Layla
Bir həzin laylaya ehtiyacım var,
Ana mehri üçün dağlar aşaram.
Görsəm bir körpəyə layla çalırlar,
Özümü unudub uşaqlaşaram.
...Bir zaman qəm yağıb elə-obaya
Ana ürəyində kədər,kin olub.
Nə qədər" körpələr"gedib davaya,
Nə qədər laylalar didərgin olub...
Gəlib bu günəcən,gəlib laylalar,
Heyif ki sozala-sozala gəlib.
Laylanı duymayıb təzə "analar",
Laylalar azala-azala gəlib.
Bir layla gəzirəm məni isidə,
Yüz qayğı bir ana mehrini verməz.
Dünyanın ən gözəl musiqisi də,
Ana laylasının yerini verməz.
Bir layla gəzirəm yandıra,yaxa
Təzədən tapışa ana balayla.
İlbəil xalqımın yadından çıxan,
Günbəgün azalan laylam,a layla....
Adil Cəmil.
Ana
Nigaran qalanda ana baladan
Ana qurban deyər qoyundan,maldan
Mən qurban demirəm özgə malını.
Kaş özüm qurbanın olaydım ana.
Doqquz ay bətnində saxlayıb məni.
Qanınla canıma can verdin ana.
Sübhətək yatmayıb laylamı çaldın
Ömrünü ömrümə caladın ana.
Gözünün nurunu mənə sən verdin
Həyatın ləzzətin sən məndə gördün
Ağladım ağladın,güləndə güldün
Ey şair baxışlı mehriban anam!
Böyüyüb boy atdım,sənsə qocaldın.
O məğrur adınla bir də ucaldın.
Xəzan yarpağı tək solub saraldın
Analar anası vüqarlı anam!
Nə qədər ömrüm var borcluyam sənə
Dolanım başına qoy dönə-dönə.
Ey məni həyata bəxş edən anam.
Şam kimi yolumda əriyən anam!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Arıqladan cəfəri suyu
Gənc qalmaq istəyi (Qocalmaq qorxusu)
“Helikopteri ruslar vurub”
"Pokemon"a bənzəyən qeyri-adi heyvan tapıldı-FOTO
Teleradio yayımı ilə bağlı MÜHÜM QƏRAR
Səmranın səhvinə görə Azərbaycanı cərimələyiblər?
Barbadosda kraliçanın hakimiyyətinə son qoyulur
Ailələr niyə dağılır?
Uşaq Dünyası-Oyuncaqlar
Fərqi özünüz görün
Azərbaycanda ictimai nəqliyyatda dəyişiklik
Üzən ev hazırlanıb
Ancelina Colinin oxşarı-FOTO
Sarışın qızlar haqda miflər və həqiqətlər
Bella HAMİLƏ olduğunu dedi inanmadılar-FOTO
Keçmişin QANDONDURAN tərbiyə metodları
Azərbaycanda 5 min il yaşı olan qazma evlər tapılıb - FOTOLAR
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA
"Real Madrid" "Barsa"nın rekordunu qırdı
Moldova Ombudsmanı: "Xocalı faciəsinin günahkarları cəzalandırılmalıdır"
Məşhur aktyor ata oldu üçün peşman olduğunu dedi-FOTO
İrina Hellouin üçün pişik obrazına girdi - FOTO
DİQQƏT! “WhatsApp” bu hesabları BAДћLAYIR
Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı
Günün ulduz falı
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Uşaq evlərinin sakinləri Mehriban Əliyevaya ad günü hədiyyəsi edib
Sızanaqlardan xilas olmaq üçün...
Evdə təmir aparanlar “Cumanci” sandığına oxşar taxta qutu aşkar etdilər
Sami Yusifdən Azərbaycana dəstək paylaşımı
Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib
Şifrələrlə mübarizənin məqsədi nədir?
Qadınlar nə istəyər, kişilər nə anlayar?
Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi
Ət çanağında kartof püresi (foto resept)
Asan hazırlanan çizkeyk (foto resept)
Bakıda cənub küləyi əsəcək
Gecə mesajları, qaranlıq həyat
Həyatın içindən
Bu xəstəlik koronavirusdan beş dəfə sürətlə yayılır
Meksika çimərlikləri boşaldıldı
Euronews-da Bakıdan görüntülər
Aktrisa məşhur serialda çıxdı
Moskva Vahid Mustafayevi alqışlayır
Azərbaycanda yeni zavod açılacaq-SƏBƏB
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Yenə də cümə günü, ayın 13-ü...
Ajda Pekkan gənc qalmağının sirrini paylaşdı-FOTO
Həyat eşqini artıran hallar
- ŞƏRHLƏR