Afət (Redaktor)
Həyat yoldaşımla ailə həyatı qurana kimi birlikdə uzun bir sevgi yolu qət etmişik. Tanışlığımız və nişanlılıq müddəti 5 il davam edib. Tanışlığımız məşhur qəzetlərin birində olub. O zamanlar biz həmin qəzetdə bir yerdə işləyirdik. Demək olar ki, günün böyük hissəsini bir yerdə olurduq. Onunla tanışlığım həyatımın çox ağır dönəmində olub – o zamanlar atam xəstə idi. Onun dünyasını dəyişəcəyini bilirdim və çox çətin günlər keçirirdim. O isə mənə ürək-dirək verir, hər bir işdə dayaq olurdu. Bizim sevgimiz çox sınaqlardan keçib və biz əl-ələ verib bütün çətinlikləri birlikdə dəf etmişik. Artıq 13 ildir ki, ailə qurmuşuq və şükür ki, çox xoşbəxtəm.
DJ Ayka (Firuzə)
Biz artıq 5 ildir ki, bir-birimizi sevirik. Çox mübarizə aparmışıq sevgi yolunda. O qədər çətinlik görmüşəm ki. Həyata tez atıldım sevməyimə görə. Yəni həyatın pis üzləri ilə qaşılaşmağa başladım. Mənim sevdiyim oğlan bibim oğludur. O, hər zaman mənim gözümün önündə olub. Amma mən onun ürəyinin gözəlliyini görməmişəm. Qismət...15 yaşımdan onu sevməyə başladım, o da məni. Bilirdim əslində mənə qarşı bir şeylər hiss edir. Amma onun deməsini gözləyirdim. Elə gözəl duyğudur ki o. İnsanın sanki ayaqları yerdən kəsilir, göylərdə uçur. Nəhayət bir-birimizə dedik sevdiyimizi. Sevgili olduq. Çətin günlər də ondan sonra başladı. Məni ona vermirdilər. Onun da ailəsi razı deyildi. O, əsgər getdi, onu həsrətlə, həyəcanla gözləməyə başladım. Nəhayət gəldi, az bir zamanda nişanlandıq. Çətinliklə də olsa hər kəsə sevgimizi isbat elədik. Nişan günü o qədər həyəcanlı idik ki. Mənə zəng vurdu dedi ki, sevgilim, artıq sən mənimsən. Biz qalib gəldik. Təbrik edirəm səni. Allah bizi daima xoşbəxt etsin. Mən də həmçinin o sözləri ona dedim. 2 ildir nişanlı olduq. Aprelin 24-ü toyum oldu. Çox xoşbəxtik ikimiz də. O məni çox sevir, mən də onu. Yaxşı ki bu dünyada bir-birimizi tapıb sevmişik. Sevgisiz həyat həqiqətən də mənasız olur. Çünki artıq bizim ruhumuz da sevgi ilə qidalanır. Hər kəsə sevgi yolu ürək və bir həyat yoldaşı arzulayıram...
Mənim sevgi yolum bir il bundan öncə başlayıb. Yoldaşımla tanışlığım təsadüf nəticəsində olub. Yəni ki bu xoş bərabərliyin əsas səbəbkarı qohumlarımız olub. Təbii ki, ALLAHIN izni ilə... Ancaq bizə elə gəlir ki, biz illərlə bir-birimizi sevmişik. İllərlə bir-birini sevib ailə quran cütlüklərin sevgisindən daha güclüdür. ALLAHA şükürlər olsun ki, çox xoşbəxtik. Artıq ailə həyatımızı paylaşırıq. Yaxın zamanlarda övladımız dünyaya gələcək. Hər bir gənc qıza öz xoşbəxtliyimdən arzu edirəm.
kristen (Zümrüd)
Mənim yoldaşımla tanışlığım əslində uzun bir zaman demək olmaz. Qiyabi tanıyırdım onu. Atamla bir yerdə işləyir. Adını, haqqında, filan eşitmişdim, amma açığı üzün heç vaxt görməmişdim (Heç vaxtda maraqlı deyildi onu görmək, çünki həmişə mənfisindən danışırdılar-əsəbi, səbrsiz, kobud ). Sonra qismət...Bir dəfə gördüm, qarşılaşdım, ilk baxışdan sevgi deyirlər axı, mənimki tam ondan olmuşdu. Düzü o əvvəllər mənə uşaq kimi davranırdı, sonra artıq hər şey dəyişməyə başladı. Daha doğrusu bir anda dəyişməyə başladı...
Əslində ailə qurmağımız heç də asan olmadı deyərdim, ümumiyyətlə asan olmadı, amma şükür ki ailə qurduq. Çox xoşbəxtlik, belə də davam edəcək inşAllah. Martın 4-ü ailə qurduq. Heç bitməyəcək bir xoşbəxtlik yaşayacağımızı düşünürəm inşAllah. Ata və ana olmağa hazırlaşırıq artıq. Hamıya heç bitməyən sevgi arzu edirəm. Amin!
heyatımın menasısan (istifadəçi)
Hər kəsin özünəməxsus sevgi yolu, sevgi hekayəsi mütləq vardır, eləcə də mənim. Mənim yoldaşım məni işə gedib-gələndə görüb, onun iş yerinin qabağıyla hər gün işə gedirdim. Hər gün qapıda durub məni gözləyirmiş, sonra mənim iş yerimin nömrəsinə zəng vururdu, mən də çox əsəbləşirdim. Çünki tanımırdım və orada məndən başqa da adamlar işləyirdi, yəni tək deyildim.Sonra iş yoldaşımdan mənim telefonumun nömrəsini almışdı. Başladi mesaj yazmaga, zəng etməyə, məndə cavab vermirdim. Bir gün ailəmlə gəzməyə getmisdik, gördüm yenə zəng gəldi, keçirdim, mesaj yazdim ki, başqa yerdəyəm, axşam danışarıq. Axşam zəng vurdu danisdiq. Dedim mənə zəng vurma mən səni tanımıram. Dedi taniş olaq. Nə isə 2-3 gün belə danışdıq, mesajlaşdıq. Sonra dedim mən səni görməmişəm, görmək istəyirəm. Dedi sabah iş yerinin qabağına gələcəm, məni görərsən. Səhər işə gedəndə gördüm iş yerimin qabağında dayanıb. Düzünü desəm səsi qədər xoş gəlmədi, amma necə oldusa mənim qəlbimi ala bildi.
Bir gün dedi ki, mamamgil sizə gəlmək istəyir və gəldilər, tanış olduq. Sonra nişanımız oldu, 1 ildən sonra toyumuz oldu, Allaha çox şükür edirəm ki, mənim qabağıma yoldaşımı cıxarıb, onu da deyim ki, yoldaşım məndən 10 yaş böyükdü. Amma bizim üçün yaşın heç bir fərqi olmadi, mən ilk gün sevdiyim qədər sevirem onu. Əminəm ki o da elə sevir, hər kəsə sevib-sevilmək arzu edirəm. İndi sevgimizin mələyini, gözəl qızımı bətnimdə daşıyıram, inşAllah 3 aydan sonra o da bizimlə olacaq, sevgimiz ikiyə bölünəcək. Qızımın gəlməyini hər ikimiz səbirsizliklə gözləyirik, hər gün onun necə hərəkət etdiyini maraqla izləyirik.
Bu da mənim sevgi yolum. Sonda hər kəsə maraqlı ve xoşbəxt sevgi yolu arzulayıram. Allah hər kəsə arzuladığı kimi sevgi yolu nəsib etsin! AMIN!
RLS_SONSUZ SEVGİ (İstifadəçi)
Mən ilk öncə onu deyim ki yanımda sevgidən danışanda rəfiqələrimə bolluca lağ edib gülərdim və çox oğlan məktəbdə, məşğələdə, toyda görüb söz göndərərdilər. Deyə bilmərəm hansı ciddi idi. Bəlkə də bəziləri elə-belə idi. Nə bilim, amma Rəşidlə biz uzaq qohum olmuşuq. Nədənsə heç get-gəlimiz olmayıb. Bir toyda rəfiqəm qardaşından mənə söz gətirdi, çönüb hansı oldugunu soruşdum, göstərdi. Rəşidlə qoşa durmuşdu. Ani baxışla göz-gözə baxdıq və nə isə içimdə sevgi hissi oyandı sanki. Həmən toyu olan rəfiqəmin xınayaxdısına gedərkən Rəşidlə qarşılaşdım və 1 saat sonra bibisi qızından xəbər göndərdi. Mən oğlan kimi böyüdüyüm üçün hər söz göndərən oğlana cavabım biyabır etmək idi. Amma nədənsə dilim gəlmədi yox deməyə. "Hə" də demədim, dedim ki, qızı mini sevər, biri aparar. Vaxt gəldi danışdıq. Hətta mən Rəşiddən nömrə götürdüm. Qardaşım telefonumu yoxlayırdı deyə Rəşid telefon vermisdi. Bir dəfə görüşdüm. Cəmi onunla 9 dəqiqə söhbət edib ayrıldıq. Ona bir söz dedim, məni heç vaxt atma deyə. O da mənə eyni sözü dedi. 11-ci sinfə keçmək vaxtı qaqam demişdi ki, Lalə də bu il Bakıya oxumağa gedəcək inşAllah. Rəşid bunu esidib elçisini göndərdi. Mamagilin övladları 22 il olmadığı üçün oxudub köçürmək istəyirdilər. Həm də uzaq idi. Tanış ailə deyildik deyə vermirdilər. 3 gün gecə-gündüz ağladım. Gözlərinin önündə əriyirdim ve razı saldım. İndi çox xoşbəxtəm. Bir Tərlan adında balam var. Əziz qadın.netlilər, biz Rəşidlə belə qərara gəlmişik ki, o əsəbi olanda mən ona, mən əsəbi olanda o mənə baş qoşmayacaq. 2 ilimizə az qalıb helə dalaşmamışıq, çalışın siz də belə razılaşın.
Mənim sevgi yolum uşaq deyiləcək yaşda başlayıb, illərin sınağından keçib...Yeni evimizə köçəndə 3-cü sinifdə oxuyurdum. Həyat yoldaşım yeni qonşumuz idi. Məni o vaxtdan gözaltı edibmiş. Özü də məndən iki yaş böyükdür (İndi də deyir ki, gözümün önündə böyüdün). İllər keçirdi, mən isə bu sevgini yalnız uzaqdan hiss edirdim, heç bir münasibətimiz olmadı, danışan sadəcə qəlblərimiz və baxışlarımızın saniyələrlə sürən görüşləri idi. Sonralar soruşanda ki, niyə sən də başqaları kimi yaxınlaşmadın, münasibət qurmağa cəhd etmədin? Dedi ki, quranların aqibəti nə oldu, çoxu ayrıldı. Mənə danışmaq, görüşmək lazım deyildi. Görürdüm səni, bu mənə yetərli idi....O, 11-ci sinfi bitirmişdi, mənlə həmyaşıd bacısı bizə gəlib gedirdi. Qızlar arası söhbətdə soruşdu ki, mənə elçi flan gəlirmi? O vaxtlarda da yaxın qohum üçün adım çəkilirdi. Mən də dedim. Qız qoçağım bizdən çıxan kimi get evdə de ki, Lalə deyir amandır, məni güclə qohuma verirlər-gəlin! Səhəri bacısı mənə xəbər verdi ki, bizimkilər bu gün sizə gələcəklər. Dedim nə? Başıma elə bil qaynar su tökdülər. Tez gəlib anama dedim ki, gələcəklər, bu başdan "Yox" deyin. O an özümü çox alçalmış hiss edirdim, nə də olsaydı "gəlin məni alın" xəbəri göndərməzdim...Belə də oldu, yox dedik, üstəlik atam da bizə dedi ki, ölərəm bunlara qız vermərəm(yerlibazlıq hissləri baş qaldırmışdı). Mənə az qala yalvaran böyük bacısına isə dedim ki, kim deyir ki, mən onu sevirəm, kim eşidib dilimdən? "Sən onun qolunu-qanadını sındırdın, anlayırsan?" sualına sadəcə çiynimi çəkdim...Başqa çarəm yox idi. Arada qulağıma çatmışdı ki, verməsələr qaçırdaram demişdi. Atam isə qəti yox deyirdisə mən bu məsələni kökündən çözməli idim, ona qarşı heç nə hiss etmədiyimi düşünməli idi. Hərdən düşünürdüm ki, kaş atam pis atalardan olaydı, ürək rahatlığı ilə qaçardım. Mənim atam kimi ataya isə bunu edə bilməzdim...O gündən çox əzablı günlərim başladı, həyat sanki bitmişdi mənim üçün, gələcək yox idi, bir təhər məktəbi bitirdim, ali məktəbə də getməyə zorla özümdə güc tapırdım. Universitetə yeni gedirdim, arada arxamca gəldiyini hiss etdim. Yenə "qeyrətim baş qaldırdı", heç xoşlanmazdım belə şeylərdən. Qüvvəmi toplayıb dedim ona ki, gecikmisən, gəlmə. O gedən getdi... Həyatdan istədiyim bircə bu idi ki, ölmədən ona həqiqəti deyə bilim, onu daim sevdiyimi deyə bilim...Arada elə olurdu ki, 7-8 ayda bir dəfə ancaq bir neçə saniyəlik görə bilirdim onu...Mən 4-cü kursda oxuyanda o birdən peyda oldu, bu dəfə daha qoçaq idi, yaxınlaşdı və əl çəkmədi...Yenə elçi gəldilər. Atamın əvvəldən yox deməsinə baxmayaraq bu dəfəki elçilərimə susmağımdan (çünki hər kəsə yox deyirdim) bunlara razı olduğumu anlamışdı. Ürəksiz də olsa razı oldu ( indi deyir oğul əvəzimdir! :) )...Gəlinlər evdən çıxanda ağlayırlar adətən, mən isə gülürdüm, ürəkdən gülürdüm. Yuxularıma belə girməyəcək xoşbəxtlik qismətim olmuşdu...Evimə ayaq basanda elə bildim hər zaman mənim olan haqqımı nəhayət qaytardılar mənə...İki gül parçası qızımız var, həyat yoldaşımdan çox razıyam. Bəzən düşünürəm ki, mən nə etmişəm ki, Allah məni belə mükafatlandırır...Ən çox sevdiklərimə və sizə, əziz Qadın.Netlilər, belə arzu edirəm: "Ən pis gününüz mənim ailəmin ən xoş günü kimi keçsin inşaAllah!"
i_peqas (İstifadəçi)
Biz evdə 3 kişiyik (kişi sözünü elə kişi kimi dedim ): anam, bacım, mən...Atam mən anadan olandan 8 ay sonra rəhmətə gedib. Anam sağ olsun ikinci dəfə ailə qurmaq əvəzinə bizi özü böyütdü, evdə uşaqlıqdan kişi işlərini də, qadın işlərini də özümüz etmişik.. İnanın ev təmirindən ustalığa kimi hər şeyi bilirik. Nişanlım iş yoldaşımdı eyni zamanda. Düzdü iş yoldaşı kimi tanış idik, amma aramızda heç vaxt iş yoldaşından artiq münasibət olmayıb. Nə oldusa yanvar-fevral aylarında oldu, bir də baxdım ki artıq nişan edirik Nişanıma 2 gün qalmış dəhliz su verdi təsəvvür edin, 3 qız divar kağızını dəyişdik, nişanlım şokda idi. Nişanlımın adı Kənandı. O 2 ildi istəyir məni. Amma mən ona qarşılıq vermirdim, heç düz əməlli də danışmırdım onunla, o otağa girəndə mən çıxırdım ki, üzünü görməyim.. Yanvarda bir gün yolda çıxdı qabağıma, qaçdım mən. O da qaçdı dalımca tutdu məni, dedi xahiş edirəm bircə gün 24 saatlıq danışaq adam kimi, qışqırmadan. Sonra əl çəkirəm. Hə dedim. Səhəri danışdıq. İki mədəni adam kimi, axşam dedi görürsən həmişə dava edirik. Sən demə dil tapa bilərik :fellow. Dedim hə. Sonra yazdı ki, anamgil sizə gəlir. Hazır olun...Heç nə deməyə söz tapmadım. Gəldilər həri, nişan... Payıza toy...Hamı şokda idi...Çünki bütün idarə bilirdi ki, mən onu istəmirəm. O da deyir: Hə-sini alan kimi anamı göndərdim ki, yox deməyə şansı olmasın. Ehh, xatirələrimiz çoxdu onunla.
Gozellik ilahesi (Sapfir)
Qaynanam məktəb müəlliməm olub. 11 il mənə dərs keçib. Özü məni seçib, yoldaşıma təklif edib. Yoldaşım da görüb, bəyənib. Dediyinə görə gözlərimə, saçlarıma vurulubmuş. Mən də gördüm, ailə həyatı üçün məsləhətli hesab etdim və ailə qurduq. Qaynanamgil, yəni yoldaşım bir neçə bina bizdən ayrı yaşayırmış. Eyni məktəbdə oxumuşuq sən demə. Mən 4-də oxuyanda o 11-də oxuyurmuş. İllərdir yaxınlıqdakı məhəllədə yaşa, eyni məktəbdə oxu, amma heç qarşılaşma-doğurdan da qəribədir..Yoldaşımdan soruşuram-məni heç görməmişdin sən? Deyir: "Yox, heç. Görsəydim özüm sənə yaxınlaşardım" Qismət... İndi 1 yaşında oğlumuz var. Yoldaşım çox dəyərli xüsusiyyətlərə malikdir və mən onun şəxsiyyətinə sonsuz dərəcədə hörmət edirəm. Hər kəsə mehriban və gözəl ailə arzu edirəm. Yoldaşıma, özümə və övladımıza uzun ömür, can sağlığı diləyirəm, bu birliyimiz bir ömür boyu davam etsin, inşAllah. Amin.
totuwun mamasi (İstifadəçi)
Mənim sevgi yolum birinci sinifdən başlayıb. Bu günə kimi də davam edir. Amma indi bu yolda iki nəfər deyil, üç nəfər addımlayırıq. Yoldaşım, mən, oğlum. Hə, mən həyat yoldaşımla sinif yoldaşı olmuşam, o məni dediyinə görə 2-3-cü siniflərdən başlayıb sevməyə, amma mən onunla daim savaşmışam. Mənim qarşımdakı partada əyləşirdi və qəhvəyi kurtkası vardı, onun üstü bütün mənim yazılarımla, şəkillərimlə doluydu, daim küsülü olurduq, amma küsülü qala bilmirdim, özüm küsüb özüm barışırdım və nəhayət 9-cu sinifdə yollarımız ayrıldı, o riyaziyyat, mən də kimya təmayüllü sinifləri seçdik. Siniflərimiz ayrı-ayrı olsa da, sinif otağlarımızın arasında bircə otaq vardı, hər tənəffüsdə, öz sinfimiz kimi gəlib otururdu mənim sinfimdə və mənim parta yoldaşım oğlan idi, qızların dediyinə görə, həmin oğlan məni sevirmiş, amma özü heç vaxt etiraf etməmişdi, hardasa hərəkətlərindən anlayırdım və bu mənim yoldaşımın qulağına çatmışdı, dərs zamanı idi. Bir də eşitdik ki, dəhlizdə nəsə gurultu ilə sındı töküldü yerə, müəllim qarışıq hamımız qaçdıq dəhlizə. Gördük mənim yoldaşım böyük pəncərənin lay şüşəsini sındırıb. Əli də qanın içindədi. Mən çoooox pis oldum, amma heç bir şey edə bilmədim. Çünki bütün müəllimlər, direktor, direktor müavini-hamısı yığışmışdı və sonralar bildim ki, bizim sinfin qapısında şüşə var idi, çöldən içəri görünürdü və yoldaşım baxıb bizim bir yerdə oturmağimıza, bir-birimizə nəsə danışmağımıza, danışıb gülməyimizə, hirsini şüşədən çıxıb. O, universitetə qəbul olundu. 1-ci kursda oxuyurdu, mənim xalamgil yoldaşımgillə qonşu binada yaşayırdılar və yay ayı idi. Mən onlara gedərkən yolda yoldaşımla rastlaşdım, inanın ki, bir-birimizi görüb gözümüz işıldayırdı və o mənə yaxınlaşdı: Bir az söhbət etdik və mən yoldaşıma dedim ki, niyə görsənmirsən, elə bil yoldaşım çaşdı sevindiyindən və sağollaşdıq. Xalamgilə çatdım bir az oturmuşduq, evə zəng gəldi, elə alındı ki, telefona mən cavab verməli oldum, yoldaşım idi zəng vuran. Mən çaşdım, söz tapa bilmədim və dəstəyi qoydum, eyvana çıxanda gördüm durub gözlərini eyvandan çəkmir və beləliklə mənim ona qarşı sevgim başladı, sevdik bir-birimizi. Valideyinlərim də bilirdi mənim sevdiyim insanın olmağını, amma heç kəs razı deyildi. Bir gün Rəqsanənin mahnısını oxuyuram evdə: "Yar istər alar məni, o, bilər mən bilərəm." Mamam baxdı mənə dedi: "Ölüb hələ sevir, bu bilər o bilər, sənin canunçün ele." Elçilər gəldilər, hə verildi. Nişanlandıq. Mamam razı deyildi, elçilər get gəl, get gəl nəhayət mamam razılaşdı, yoldaşımgilin bir ailəvi tanışları vardı, dəhşət çox danışandı, onu gətirərdilər hər səfərində elçiliyə. Mamam deyirdi: "Ay ALLAH başım şişəcək yenə. Elə onun sayəsində mamam pes etdi nəhayət Nişanımız oldu və o əsgər getdi . Hər günü 1 il olan 12 ay gəldi çətinliklə keçdi, toy oldu və biz xoşbəxtik və bir gözəl oğlumuz var. Bütün subay qızlarımız üçün olsun. Sevib ailə qurmaq bütün qızlarımıza nəsib olsun inşALLAH.
Ardı var.
XƏBƏR LENTİ
Azərbaycanda 72 nəfər koronavirusa yoluxub - RƏSMİ
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Azərbaycanda avtomobil sahiblərinin vergi yükü dəyişəcək?
Qanı ilə şərəf tariximizi yazan atanın son sözləri: “Məni vursalar, özünü itirmə!” - VİDEOREPORTAJ
İlham Əliyev Qərbi ayıltdı
2020 çimərlik geyimi dəbi
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Demet Akalın onunla dalaşdı
1500 illik sirli lövhədə Azərbaycan izi-FOTO
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
Gözlərinizi haramdan qoruyun
Kolleclərə ixtisas seçimi başa çatır
Ana-qız münasibətlərində tarazlıq
Google özünü yeniləyəcək.
Uşaqların moda dünyası
Azərbaycanda əsgərlərlə bağlı yeni qərar
150 manat cərimələnməmək üçün oxuyun
Rusiyanın Xalq artisti vəfat etdi
2018 gəlinlik kolleksiyası
Hacı Nurandan üzücü xəbər
İpoteka şərtləri dəyişir
Yenidən evlənmək sədaqətsizlikdirmi?
Dodaq boyasının rəngi xarakterinizdən xəbər verir
Christophe Guinetin əl işləri
Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil
Platformalı ayaqqabı modelləri
Xanımlara məsləhət: dərini qorumaq üçün...
"WhatsApp"-da YENİLİK!
Orta məktəblərdə yenilik
Qaymaqlı tort (foto resept)
Sərt karantin günlərində növbətçi apteklər işləyəcək? - RƏSMİ
Qışda koronavirusun ikinci dalğası ola bilər - Rəsmi
Canlı yayımdakı etiraf hər kəsi şoka saldı: Ərim məni mənimlə aldatdı
7 gündə düyü ilə arıqla
Körpəni ana südündən necə ayırmalı?
Vanna otağı üçün maraqlı ixtiralar
Bakı-2015-in püşkü atıldı
Öldükdən 5 il sonra qızının doğum gününə...
Sevgilisinin evinə getmişdi, lakin...-VİDEO
İrina Şeyk “Formula-1” günlərində Bakıda
Kıvanç Tatlıtuğ məhkəmədə ifadə verdi
Sevgililər gününü sevməyənlərin 5 bəhanəsi
Qadın bədəni haqqında bilmədikləriniz
“Avatar 2”nin çəkilişləri bitdi
Böyük Britaniyada milyondan çox insan bu adı daşıyır-FOTO
Snayder 2 milyon bağışladı-FOTO
Kids' Choice Awards-2012
Yay üçün dəbli geyimlər
İnstagram çökdü
Qadınlar abortdan sonra... - Bunlara diqqət!
- ŞƏRHLƏR