Qadin.NET / Ömür keçir...

Ömür keçir...

 

Ömür keçir...

 

Əzablı sevgi

Günəş batır, yavaş-yavaş gəlib düşür qaranlıq,

Sən qəlbimdən, ürəyimdən çıxmayırsan bir anlıq.

Ayırmağa çalışsalar, etsələr də yamanlıq,

Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!

 

Səndən ayrı qalmışam mən  həsrətinlə alışıram,

Hisslərimi göstərməyib, gizləməyə çalışıram.

Allahıma yalvararaq qismətimlə barışıram,

Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!

 

Sən baxanda baxışınla isidirsən qəlbimi,

Sənə qismət olmasam mən, gəl özün qaz qəbrimi.

Ağaclara, çiçəklərə söyləyirəm sevgimi,

Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!


Şərabı aldım ələ, məsteyi-xumar dedilər,

Sevgidən namə dedim, Məcnunu-Leyla dedilər.

***

İstədim ki sevinib, qəm yükündən azad olam,

"Dərdi yoxdur ki bunun, bəxtəvər insan" dedilər.

*** 

Şam kimi mən yanıram, halımı yoxdur soruşan,

O da yandıqca mənə Əsliyi-Kərəm dedilər.

*** 

Bixəbərlər eşqidən məzəmmətlə tənə edib,

Ürəyimlə oynayıb, kimsəsiz insan dedilər.

 

Ömür keçir... 

 

Ömür keçir

Söyləsən də "dünya fanidir" deyə,

 Bu fani dünyanı sevirik yenə.

 Yaşadıqca görürsən ki, bəxtinə

 Bir gün sevinc, o biri gün qəm düşür,

 Ömür keçir, qara telə dən düşür.

 

İllər ötür heç xəbərin olmadan,

Keşməkeşli yollarına varmadan,

Başladığın işi sona vurmadan,

Yollarına duman düşür, çən düşür,

Ömür keçir, qara telə dən düşür.

 

Diqqət etsən görərsən ki, bir anlıq

Yavaş-yavaş gedir əldən cavanlıq.

Gözlərinə çökür zülmət, qaranlıq,

Gözəllər də ətrafından gen düşür,

Ömür keçir, qara telə dən düşür.

 

Bu dünyanın hər oduna yanırıq,

Yaman günü müvəqqəti sanırıq.

Günlər keçir, illərə adlanırıq...

Ömrümüzün qürubu birdən düşür,

Ömür keçir, qara telə dən düşür.

 

Ömür davam edir ta o vaxtacan,

Haqq dünyaya köçürük bu dünyadan.

Dərgahına aparanda Yaradan,

Bir günahın yüz haqq işə tən düşür,

Ömür keçir, qara telə dən düşür.

Müəllif: Sevda (Titi)

13 dekabr 2013
GO BACK