Müdrüklük
Zirvədə dayanıb müdrük adamlar,
Hər kəs o zirvəyə çıxa bilməyir.
Ayaq üstə ölür köklü ağaclar,
Əcəl öldürsə də, yıxa bilməyir.
Kimi südə çəkir, kimisi qana,
El verir qiyməti yaxşı, yamana.
Göz çəpsə, neyləsin ona zamana?
Düz yola düzünə baxa bilməyir.
Gücü eldə axtar, hikməti sözdə,
Dönüklük eyləmə saldığın izdə.
Qayalar uçuran sel də, dəniz də
Yerindən çalxanır, axa bilməyir.
Zülfüqar, hey gedir ömür karvanı,
Qayıdan vardırsa, göstər, o hanı?
Tutmaq istəyənlər bütün cahanı,
İldırım olsa da, çaxa bilməyir.
Tuş gələcəkdi
Külçə qızıl ilə bazara gedən,
Xırda pul olmasa, boş gələcəkdi.
Yalana aldanıb, xeyrini güdən,
İstər arabaya qoş, gələcəkdi.
Əgər mərdin işi düşsə xəsisə,
Dövlət əldən gedər, boş qalar kisə.
Sığınsan namərdə, uysan nakəsə,
Hər addım başına iş gələcəkdi.
Var-dövlət bölünər, ağıl bölünməz,
Alın yazısını silsən, silinməz.
Zülfüqar, dünyanın işi bilinməz.
Kim kimin oxuna tuş gələcəkdi.
Mənəm
Özüm də özümə qənim olmuşam,
Döyülən də mənəm, döyən də mənəm.
Yaxşı ki, mən özüm mənim olmuşam,
Söyülən də mənəm, söyən də mənəm.
De, niyə borcludu aqil nadana?
Bu hikməti kim anlaya, kim qana.
Hamının oduna hey yana-yana,
Yanmaqla özünü öyən də mənəm.
Dost istəsə, min şölə var çıramda,
Haqq buyurub, əlim yoxdur haramda.
Zülfüqaram, qurd olmuşam yaramda,
İçimdə özümü yeyən də mənəm.
Məni
Ölüm, qalım dünyasıdı,
Nə gözləyir görən məni?
Daşa dönsəm, divarlara,
Tapılarmı hörən məni?
Bu dövrandan gəldim zara,
Beş gün gördüm, üçü qara.
Xaraba qalmış damlara
Eylədilər kərən məni.
Kimlər üçün doğulmuşam?
Qəm gölündə boğulmuşam.
Dövran sıxıb, yığılmışam.
Niyə yoxdu görən məni?
Zülfüqaram, üzüm gülməz,
Gedən günlər geri gəlməz.
Palaz olum, üstümdə gəz,
Etmə pərən-pərən məni.
25. 10.1996
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Cökə və faydaları
Fransız pəhrizi
Günün ulduz falı - 09.02.2014
4 gündə 2 kiloqram arıqladan pəhriz
Azərbaycan prezidenti: "Aprel hadisələri Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir"
İrem Derici 54 minlik əməliyyatından danışdı-FOTO
70 il sonra gəlinlik geyindi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Yerevan boğazına qaz ilgəyi keçirib
Əyləncəli ev heyvanları
Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan olundu - RƏSMİ
Koronavirusla bağlı son STATİSTİKA
150 min quş məhv edilir
Ancelina Coli siyasətçi olacaq
Həm güldürən, həm də ağladan filmlər
Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Günün ulduz falı
Antidepressant məhsullar
Regionda ən geniş tədbirlərdən olan "Xəzər İnşaat Həftəsi" gələn ay keçiriləcək
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Böyük Çin səddi
Bu gün şəkili sovet kəşfiyyatçısının doğum günüdür
Disney qəhrəmanları onlardan ilhamlandı
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Hər qadının bilməsi vacib olan 20 məsləhət
8 Mart həftəsi başladı
Ən yaxşı 10 əl kremi
Evi stressiz mühitə çevirmək üçün...
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr
Dəri və saçları qidalandıran möcüzə
“Armani” brendi tibbi xalat istehsalına keçdi
Başlayan doğuşun əlamətləri
Mug keks ( foto-resept)
5 rayonda əmək yarmarkaları keçiriləcək
Sellülitə son
Günün ulduz falı
Bayramda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlandı
Məşhurlardan ilham ala biləcəyiniz hörüklər
Acunla Şeymanın ayrılması Türkiyə Parlamentində
Dramatik sırğalar
Facebook Stories'də Yenilik!
İshal təhlükəli ola bilər
Sürücülərin diqqətinə! Parkomatların ilk 15 dəqiqəsi pulsuzdur
Jasmin çayının faydaları
"Erməni atəşlərindən zərərçəkmiş bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar"
Ən çox siqaret çəkilən ölkələrin SİYAHISI
Almaz haqqında dünyanı alt-üst edən FAKTLAR - FOTO
- ŞƏRHLƏR