Axşamçağının şeiri
Ümidlərin də böyüyü, kiçiyi,
Yenisi, əskisi olur, qızım;
Məsələn, "Yaxşı olacaq" adlı ümid var ha
Qoca ümiddi,
Ahıl ümiddi hətta
Nəsə yeni bir ümid tapmalı, düşünməli...
Sən ümidli danışanların səs rənginə fikir ver əsas,
Əgər bir adam tez-tez "Yaxşı olacaq" deyirsə,
Bir az da boğuqsa səsi...
Çox ağrılı mənzərədir,
Saçı ağarmış yekə bir kişinin əl açıb
diqqət dilənməsi...
Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım,
Başqa səbəbi də var bu xəcalətin;
Məsələ xəstələnmək deyil bəzən
Məsələ "Ağrın mənə gəlsin" deyənin olmamasıdır!
Heç kimin sənə sadiq qalmaması,
Xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının
Fərqli bəhanələrlə çıxıb getməsidir!
Həyat, xərçəng xəstəsinə deyilən
Quru "Allah şəfa versinlər" qədər saxta olsa da,
Şəkərparəm, çarə
Möcüzələrə inanmaqdır!
Sözə sığmaz bəzi həqiqətlər, əzizim
Məsələn,
"Vətən nədir?" deyə sordum anama bir gün
Udqunub
Evimizin köhnə divarında asılan
Şəhid dayımın saralmış şəklini göstərdi gözləriylə
və yaş gilələndi yanaqları boyunca...
"Bəs azadlıq?"-dedim.
Göz yaşlarını sildi kəlağayısının ucuyla;
Sevgilim, mən azadlığın nə olduğunu
Anamın əlləri əsə-əsə
Saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim;
Görünməz sancaq,
Qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna...
Bildim ki, bəzi şeylərin görünməsi ayıbdı
Bəyaz olsalar belə.
Bir gün sevinə-sevinə
Allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
Dedi ki, qorxmayın,
Dərdlər bizi Allaha çağıran azan səsidir!
Bizsə ahını, ağısını, giley-güzarını da sevdik anamızın
Düşündük ki,
Gileylər anaların təranəsidir!
Və gəl sənə iki sirr açım bu gecə:
Birincisi budur ki,
Tavanı hündür otaqlarda daha böyük olur sənsizlik.
İkincisi...
...Bir ümid də belə öldü, ey sevgili,
Ruhu şad olsun!
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Ana bətnində hiss, həyəcan: unikal
Ramazanın səkkizinci gününün duası
Serial eşqi gerçək oldu?-FOTO
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Sabahın hava proqnozu
Xanımlar və geyim...
Maraqlı həqiqətlər
Tarkandan qızı üçün daha bir QƏRAR
Çağla Şikel şərhi sərt cavabladı-FOTO
Azərbaycandan 3 mindən çox tələbə xaricdə təhsil almaq hüququ qazandı
Seçilmiş aforizmlər
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Günün qoroskopu: dözümlü və səbrli olun
Facebook-un işçiləri nə qədər maaş alır? – SİYAHI
Neymarın cəzası məlum oldu
Pendirli kek (foto-resept)
Nənənin ada səyahəti
I-IV ixtisas qruplarının sınaq imtahanlarının doğru cavabları
Çörək bahalaşıb?
Koronaviruslu şəxs xəstəxanadan qaçdı - FOTO
Günün qoroskopu: gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır.
Bayram "sürprizi": ətin qiyməti qalxdı
Bütün dövrlərin stili
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
Nazir: "Ərə getmək istəyən qızlar şalvar geyinməsinlər" - FOTO
Hava haqqında - 22.11.2013
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Bu qatardır, yoxsa otel? (Foto)
Simsiz qulaqlıqlar təhlükəlidirmi?
Allahın qulu Teymur
Xoş məramlı bir yenilik!
Tanış olun: Mercedes-Benz MLC - FOTO
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
Obama İrana vaxt qoydu
200 kaloridən az olan 2 sağlam smoothie
Qısa saçlar üçün bir-birindən gözəl modellər
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
YouTube dəyişdi
Günün qoroskopu: Mübahisə etməyin!
Həccin də xərci artır
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Qadınlar haqqında deyilənlər
Hicablı gəlinlər üçün baş örtükləri
Körpələrə ad seçimində nə əsas götürülməlidir: Övladlarına Diləndər, Xiyarə və Fındıq adlarını yaraşdıranlar da var
Əşyaların daha az yer tutması üçün nə etməli?
Ordumuz 3 şəhid verdi
113 yaşlı seçici məntəqədə səs verəcək
- ŞƏRHLƏR