”.
Psixoloq Dəyanət Rzayev ən yaxşı mütəxəssislərin kişilər olduğunu bildirdi: “Dünyada ən yaxşı rəssam, aşpaz, həkim, modelyerlər kişilərdir. Məsələn, Cristian Dior və sairi buna misal çəkmək olar. Mən kişi ginekoloqlarına normal baxıram. Burada qəbahətli heç nə yoxdur. Dünyada da qəbul olunub ki, ən yaxşı ginekoloqlar kişilərdən olub. Amma mentalitet deyilən bir şey var. Mentalitet məsələsinin digər müsəlman ölkələrində olub-olmadığını deyə bilmərəm. Ancaq Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, müasir və demokratik bir ölkədir. Ayrı-ayrı şəxslər ola bilər ki, öz xanımlarını, qızlarını kişi bərbərinin yanına getməyə qoymasınlar. Amma bütövlükdə bu normal haldır. Hər kəs qarşısındakını öz düşüncəsi ilə ölçür. Mən heç vaxt görməmişəm ki, hansısa kişi ginekoloq qadına başqa mənada yanaşsın və ya nəsə təklif etsin. Hər şey insanın individual inkişafından asılıdır. Əgər mütəxəssisin pis fikirləri yoxdursa, hər şeyə normal yanaşır və öz peşəsinə hörmət edir”.
Psixoloq deyir ki, işinə hörmətlə yanaşan və qadın işində çalışan kişi peşəsinə hörmətlə yanaşır və heç bir pis fikrə qulluq etmir: “Əgər insanın inkişafı, düşüncəsi müasir dövrə uyğundursa, demokratik anlayışları varsa, buna heç vaxt pis yanaşmaz. İnsanın psixologiyasından çox şey asılıdır. Hər bir insan digərini öz psixologiyasına görə qiymətləndirir. Gələcəkdə ola bilər ki, kişilər bu peşələrdə daha çox çalışsın. Bu gün Azərbaycanda da kişi bərbərlər, kişi aşpazlar ən qiymətli mütəxəssis sayılır. Azərbaycanda bir neçə kişi ginekoloq var. Onlar da çox yaxşı mütəxəssislərdir”.
Bəs qadınlarla kişilərin bərabər çalışmasına, yaxud bir-birilərinin peşəsini “mənimsəməsinə” dinimiz nə deyir?
Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, elə sahələr var ki, orada qadınların kişilərlə bərabər işləməsi düzgün deyil: “Dini baxımdan iş şəraitinə görə qadınların bəzi sahələrdə işləməsi məsləhət deyil. Elə işlər var ki, fiziki cəhətdən ağırdır. Bunun öhdəsindən isə yalnız kişilər gələ bilər. Ancaq intellekt baxımından qadınların kişilərlə bərabər çalışmasına fərq qoyulmur. Hətta rəvayətlərdə də var ki, İslam dininin ilk illərində Mədinə bazarının darğası, yəni polisi qadın olub. Peyğəmbərin dövründə də müharibə zamanı yaralananlara hospitalda qadınlar kömək ediblər. Yəni İslam dininin ən qabarıq olduğu dövrlərdə qadın-kişi ayırıcılığı olmayıb”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
Alimlərdən mühüm kəşf
Qaşlarını yan dara, qız...
Ağzını tikdi
Hər dörd hamilədən üçü...
160 yumurtanı birdən yedi
İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
Maraqlı keks qabları
Qoz qandakı xolesterini aşağı salır
"Xaç atası"nın məşhur aktyoru öldü-FOTO
Dodaq boyası
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib
İdeal ayaqlara sahib olmanın yolları
Hipnoz altında beyin əməliyyatı etdilər-FOTO
Heykəltəraş Philip Jackson
Lənkəran ləvəngisi və aşı (foto resept)
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
56 yaşında model olan Kathy Jacobs
Günün ulduz falı
Xəstəlik: heç nə gördüyümüz kimi deyil
Azərbaycan öz məhsullarını ABŞ-a ixrac edir
Okean dırnaq dəbi
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi
Təbiətin gözəlliyini əks etdirən filmlər
Toxunma uşaq corabları
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Arıqlamaq istəyərkən yol verilən səhvlər
Günün qoroskopu: hər vədə inanmayın
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Günün qoroskopu:İşinizə nəzarət edin!
“iPhone 6” üçün növbəyə düzüldülər
Avqust ayının qalibləri!
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Birləşərək sağlamlıq saçan qidalar
Avropada tərk edilmiş binalar
Gün var əsrə bərabər: ötənləri yada salaq
Ledi Qaqanın 12 milyonluq villası-FOTO
Müəllim və həkimlərə ŞAD XƏBƏR
Çağatay Ulusoy yeni filmə çəkilir
Kıvanç Tatlıtuğun tətili-FOTO
Bakının nəhəng prospekti dəyişdirilir
2017-ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab
200 kilo arıqlayan qadın
Keksli şam ağacı (foto resept)
"Futbol tarixində hələ belə bir şey olmayıb"
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Azərbaycan tarixindən yüz şəxsiyyət-12
Bakıda 4,2 milyon manata 2 villa satılır
Bütün zamanların istilik rekordu qeydə alındı
- ŞƏRHLƏR