İyirminci əsrin fevral axşamı
Göylərdə sönmüşdü, göylərin şamı...
Günəş ağırlaşıb, göyə qalxammır,
Ay donub, ulduzlar yerə baxammır,
Sabit səyyarələr, parlaq ulduzlar,
Çəkilib göylərin yeddi qatına...
O, yelkən qanadlı pəmbə buludlar,
Atlanıb, kükrəyən köhlən atına.
Çəkilib göylərin yeddi qatına.
Göyün də, yerin də səbri daralıb,
Qara bulud kimi rəngi qaralıb...
Əsən qara yellər, qopan küləklər,
Yəhərsiz, yüyənsiz köhlən çapırlar.
Min tufan qoparıb, yoldan sapırlar,
Yalquzaq qurd kimi ulayır rüzgar.
Yollarda, izlərdə buz bağlayıb qar,
Gecənin ilan tək uzanıb dili.
Qar, boran, şaxta buz...hava sazaqdır,
Axı, kim bilirdi Xocalı eli
Bir azdan odlara qalancaqdır.
Faşist pusqudadır... topla, tüfənglə
Hücuma başlayır əsən küləklə!..
Qədim Qarabağı daşnaq yandırır!
Külək tüğyan edir, alovlandırır!
Tanqlar uğuldayır, toplar dil açır!..
İnsanlar ölümdən-itimdən qaçır...
Yanır od içində böyük bir bəşər,
Azəri yurduna "qalib gəlir" şər!
Nə göydən kömək var, nə yerdən haray,
Qara buludlardan don geyibdir ay.
Görəsən hardadır dünyanın gözü?!
Silinsin qanundan "ədalət" sözü
Bu böyük dünyanın gözü önündə,
Başlayıb qırğınlar, ucuz ölüm də...
Torpağın köksündə dağ boyda bir dağ
Qəhrəman Xankəndi, qədim Qarabağ.
Yanır od içində bu böyük bəşər,
Haqqa qalib gəlir, zəfər çalır şər.
Bu necə fırtına, bu necə səddir,
İnsanlar yer üstə cəsəd- cəsəddir!
Xocalı yurduna bu qiyamətdə!
Yağış tək hər yandan mərmi tökülür,
Milyonlar əzilir, insanlar ölür.
Çeynənir tanqların sepləri altda!
Bilmir ki, neyləsin qəhrəman şəhər,
Açılma ey sabah, doğma ey səhər.
Ağaclar dimdikdir dar ağacı tək,
İnsanlar asılır "dar" ağacından
Qaçanın döşündən basırdı külək,
Xəstələr ölürdü yolda acından
Boranda, şaxtada, qarda, sazaqda
Qaçhaqaç düşübdür bu dar ayaqda.
Dağ-dərə uzunu el ələnirdi..
Rak oğlu erməni durub qabaqda
Böyük də, kiçik də, körpə uşaq da
Hədəfə alınıb güllələnirdi...
Bu böyük dünyanın gözü önündə
Bu fitnə övladı, o şər oğlu şər
Cəlladlar min hiylə, tələ qururdu
Qədim Qarabağı oda vururdu,
Yanır od içində bir böyük bəşər!
Erməni! əzəldən xaindir bu ad,
Basqınçı, işğalçı, talançı, cəllad
O faşist, o daşnaq, o şər oğlunu
Yüz illər xalqımız duymamış heyhat!
Neçə qız- gəlini dağdan atdılar.
Neçə nər oğlunu oda çatdılar
Bu qanlı faciə yaddan çıxarmı?!
Alova atılan oddan çıxarmı?!
Neçə igidləri əsir aldılar.
Qaranlıq zindana tutub saldılar,
Onların üzləri, əlləri də qan,
Baxırlar dar gözlü kor barmaqlıqdan.
Baxırlar Vətənə köks ötürürlər
Nizə kipriyiylə od götürürlər.
Əzaba zindanda dözsə də onlar,
Neçə ixtiyarın, ağ birçəklərin,
Qızılgül nəfəsli al çiçəklərin.
Qoparıb çiynindən başın üzdülər,
O, məğrur, qəhrəman, mərd oğulların.
Cərgəylə divara, daşa düzdülər.
Daş kimi binaya, evə hördülər,
Efirdən, ekrandan bunu gördülər,
"Loğman" bıçağıyla, "Cərrah" əliylə
Baş kəsən cəlladlar əsirlərimizin,
Bədən üzvlərini ayırır bir- bir.
Satdığa qoyulur ürəkləri də,
Başı da, beyni də, böyrəkləri də
Qatı ermənidir satıcılar da
Quduzdan törənmiş alıcılar da!..
Xəyaldan ayrılıb deyirəm görən,
Bizim bu dünyanın divanı varmı?!
Bu qəmli tarixi, qəmli tarixi,
Bizim bu nəsillər heç unudarmı?!
İyirminci əsrin fevral axşamı,
Göylərdə sönmüşdü göylərin şamı!..
Dünya dəyişirdi, tarix dönürdü,
Göylərin altında millət sönürdü!
Tarix dəyandımı, durdumu zaman?!
Hanı Qoç Koroğlu, hanı Qazan xan?
Hanı Bamsı Beyrək, o tunc qəhrəman?!
İşğalçı düşmənə verməyə aman,
Rüstəm- zal pəhləvan, Xətai hanı?!
Heyrətə gətirə bütün dünyanı
Dağlar da titrəyə qılınc səsindən,
Yerlər də püskürə od nəfəsindən.
Düşmən tülküləşə hayqıran kimi
Dağıda zəlzələ, sel qıran kimi!
Hanı Babək kimi qılınc çalanlar?!
Hanı qalxan tutub, yay-ox atanlar,
Hanı at belinə quş tək yatanlar?!
Hanı Dəli Domrul, o dəliqanlar?!
Hanı Cavad xanlar, Fətəli xanlar?!
Çəkə qılıncını qeylü- qal sala,
Düşməndən intiqam, qana- qan ala!
O, fateh, qəhrəman, məğrur, oğullar,
Azəri yurdunun torpaqlarından
Yamyaşıl otlar tək göyərəcəklər,
Yerdən də , göydən də doğulacaqlar
Azəri yurdunun mərd əlləriylə
Daşnaqlar yerində boğulacaqlar,
Donuzlar yurdumdan qovulacaqlar.
Tofiq Saleh
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu yeməklər yuxuya təsir edir
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Öldükdən sonra Facebook hesabınız necə olacaq?
Bakıda yenidən zəlzələ gözlənilir?
Təqaüd tələbənin nəyinə yetəcək?
Facebook-dan qalmaqallı yenilik
Azərbaycanda güclü dolu yağıb: avtomobillər də əzilib
"Nissan" 42 mindən çox avtomobili geri çağırıb
Ölən qadının evindən 82 it tapıldı - FOTO
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
Üç müğənniyə “Xalq artisti” fəxri adı verildi - Sərəncam
Su çərşənbəniz mübarək!
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Obsesiv, kompulsiv pozğunluqlar
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (2)
Orqanlarınızın ehtiyacı olanlara bağışlanmasını vəsiyyət edərdinizmi?
İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı
Prezident ailəsində xoş gün
Balıq ləvəngi (foto resept)
Yataq dəstləri
Ana-bala eyni geyimdə
Toyuqlu göbələk sote (foto resept)
Möhtəşəm binalar
Avro kəskin ucuzlaşacaq
Məsafəli sevginin 15 incə məqamı
Rəngarəng ayaqqabı modelləri (2)
Dünyada ən uzun şüşə körpü açıldı
Günün ulduz falı
Qısqanclığın səbəbləri
Ət kətəsi (foto-resept )
Ağciyərlərinizi qoruyun
Maykl Bolton bütün dünyaya İçərişəhəri göstərdi - FOT
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Antidepressant məhsullar
Dadlı peçenye (foto resept)
Qızılaxtaran axtardığını tapdı
Regionda ən geniş tədbirlərdən olan "Xəzər İnşaat Həftəsi" gələn ay keçiriləcək
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Türk futbolçu Azərbaycan klubuna keçdi
Brayl klaviaturalı ilk telefon
Fərqli badımcan kürüsü (foto resept)
Kraliça gəlini ilə qatarla yola çıxır - FOTO
Eşşək südü və insan sağlamlığındakı əhəmiyyəti
Ünvanlı sosial yardımla bağlı YENİLİK
At şabalıdı
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
56 yaşlı Culianna - FOTO
İxtisas seçimi başladı
Rusiyalı alimlər yeni göbələk növü tapdı
Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir”
- ŞƏRHLƏR