Qadin.NET / Təmizliyə kömək edən vasitələr

Təmizliyə kömək edən vasitələr

Təmizliyə kömək edən vasitələr

* Dəri üzlüklüı mebellər portağal və ya limon qabığıyla təmizlənsə, yeni görünər. 

* Yuyula bilən parçalarda olan qəhvə ləkəsini təmizləməyin ən asan yolu  parçanı qliserin ilə təmizləməkdir. Yarım saat gözlədikdən sonra adi qaydada yuyun. 

* Qablardakı əhəngi təmizləmək üçün qabın içinə yumurta qabıqları və ya bir az sirkə töküb qaynadın. Əhəngin yox olduğunu görəcəksiniz.

Məxmər üzlüklü kreslolar sirkəli suyla silinsə, parıldayar. 

* Ayaqyolundan gələn pis qoxunu aradan qaldırmaq üçün unitazın içinə bir ovuc iri duz atın. Qoxu yox olacaq. 

Təmizliyə kömək edən vasitələr

* Qurumamış qan ləkəsinin üzərinə bir az nişasta səpin. Nişasta quruduqdan sonra fırça ilə təmizləmək kifayətdir. Qurumuş ləkələr üçün isə bir litr suya qatacağınız iki yemək qaşığı ammonyak işinizi görəcək. Bu qarışıq ilə silinsə, ləkə yox olacaq.

 * Tutulan boruları qaynar sodalı su ilə aça bilərsiniz. Bunun üçün sodalı suyu töküb bir müddət gözləyin.

 * Donmuş şüşələrinizi duza batırılmış nəmli dəsmalla silsəniz, buzu rahatlıqla təmizləyə bilərsiniz.

 * Parçalardakı diyircəkli qələm ləkələrini spirtlə silərək və ya parçanın həmin qismini spirtə qoymaqla çıxara bilərsiniz.

 * Yağlı boya ləkələrindən xilas olmaq üçün ləkəni efir və ya asetonlu pambıqla silməniz kifayətdir. 

Təmizliyə kömək edən vasitələr

* Limon suyu ilə bütün evinizi təmizləyə bilərsiniz. Bir limonun suyunu iki xörək qaşığı zeytun yağı ilə qarışdıraraq, mebelləri təmizləyə biilərsiniz.

 * Limonun yarısını qabyuyan maşına qoyub işlətsəniz, stəkan və qablarınız heç olmadığı qədər parlayacaq.

* Limonun üzərinə duz tökərək onunla mis qablarınızı sürtün. Necə parladıqlarının şahidi olacaqsınız.

 * Parket və kafel aralarındakı çirki təmizləmək üçün  limon və ya limon turşusu ilə paltar sodasını eyni nisbətdə bir litr suda qarışdırın. Kafelin üzərinə töküb, bir müddət gözləyin. Çirkin təmizləndiyini görəcəksiniz. Digər kimyəvi maddələrə ehtiyac duymadan limonun köməyi ilə evinizi təmizləyib gigiyenanı təmin edə bilərsiniz.

Təmizliyə kömək edən vasitələr

 * İstifadə edilmiş mətbəx əskilərini paltaryuyan maşında 60 dərəcədə yuya bilərsiniz. Bakteriyalar ancaq bu istilikdə məhv olur.

 * Meyvə şirəsi ləkələrini duzla təmizləyə bilərsiniz. Duzu yaş ləkənin üzərinə töküb qurumasını gözləyin. Sonra duzu silkələyin. Mineral su da ləkələrə qarşı təsirlidir.

* Unitazın içinə tökdüyünüz təmizləyicinin ləkəni aparmasını gözləyərlkən  fırçanı da içinə salın.

* Fincanlardakı çay ləkələri sirkə və duzdan ibarət olan qarışıqla təmizlənə bilər.

* Soyuducu illərlə eyni yerdə qalır. Halbuki, soyuducunun arxasındakı soyutma simlər də təmizlənməlidir. Əks halda, enerjidən istifadə artar. Buna görə də soyuducunu ildə bir dəfə önə çəkib arxasını silin.

 


20 aprel 2013
GO BACK