Axşamçağının şeiri
Ümidlərin də böyüyü, kiçiyi,
Yenisi, əskisi olur, qızım;
Məsələn, "Yaxşı olacaq" adlı ümid var ha
Qoca ümiddi,
Ahıl ümiddi hətta
Nəsə yeni bir ümid tapmalı, düşünməli...
Sən ümidli danışanların səs rənginə fikir ver əsas,
Əgər bir adam tez-tez "Yaxşı olacaq" deyirsə,
Bir az da boğuqsa səsi...
Çox ağrılı mənzərədir,
Saçı ağarmış yekə bir kişinin əl açıb
diqqət dilənməsi...
Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım,
Başqa səbəbi də var bu xəcalətin;
Məsələ xəstələnmək deyil bəzən
Məsələ "Ağrın mənə gəlsin" deyənin olmamasıdır!
Heç kimin sənə sadiq qalmaması,
Xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının
Fərqli bəhanələrlə çıxıb getməsidir!
Həyat, xərçəng xəstəsinə deyilən
Quru "Allah şəfa versinlər" qədər saxta olsa da,
Şəkərparəm, çarə
Möcüzələrə inanmaqdır!
Sözə sığmaz bəzi həqiqətlər, əzizim
Məsələn,
"Vətən nədir?" deyə sordum anama bir gün
Udqunub
Evimizin köhnə divarında asılan
Şəhid dayımın saralmış şəklini göstərdi gözləriylə
və yaş gilələndi yanaqları boyunca...
"Bəs azadlıq?"-dedim.
Göz yaşlarını sildi kəlağayısının ucuyla;
Sevgilim, mən azadlığın nə olduğunu
Anamın əlləri əsə-əsə
Saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim;
Görünməz sancaq,
Qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna...
Bildim ki, bəzi şeylərin görünməsi ayıbdı
Bəyaz olsalar belə.
Bir gün sevinə-sevinə
Allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
Dedi ki, qorxmayın,
Dərdlər bizi Allaha çağıran azan səsidir!
Bizsə ahını, ağısını, giley-güzarını da sevdik anamızın
Düşündük ki,
Gileylər anaların təranəsidir!
Və gəl sənə iki sirr açım bu gecə:
Birincisi budur ki,
Tavanı hündür otaqlarda daha böyük olur sənsizlik.
İkincisi...
...Bir ümid də belə öldü, ey sevgili,
Ruhu şad olsun!
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Badımcan qızartması (foto-resept)
Ləkələri təmizləmək üsulları
Hərbi hissədə səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib
Bu üsulla üz ləkələrinə birdəfəlik son qoyun!
Təbii yollarla qara saç rəngini necə açmalı?
Bakının bu əraziləri susuz qalacaq
Qəhvənin qiyməti rekord vurdu
Yaponiyada 2020-ci ilin rəmzi olan heroqlif seçildi
Murat və Aslının ayrılıq günü nə baş verib-FOTO
Vatsapda İNANILMAZ YENİLİK: göndərdiyiniz mesajlar...
Yaz havası geri qayıdır
"Acı hayat"ın aktrisası ərə getdi
Bu qadın nə edir?
Təmizlik zamanı unudulan 5 yer
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Səyyar ASAN xidmət bu rayonlara gəlir
Kəsmikli rulet (foto-resept)
Kosmosdan gələn siqnalları kim göndərir? - Alim rəyi
Asiya salatı (foto resept)
Makiyaj qadın xarakteri barədə nə deyir?
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Beren Saat AДћIR XƏSTƏLİYƏ YOLUXDU - FOTO
Akademik Cəlal Əliyev vəfat etdi
Mehriban xanım və qızları Psixonevroloji Mərkəzdə - FOTO
Erməni rüsvayçılığı: meyitlərini götürmək istəmirlər
Yaddaşınızı zəiflədən səbəblər
Könüllü işləmək istəyənlərin nəzərinə
Həm Android, həm Firefox-la işləyən smartfon
Qurban bayramınız mübarək!
"Taxt oyunları"nın Finalı rekord vurdu
Möhtəşəm donlar
Ağıllı şəhərlər trilyonlar qazandıra bilər
İki yalançının oyunu: Avropa və ləyaqətsiz hakimiyyət
Acun Şeymadan xəyanət etdiyi üçün boşanır-FOTO
Yalnız yaşayan qadınlar daha xoşbəxtdirmi?
Koronavirusa inanlar, inanmayanlar və onunla üz-üzə qalanlar - VİDEO
Azərbaycandan Gürcüstana pulköçürmələr KƏSKİN ARTDI
İngilis dili - J (1)
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Kokteyl və gecə geyimləri
Prezident İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Kirayə yolu ilə mənzilləri necə əldə etmək olar? - Ekspert BÜTÜN DETALLARI AÇDI (VİDEO)
Kərəm Bürsinin tərəf müqabili o olacaq
İran parlamentinin 18 üzvü istefa verdi
Kolleclərə tələbə qəbulu başladı
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər
Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
- ŞƏRHLƏR