Axşamçağının şeiri
Ümidlərin də böyüyü, kiçiyi,
Yenisi, əskisi olur, qızım;
Məsələn, "Yaxşı olacaq" adlı ümid var ha
Qoca ümiddi,
Ahıl ümiddi hətta
Nəsə yeni bir ümid tapmalı, düşünməli...
Sən ümidli danışanların səs rənginə fikir ver əsas,
Əgər bir adam tez-tez "Yaxşı olacaq" deyirsə,
Bir az da boğuqsa səsi...
Çox ağrılı mənzərədir,
Saçı ağarmış yekə bir kişinin əl açıb
diqqət dilənməsi...
Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım,
Başqa səbəbi də var bu xəcalətin;
Məsələ xəstələnmək deyil bəzən
Məsələ "Ağrın mənə gəlsin" deyənin olmamasıdır!
Heç kimin sənə sadiq qalmaması,
Xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının
Fərqli bəhanələrlə çıxıb getməsidir!
Həyat, xərçəng xəstəsinə deyilən
Quru "Allah şəfa versinlər" qədər saxta olsa da,
Şəkərparəm, çarə
Möcüzələrə inanmaqdır!
Sözə sığmaz bəzi həqiqətlər, əzizim
Məsələn,
"Vətən nədir?" deyə sordum anama bir gün
Udqunub
Evimizin köhnə divarında asılan
Şəhid dayımın saralmış şəklini göstərdi gözləriylə
və yaş gilələndi yanaqları boyunca...
"Bəs azadlıq?"-dedim.
Göz yaşlarını sildi kəlağayısının ucuyla;
Sevgilim, mən azadlığın nə olduğunu
Anamın əlləri əsə-əsə
Saçlarını qulaqlarının ardına bənd etməsindən öyrəndim;
Görünməz sancaq,
Qara, uzun hörüklərinin dən düşmüşünü gizlədən həna...
Bildim ki, bəzi şeylərin görünməsi ayıbdı
Bəyaz olsalar belə.
Bir gün sevinə-sevinə
Allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam
Dedi ki, qorxmayın,
Dərdlər bizi Allaha çağıran azan səsidir!
Bizsə ahını, ağısını, giley-güzarını da sevdik anamızın
Düşündük ki,
Gileylər anaların təranəsidir!
Və gəl sənə iki sirr açım bu gecə:
Birincisi budur ki,
Tavanı hündür otaqlarda daha böyük olur sənsizlik.
İkincisi...
...Bir ümid də belə öldü, ey sevgili,
Ruhu şad olsun!
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Adel yenidən aşiq oldu
Bir-birini çoxdan tanıyıb, illər sonra aşiq olan məşhurlar
Bakıda gecə əməliyyatı: iyirmisini birdən məhv elədilər
Daha bir mötəbər yarış Azərbaycanda keçirilə bilər
2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu
Sadə toyuq kotleti (foto resept)
Məşhur seriala yeni aktyor gəlir-FOTO
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
3 aya 24 kiloqram arıqladan qarışım
Namazın rükətlərinin sayını bilmədən...
İzmirdə binanın çökmə anı – VİDEO
Obama sərt bəyanat verdi
2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI
Uşağı "pis yetişdirməyin" yolları (II)
Tilovuna timsah düşən balıqçının görüntüləri maraqla qarşılandı – VİDEO
Xoşbəxtlik hissi yaradan qidalar
Ata sevgisi
Hazal Kaya 1.58 sm-lik boyundan danışdı-FOTO
Yuxu yozmaları - N
Milyarderlər harada dincəlirlər?
Günün qoroskopu: Səhhətinizə diqqət edin
Maddələr mübadiləsi üzrə tipiniz
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Yeni il ağacı salatı (foto-resept)
Rusiyada koronavirus daşıyıcılarının sayı milyonu ötdü, 17 mindən çoxu...
Atəşkəs rejiminin pozulması halları 90 dəfəyədək artıb
Megan Marklenin pəhrizi
Çəkisinə görə pul qazanan model-FOTO
Onkoloji xəstəliklə doğulan uşaqlar və ya normal keçməyən hamiləliyin fəsadı...
Bədən uyuşmazlığı nədir?
Üzünüzün formasına görə uyğun qaş forması necə olmalıdır?
İdman sevərlər üçün Velosiped Federasiyasından bayram hədiyyəsi
35 yaş böyük kişini sevmək...
Qarderobunuzdan yer tutan geyimlər
Bu gün Ümumdünya Poçt Günüdür
Qozlu bulka (foto resept)
Gecə geyimləri
Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur
BMT-dən Ermənistana yardım
Zidan: "Cerard "Real"ın təkliflərini rədd etdi"
Özü ilə evlənən qadın
Günün qoroskopu: prioritetləri müəyyənləşdirin
Paşinyanın son cəhdləri də iflasa uğrayır
Prezident onu təltif etdi - SƏRƏNCAM
"Ermənilər Azərbaycana aid tarixi faktları saxtalaşdırırlar"
Formada qalmaq üçün 4 tövsiyə
Pəhrizsiz arıqlamağın yolları
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO
Meqan Markl kral ailəsinə 46 milyon gəlir gətirdi-FOTO
- ŞƏRHLƏR