Əzablı sevgi
Günəş batır, yavaş-yavaş gəlib düşür qaranlıq,
Sən qəlbimdən, ürəyimdən çıxmayırsan bir anlıq.
Ayırmağa çalışsalar, etsələr də yamanlıq,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Səndən ayrı qalmışam mən həsrətinlə alışıram,
Hisslərimi göstərməyib, gizləməyə çalışıram.
Allahıma yalvararaq qismətimlə barışıram,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Sən baxanda baxışınla isidirsən qəlbimi,
Sənə qismət olmasam mən, gəl özün qaz qəbrimi.
Ağaclara, çiçəklərə söyləyirəm sevgimi,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Şərabı aldım ələ, məsteyi-xumar dedilər,
Sevgidən namə dedim, Məcnunu-Leyla dedilər.
***
İstədim ki sevinib, qəm yükündən azad olam,
"Dərdi yoxdur ki bunun, bəxtəvər insan" dedilər.
***
Şam kimi mən yanıram, halımı yoxdur soruşan,
O da yandıqca mənə Əsliyi-Kərəm dedilər.
***
Bixəbərlər eşqidən məzəmmətlə tənə edib,
Ürəyimlə oynayıb, kimsəsiz insan dedilər.
Ömür keçir
Söyləsən də "dünya fanidir" deyə,
Bu fani dünyanı sevirik yenə.
Yaşadıqca görürsən ki, bəxtinə
Bir gün sevinc, o biri gün qəm düşür,
Ömür keçir, qara telə dən düşür.
İllər ötür heç xəbərin olmadan,
Keşməkeşli yollarına varmadan,
Başladığın işi sona vurmadan,
Yollarına duman düşür, çən düşür,
Ömür keçir, qara telə dən düşür.
Diqqət etsən görərsən ki, bir anlıq
Yavaş-yavaş gedir əldən cavanlıq.
Gözlərinə çökür zülmət, qaranlıq,
Gözəllər də ətrafından gen düşür,
Ömür keçir, qara telə dən düşür.
Bu dünyanın hər oduna yanırıq,
Yaman günü müvəqqəti sanırıq.
Günlər keçir, illərə adlanırıq...
Ömrümüzün qürubu birdən düşür,
Ömür keçir, qara telə dən düşür.
Ömür davam edir ta o vaxtacan,
Haqq dünyaya köçürük bu dünyadan.
Dərgahına aparanda Yaradan,
Bir günahın yüz haqq işə tən düşür,
Ömür keçir, qara telə dən düşür.
Müəllif: Sevda (Titi)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu dövlət xəstəxanaları pullu olacaq - SİYAHI
Ayaqlardakı şişkinliyi aradan qaldıran üsullar
Dadlı, ancaq zərərli qidalar
Müsabiqə - "Yeni bir nəfəs"
Burak Özçivit Murad Bozun adını eşidən kimi ÖZÜNDƏN ÇIXDI - FOTO
"Twitter" istifadəçilərinə xoş xəbər
Alma olladiləri(foto resept)
Nepalda daha bir zəlzələ baş verib
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Tarixin binalara təsiri
150 illik araşdırma tamamlandı
Bakı metrosunda lift olacaq
Doğuşdan sonra depressiya
Sürücülərə xəbərdarlıq edildi
Günün tövsiyəsi: film, musiqi, kitab
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
Meyvə-tərəvəzlərdən hazırlanmış əl işləri
Məşhur aktyor tanınmaz hala düşdü - FOTO
Günün ulduz falı
Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO
Bir toxunuşla dodaq boyanızı sabitləyin
Məhkəmədə qalib gəldi, hicabı çıxardı
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Cazibədar xanımlar üçün
Piylənmənin faydası da var imiş - Alimlərin yeni kəşfi
Sezonun ən aktual klaç modelləri
Google sağlamlığa önəm verir
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Hicablı gəlinlər üçün baş örtükləri
COVID-19-un ilk və son simptomları məlum oldu
“Zoo mağaza”lar sərt karantin dövründə necə fəaliyyət göstərəcək?
Android yenə lider oldu
Günün ulduz falı
Məzun şəkilləri
Plombir tortu (foto resept)
Doğum gününə şəhadətini hədiyyə edən baş leytenantımız
Dövlət Komitəsi məcburi köçkünlərin qaz borclarını ödəyib? - AÇIQLAMA
Ronaldu bu evdə yaşayır - FOTO
Rusiyanın xalq artistləri Bakıya gəlir
Baş ağrıları
Mayami üzərində möhtəşəm səma
Ərinizin anlayışsızlığını necə başa düşmək olar?
Reynmen rekord qıran klipini sildi - SƏBƏB
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Hüseyn Cavid kimdir, bilən varmı?
Yaralıyam, dəymə…
Dəhşətli soyuqlar gəlir: ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Xoşbəxtlik üçün 20 addım(2)
Sadə qələmləri heç belə görmədiniz
- ŞƏRHLƏR