Bu gün ayın 13-ü, həm də cümə günüdür. Yer əhlinin mühüm bir qismi inanır ki, ayın və həftənin bu günlərinin bir-birinə təsadüf etməsi bədlik, uğursuzluq gətirir. Ta qədimdən ayın 13-cü gününün cüməyə təsadüf etməsi mistik məna daşıyıb. Bu günün mistik cazibəsi insanlara bu gün də rahatlıq vermir. Elm adamları isə bunu xurafat əlaməti sayırlar.Milli.Az xəbər verir ki, həmin xurafatçı inanclara görə, ayın 13-ü cüməyə təsadüf edəndə qaniçənlər, əcinnələr və sair şeytani qüvvələr bir yerə yığışır, demonik toplantı, şabaş keçirirlər. Gecə yarısı olanda isə onlar dəhşətli əməllər törədirlər.Bu xurafata inamın güclü olmasına görə keçmişdə ayın 13-ü cüməyə düşəndə toy etməzmişlər, gəmilər limanlardan ayrılmazmış, heç bir saziş bağlanmazmış. Hətta insanlar çalışarmışlar ki, evdən bayıra çıxmasınlar.Bəzi versiyalara görə, “13-ü, cümə”nin nəhs gün sayılması İsa peyğəmbərlə bağlıdır. Onu məhz ayın 13-də, cümə günü çarmıxa çəkiblər. Üstəlik, peyğəmbəri satan mürid İuda gizli gecədə keçirilən toplantıda 13-cü iştirakçı olub.Qədim romalılar və yunanlar da 13 rəqəmindən qaçaq olublar. Onlar da hesab edirmişlər ki, bu gün uğursuzluq gətirir.İngiltərədə hələ də cümə günü dənizə çıxmırlar, həmin gün ayın 13-dürsə, mütləq səfəri təxirə salmaq üçün bəhanə tapırlar.XVIII əsrdə bu xurafat o qədər güclənib ki, ingilis hökuməti onu darmadağın etmək qərarına gəlib. Bu məqsədlə “Cümə” adlı gəmi hazırlanıb və həmin gəmi tərsanədən suya məhz cümə günü buraxılıb. Amma gəminin sonrakı taleyi məlum xurafatı daha da gücləndirib. Cümə günü ilk reysinə çıxan “Cümə” ekipajı ilə birlikdə itkin düşüb və tapılmayıb.Dənizçilərdən başqa, ingilis cərrahları da “13-ü, cümə”dən qorxurlar və həmin günə təyin olunmuş əməliyyatları təxirə salırlar ki, uğursuzluqla qarşılaşmasınlar.Yeri gəlmişkən, İngiltərədə kinoteatrlarda 13 saylı kreslo olmur. Əgər bir qonaqlığa 13 adam gəlibsə, mütləq 14-cü kürsü də qoyur, ona maneken otuzdurur, hətta qarşısına yemək-içmək də qoyurlar.Almaniya, Avstriya və Skandinaviya ölkələrinə məxsus hava yolları şirkətlərinin təyyarələrində 13 saylı kreslo qoyulmur.Portuqaliya və İspaniyada isə əksinə, həftənin 5-ci gününü dənizə çıxmaq üçün ən uğurlu gün sayırlar. Çünki Xristofor Kolumb Amerikanı cümə günü kəşf edib. Yəqin ki, müasir hindular üçün bu, tarixin ən nəhs, ən uğursuz günüdür. Ona görə ki, məhz o gündən başlayaraq onların rahatlığı pozulub, qətliama, deportasiyaya, rezervuarlarda yaşamağa məcbur olublar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Novruz bayramıyla bağlı daha bir etiraz
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb
Ana və qızları
"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"
Qatıq maskaları
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
2016-cı ilin rəngləri
Muğanbank İsmayıllı rayonunda yaşıllaşdırma aksiyasında iştirak edib
Evləri ola-ola kirayə yaşayacaqlar - FOTO
Obamadan ramazan təbriki
Türkiyə mətbəxindən "Yüksük" şorbası (foto resept)
Niyə cütlüklər xarici görünüşcə oxşar olurlar?
Varikoz xəsətliyi (3-son)
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Los-Anceles polisi: “Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər”
500 kq-lıq qadını müalicəyə yolladılar - Yük təyyarəsiylə - Foto
Karamelli keks (foto resept)
Möhtəşəm yüz il - hər şey olduğu kimi
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
Günün qoroskopu: həyatda hər şey gözəldir - məsafələr olmasa...
Dəryaz və karandaş
Ən ucuz Novruz bazarlığını harda etmək olar?-QİYMƏTLƏR
"Blondie Brownie" (foto-resept)
Ürək xəstəsi 5 yaşlı qızın toyu
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
Yuxusuzluğun həlli
Bu içkilər sizi cavan saxlayacaq
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Azərbaycanda həkimlərə bu hüquq verildi
70-ci illərin dəbi geri qayıtdı: Kürk paltolar
Azərbaycanlılar Almaniyada ayağa qalxdı
Gözəl dırnaqlar
Hamiləlik çəkisindən necə qurtulmalı?
Dünyanın kənarındakı vulkan püskürdü: aləm külə büründü
Paris səyahəti: necə geyinməli?
Dünyada 63-cü olduq
Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
2012-ci ilin qış papaqları
Zoopark və sirklər qadağan edilə bilər
Buddadan 14 dərs
Tramp əsəbiləşdi: “Bu lənətə gəlmiş çuxura nifrət edirəm” - VİDEO
Fonetika - Səslər
Yağ yandıran detoks çayı
Adriana Lima yeni sevgilisi ilə - FOTO
İstanbul derbisini "Fənərbaxça" qazanaraq zirvəni ələ keçirib
Mariya Şarapova məşhur serialda-FOTO
Bakı dəmir yolu vağzalı köçürüləcək
HAVA necə olacaq? 27-yanvar
Toxunma oyuncaqlar















- ŞƏRHLƏR