Nə yazım
Məhəbbətdən, kədər-qəmdən
Heç bilmirəm nədən yazım.
Dünya daha bezdi məndən
İndi kimə quyu qazım.
İki üzlüdən yoldaş olmaz
Salmamışam ona meyil.
Yalan yazsam düzgün çıxmaz
Yaltaqlıq da mənlik deyil.
Qaranı ağ, ağı qara
Yazsam aləm gülər mənə.
Doğru söz də vurur yara
Salır ürəyi qəmə.
Nədən yazım bəs onda mən
Beynimə bir fikir gəlmir.
Mavi dəniz yaşıl çəmən
Gözüm görür, əlim dərmir.
İndi bildim, bir bel alım
Toxum səpim, ağac əkim.
Bir işgüzar bağban olum
Şairlikdən ta əl çəkim.
23 avqust 2009
Ömrümə payız gəlir
Solur əlvan güllərim
Quruyur xoş günlərim
Xəzan olub çöllərim-
Ömrümə payız gəlir.
Bahar idim gümanca
Çox aldandım yamanca.
Bilməz idim zamanca
Ömrümə payız gəlir.
Sevincimdən uçuram
Dünyaya nur saçıram.
Dərd əlindən qaçıram
Ömrümə payız gəlir.
Hey üşüyür ürəyim
Buz bağlayır kürəyim.
Bumu mənim gərəyim?
Ömrümə payız gəlir.
Bahar məndən dönüb getdi
Bəlkə də bax, qəsdən etdi.
Elə getdi, gözdən itdi
Ömrümə payız gəlir.
27 avqust 2009
Acıqlıyam, dünya, sənə
Qatı ömrü durultmusan,
Çiçək kimi qurutmusan,
Hansı qəlbi ovutmusan,
Acıqlıyam, dünya, sənə.
Məni saldın tələyə
Bir bax bunda kələyə.
Gün qarışdı küləyə
Acıqlıyam, dünya, sənə.
Süfrə açdım qonaq oldun
Balı tamam yedin doydun,
Mənə isə zəhər qoydun
Acıqlıyam, dünya, sənə.
Eşqə baxan üzüm yoxdu
Daha sənə sözüm yoxdu,
İnan görən gözüm yoxdu
Acıqlıyam, dünya, sənə.
Məni məndən alıb getdin
Qəhər içrə salıb getdin,
Özün eşqə dalıb getdin
Acıqlıyam, dünya, sənə.
14 iyun 2009
Elvin Mütaliboğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Modanı ağıllı istifadə edin
Şərfin bağlanma qaydası
İyun ayında qeyri-iş günlərinin sayı açıqlandı
Tünd rəngli divar boyasınından necə istifadə etməli?
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Məşhur aktrisa çəkilişə oğlunu da gətirdi - FOTO
DSX-da Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib
Melaniya Trampın yeni imici bəyənilmədi - FOTO
Qarğıdalının faydaları
Ən gözəl ağ brilyant satılır - FOTO
Günün qoroskopu:Bədxərclik etməyin!
Bayraq günümüz haqqında nə düşünürük?
Daha bir TƏHLÜKƏ: Ağcaqanadlar qorxulu xəstəlikləri yaya bilər
Bakının bir rayonunda qaz olmayacaq
Ən çox qazanan futbolçu kimdir?
Xankəndi hava limanı barədə VACİB AÇIQLAMA – Yaxın 10 gündə…
Rəngarəng dekorasiya
Asan hazırlanan salat (foto resept)
Bakıda dəniz üzərindən yeni körpü
Ananas tortu (foto resept)
Kağız halva-8
ƏRƏB TOY GEYİMLƏRİ VƏ MAKİYAJLARI
Seda Sayandan qəribə etiraf
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Bakıda qeyri-adi yenilik
iPhone sahibləri sükan arxasında mesajlaşa bilməyəcəklər
Azərduz xörək duzu
ABŞ-da göydə uçan insanabənzər fiqur görənləri qorxutdu – VİDEO
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Onkoloji xəstələrin müalicəsi ödənişli, yaxud ödənişsiz edilməlidir?
Ordumuzda yenilik
Azərbaycan yol polisi sürücülərə xəbərdarlıq etdi
Azərbaycanda "yay havası" nə vaxta qədər davam edəcək?
Qadın.Netli qızların sevgi yolu-5
Qidaların faydalı xüsusiyyətləri
Azərbaycanda mobil operatorlar danışıq qiymətlərini ucuzlaşdıracaq
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
Kiyevdə etirazçılar "Azadlığ"a doğru irəliləyir
Niyə kosmosda alkoqol qəbul etmək olmaz?
I və II sinifdə ev tapşırıqları ləğv edilsin - Deputatdan TƏKLİF
Tuğba Özay xəstəxanalıq oldu-SƏBƏB
Azərbaycanlı şagird dünya çempionu oldu
Aprel ayına olan hava proqnozu açıqlandı
Çörək və xoşbəxtlik hormonu arasında əlaqə varmı?
Sabah yağış yağacaq
Naxçıvanda Kətə festivalı keçirilir
Hava xəbərdarlığı - qar qayıdır
Körpənizin böyüdüyünü göstərən 3 işarə
Məşhur müğənni nadir xəstəlikdən əziyyət çəkir
- ŞƏRHLƏR