Dünyada ilk dəfə qamış bitkisindən fanera hazırlanacaq. Özü də uzaqda yox, elə bizim ölkəmizdə.
Belə bir ixtiranın banisi isə Arif Qəniyevdir.
Qadin.Net qafqazinfo-ya istinadla xəbər verir ki, ixtisasca əmtəəşünas olan Arif bəy ağlına belə bir fikir gələn kimi elmi araşdırmalarla maraqlanıb. Elmlər Akademiyasından rəylər alıb. Geniş tədqiqatlardan sonra əmin olub ki, bu mümkündür. Və nədənsə dünyada, hələ ki, belə bir addım atılmayıb:
"Bu qamış bitkisinin Azərbaycanda çoxluğu həmişə məni düşündürürdü. Fikirləşirdim ki, bu bitkini necə istehsalata daxil etmək olar? Araşdırmalardan sonra qərara gəldim ki, onun gövdəsindən qablaşdırma, tara və digər dekorasiya vasitələri hazırlamaq mümkündür.
Dünyada bambukdan belə bir istehsal sahəsi var, ancaq qamış və qarğı məhsulundan yoxdur. Biz dünyada ilk dəfə olaraq belə bir addım atmışıq. İxtiramın patentini almışam".
Arif bəyin sözlərinə görə, ölkədə ən geniş qamış sahələri Şabran rayonunda yerləşir. Elə bu səbəbdən də ixtirası ilə bağlı açılması planlaşdırılan zavodun Şabran rayonunda tikilməsinə qərar verilib:
"Şabranda 2 227 hektar qamış sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rəsmi hesabata görə isə respublikada ümumi 20 min hektardan çox istifadəsiz qalmış qamış sahələri mövcuddur. Belə olan halda kənd əhalisi qamışı toplayıb tədarük edərək bizə təhvil verə bilər. Bununla həm də əhalinin məşğulluğu yaranacaq. Hər rayonda təxminən heç olmasa 500-600 ailə bununla məşğul ola bilər. Prezident də qarşıya məqsəd kimi istifadəsiz torpaqlardan yararlanmağı qoyub. Bundan daha gözəl necə yararlanmaq olar?"
Həmsöhbətimiz deyir ki, əhalidən alınacaq qamış bağlamaların qiyməti də artıq müəyyən olunub:
Rayonlarda tədarük məntəqələri yaradılacaq, orada yığılan qamışlar zavoda göndəriləcək. Daşınma xərclərini də biz öz üzərimizə götürmüşük".
İxtiraçı Şabran rayonunda zavodun tikilməsi üçün eskiz layihələri təqdim edib, zavod üçün yer ayrılıb. 200-dən çox işçi qüvvəsinin olması planlaşdırılır. Zavodun tikintisinə isə ilin sonuna kimi başlamağı planlaşdırırıq:
"İxtiram iqtisadi cəhətdən gəlir gətiracək, ekoloji cəhətdən isə ölkədə ağac kəsiminin qarşısını alacaq. Bu, orqanik bir məhsuldur, hər sahədə istifadə olunur.
Biz də yeni faneralar istehsal edib bu sahədə ölkəyə daxil olan idxalın azalmasına səbəb ola bilərik. İldə 200 min kvadratdan çox fanera istehsalını planlaşdırırıq. Şərabçılar özlərinin qablaşdırılması üçün sifariş vermək fikrindədilər. Araşdırma aparmışıq ki, meyvə ixracatçıları tara üçün istifadəyə hazırdılar.
Faneradan istehsal olunan şərab qabının qiyməti hazırda bazarda 15-27 manat arasında dəyişir. Biz isə bunu 5-8 manat arası təklif edəcəyik. İki butulkalıq qabların qiyməti isə bazarda 27-30 manat arasında dəyişir, biz isə qamışdan hazırlanmış qaba 15-20 manat arasında bir qiymət müəyyənləşdirəcəyik. Qiymətlər ikiqat aşağı olacaq. Bu səbəbdən də şərabçılar bu məsələdə çox maraqlıdır. Həm də "Made in Azerbaijan" brendi altında xaricə də rahat ixrac oluna bilər.
Gələcəkdə bundan qraf kağızı da istehsal etmək olar. Hazırda ölkədə çörəklərin qablaşdırılmasında bu kağızdan istifadə olunur".
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR