* Dəri üzlüklüı mebellər portağal və ya limon qabığıyla təmizlənsə, yeni görünər.
* Yuyula bilən parçalarda olan qəhvə ləkəsini təmizləməyin ən asan yolu parçanı qliserin ilə təmizləməkdir. Yarım saat gözlədikdən sonra adi qaydada yuyun.
* Qablardakı əhəngi təmizləmək üçün qabın içinə yumurta qabıqları və ya bir az sirkə töküb qaynadın. Əhəngin yox olduğunu görəcəksiniz.
* Məxmər üzlüklü kreslolar sirkəli suyla silinsə, parıldayar.
* Ayaqyolundan gələn pis qoxunu aradan qaldırmaq üçün unitazın içinə bir ovuc iri duz atın. Qoxu yox olacaq.
* Qurumamış qan ləkəsinin üzərinə bir az nişasta səpin. Nişasta quruduqdan sonra fırça ilə təmizləmək kifayətdir. Qurumuş ləkələr üçün isə bir litr suya qatacağınız iki yemək qaşığı ammonyak işinizi görəcək. Bu qarışıq ilə silinsə, ləkə yox olacaq.
* Tutulan boruları qaynar sodalı su ilə aça bilərsiniz. Bunun üçün sodalı suyu töküb bir müddət gözləyin.
* Donmuş şüşələrinizi duza batırılmış nəmli dəsmalla silsəniz, buzu rahatlıqla təmizləyə bilərsiniz.
* Parçalardakı diyircəkli qələm ləkələrini spirtlə silərək və ya parçanın həmin qismini spirtə qoymaqla çıxara bilərsiniz.
* Yağlı boya ləkələrindən xilas olmaq üçün ləkəni efir və ya asetonlu pambıqla silməniz kifayətdir.
* Limon suyu ilə bütün evinizi təmizləyə bilərsiniz. Bir limonun suyunu iki xörək qaşığı zeytun yağı ilə qarışdıraraq, mebelləri təmizləyə biilərsiniz.
* Limonun yarısını qabyuyan maşına qoyub işlətsəniz, stəkan və qablarınız heç olmadığı qədər parlayacaq.
* Limonun üzərinə duz tökərək onunla mis qablarınızı sürtün. Necə parladıqlarının şahidi olacaqsınız.
* Parket və kafel aralarındakı çirki təmizləmək üçün limon və ya limon turşusu ilə paltar sodasını eyni nisbətdə bir litr suda qarışdırın. Kafelin üzərinə töküb, bir müddət gözləyin. Çirkin təmizləndiyini görəcəksiniz. Digər kimyəvi maddələrə ehtiyac duymadan limonun köməyi ilə evinizi təmizləyib gigiyenanı təmin edə bilərsiniz.
* İstifadə edilmiş mətbəx əskilərini paltaryuyan maşında 60 dərəcədə yuya bilərsiniz. Bakteriyalar ancaq bu istilikdə məhv olur.
* Meyvə şirəsi ləkələrini duzla təmizləyə bilərsiniz. Duzu yaş ləkənin üzərinə töküb qurumasını gözləyin. Sonra duzu silkələyin. Mineral su da ləkələrə qarşı təsirlidir.
* Unitazın içinə tökdüyünüz təmizləyicinin ləkəni aparmasını gözləyərlkən fırçanı da içinə salın.
* Fincanlardakı çay ləkələri sirkə və duzdan ibarət olan qarışıqla təmizlənə bilər.
* Soyuducu illərlə eyni yerdə qalır. Halbuki, soyuducunun arxasındakı soyutma simlər də təmizlənməlidir. Əks halda, enerjidən istifadə artar. Buna görə də soyuducunu ildə bir dəfə önə çəkib arxasını silin.
XƏBƏR LENTİ
Məşhur rəsmlər günümüzdə
Qırmızı rəng qəlbi qoruyur
Valideynlərin yol verdiyi səhvlər
BÜRCLƏR bizə nə vəd edir? - 3 MART
Günün ulduz falı
Divar şəkilləri
Gəliniklərin tarixi
Azərbaycanda bu şəxslər koronavirusa yoluxa bilər - RİSK SİYAHISI
"Facebook" bu ölkədə pulsuz olacaq
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Şokoladlı, fıstıqlı rulet (foto resept)
Ən gözəl qış ətirləri
Dərd ürək tutması riskini bir neçə dəfə artırır
Moda tarixində mif və reallıq
Ermənistan ordusu atəşkəs rejimini yenə pozub
Türkiyə Gözəli Geyimi ilə Diqqət Çəkdi-FOTO/VİDEO
Çox yaşamaq istəyirsiniz? - Bunu etməyin!
Avropada koronavirusun ilk yayıldığı ölkə və zaman bəlli oldu
Bred Pitt və Ancelina Colinin qızlarının inanılmaz dəyişimi - FOTO
Beyni işləməyə necə məcbur etmək olar?(2)
Mükəmməl qadın olmaq heç də çətin deyil
"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..." - ÜST-dən ŞOK XƏBƏRDARLIQ
Qadının dodaqları və burnu çürüdü -ŞOK SƏBƏB
Meryem Üzerli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kəsmikli kətə(foto resept)
Yaxın adamı rəhmətə gedən kişi 40 gün üzünü qırxmamalıdır?
“WhatsApp”da yenilik!
Abituriyentlər, hazırsınızmı?
Heyvan saxlayanlara məzuniyyət veriləcək
Snayperimiz vuruldu?
Günün qoroskopu: Səhhətinizin qeydinə qalın
Bakıda qeyri-adi bəy-gəlin - Maşınlarını saxladıb, bazarlıq etdilər
Abituriyentlər üçün vacib xəbər
Nəqliyyatda maska taxmamağa görə cərimə tətbiq olunacaq? - AÇIQLAMA
Beren Saat rekord müddətə hədiyyə seçdi-FOTO
Ana filin dramatik mübarizəsi
Hələ belə nəhəng yırtıcı tutulmamışdı
Hamam üçün dekorasiya
ABŞ Rusiya savaşı başlayır
Psixoloji xəstəliklər - 2
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Tailandda nəsli kəsilmiş pələnglərə rast gəlinib
Dollarla krediti olanların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
Luminarc dəstləri
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımız - SİYAHI
Sabahın HAVAsı
Gözəl və güclü qollar üçün məşqlər (Foto)
Məşhur aparıcı meşə aldı-FOTO
- ŞƏRHLƏR