Qadin.NET / Layla

Layla

Layla

Layla

Bir həzin laylaya ehtiyacım var,
Ana mehri üçün dağlar aşaram.
Görsəm bir körpəyə layla çalırlar,
Özümü unudub uşaqlaşaram.

...Bir zaman qəm yağıb elə-obaya
Ana ürəyində kədər,kin olub.
Nə qədər" körpələr"gedib davaya,
Nə qədər laylalar didərgin olub...

Gəlib bu günəcən,gəlib laylalar,
Heyif ki sozala-sozala gəlib.
Laylanı duymayıb təzə "analar",
Laylalar azala-azala gəlib.

Layla

Bir layla gəzirəm məni isidə,
Yüz qayğı bir ana mehrini verməz.
Dünyanın ən gözəl musiqisi də,
Ana laylasının yerini verməz.

Bir layla gəzirəm yandıra,yaxa
Təzədən tapışa ana balayla.
İlbəil xalqımın yadından çıxan,
Günbəgün azalan laylam,a layla....
                                                                                                  Adil Cəmil.

Layla

Ana
Nigaran qalanda ana baladan 
Ana qurban deyər qoyundan,maldan
Mən qurban demirəm özgə malını.
Kaş özüm qurbanın olaydım ana.

Doqquz ay bətnində saxlayıb məni.
Qanınla canıma can verdin ana.
Sübhətək yatmayıb laylamı çaldın
Ömrünü ömrümə caladın ana.

Gözünün nurunu mənə sən verdin
Həyatın ləzzətin sən məndə gördün
Ağladım ağladın,güləndə güldün
Ey şair baxışlı mehriban anam!

Böyüyüb boy atdım,sənsə qocaldın.
O məğrur adınla bir də ucaldın.
Xəzan yarpağı tək solub saraldın
Analar anası vüqarlı anam!

Nə qədər ömrüm var borcluyam sənə
Dolanım başına qoy dönə-dönə.
Ey məni həyata bəxş edən anam.
Şam kimi yolumda əriyən anam!

4 sentyabr 2013
GO BACK