Eşitmir
Aman Allah, qoru bizi bəladan,
Ata-oğul bir-birini eşitmir.
Görən hara gedir bu qanlı karvan?
Dəli Araz öz Kürünü eşitmir.
Tale küsər, qismətini gəc eylər,
Bel bükülər, ömür vaxtsız köç eylər.
Yerli, yersiz kişisini gic eylər,
Arvadlar da öz ərini eşitmir.
Zülfüqar, ölübdü nazı gözəlin,
Yoxdu dürlü-dürlü sözü gözəlin.
Gör necə dönüb ki, üzü gözəlin,
Nə xeyrini, nə şərini eşitmir.
Dünyada
"İşığı zülmətə, ömrü röyaya,
Çeşməni kölməyə dəyişmək olmaz!
Küllüyü bağçaya, bağı səhraya,
Düyünü ilməyə dəyişmək olmaz!"
Qəm yükü ağırdı, çəkə bilmirəm,
Günü-gündən artıb, çağlar dünyada.
Uçub könlüm evi, tikə bilmirəm,
Bu fələk gör kimi dağlar dünyada?
Bilmədim ki, kimlər məni çeynədi,
Yaralarım göz-göz oldu göynədi.
Tale gördüm, saplanmamış iynədi,
Kimlər gülər, kimlər ağlar dünyada?
Xəyal gəzdi gah dağı, gah aranı,
Açıq-aşkar gördüm ağı, qaranı.
Zülfüqar, qövr edən belə yaranı,
Kimlər məlhəm qoyub bağlar dünyada?
01.04.1997
Məni
Gəriləndə könül simi,
Tapılmadı duyan məni.
Səsinə qatdım səsimi,
Ağlatdı uyuyan məni.
Yandırdılar kömür kimi,
Əritdilər dəmir kimi.
Oxlov ilə xəmir kimi,
Gör kimlərdi yayan məni.
İstədim dəryada üzəm,
Qəfil suda sındı kuzəm.
Dağlara üz tutdum bu dəm,
Çaldı ilan-çayan məni.
Qopdu qəlbimin harayı,
Uçdu möhtəşəm sarayı.
Sadəliyin budu payı,
Kimdi indi sayan məni?
Parıltıma kor oldular,
Külüm düşdü, qor oldular.
Çevrilib nankor oldular,
Qalmadı ovlayan məni.
Becərdiyim vermədi bar,
Gen dünyamı eylədi dar.
Dövran dəyişdi, Zülfüqar,
Tez unutdu doyan məni.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Stəkanda fındıq əzməli keks
Oğluna kitabları sevdirmək üçün bu yolu sınadı-FOTO
Özge Ulusoydan ayrılıq xəbəri
Çanta modelləri
“Çatı katı aşk”ın yayım tarixi bəlli oldu - FOTO
Fərqli olan bərabərlik
Ekskluziv!3 həftəyə qarına yox deyin!
Müəllimlər bundan sonra əməkhaqqını belə alacaq
Qəhvənin qiyməti rekord vurdu
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
1,1 milyon insan qarət olundu
Şəkəri həyatınızdan çıxarmaq üçün ...
"SUXARİ" SALATI (foto resept)
Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır - RƏSMİ
Bakıda əsən güclü külək 25-dək ağacı aşırdı
"Qurban Qurbanovdan hətta Avropada danışacaqlar"
Məşhurlar makiyajsız necə görünür?
Xına haqda nə bilirik?
Bakıda inanılmaz ucuzlaşma
Məşqə bir az ara verək
Bu şəxslər işə getməsələr də, maaş alacaqlar
Biserli geyimləri necə uyğunlaşdırmalı?
Unun qiymətləri qalxdı?
Universitetlərə qəbul qaydaları dəyişir
Limon peçenyesi (foto resept)
Əyləncəli toy tortları
Moskva "Qanlı Yanvar"a şahidlik edəcək
İllər üzrə 2018-nin PROQNOZU: İt ilində bizi nə gözləyir?
Ətin qiyməti xeyli ucuzlaşdı
Gəncədə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edildi
Azərbaycanda zəlzələ olub
"Oğurlanmış səadət"
Merilin Monronun unikal fotoları
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
Azərbaycan taekvondoçuları "Luxor Open"də 6 medal qazanıblar
Azərbaycanlı "Kamçatka gözəli" seçildi FOTO
BÜRCLƏR bizə nə vəd edir?-31 İyul
"iPhone”ların Azərbaycana gətirilməsinə qadağa
Əşyaları görünməz edən yeni texnologiya yaradıldı
Qarabağda sülh niyə yubanır?
Böyük Britaniya səfiri Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verdi
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇLQLAMA
Rəssam Nachi Diaz
Nataşa Korolyova sosial şəbəkədə gündəm oldu-VİDEO
İşinizi asanlaşdıracaq praktik məsləhətlər
Tarkan Yeni il üçün pəhrizə başlayıb
Məşhur aktrisanı it dişlədi
Sinoptiklərdən Bakı sakinlərinə istirahət günü müjdəsi
Özü üçün Hobbit evi hazırlayan qadın
- ŞƏRHLƏR