Yaxın gələcəkdə ilkin mərhələdə publik hüquqi şəxs statusu alacaq tibb müəssisələrinin bir neçəsinin adı məlum olub.
Qadin.Net xəbər verir ki, bununla bağlı report-a açıqlama verən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov siyahıda rayon mərkəzi xəstəxanalarının, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın yer aldığını bildirib.
O qeyd edib ki, sonrakı mərhələdə Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi kimi iri tibb müəssisələri də bu sıraya daxil ediləcək:
"Planda bütün tibb müəssisələri var. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirdiyinə görə bu müəssisələr publik hüquqi şəxs formasında olacaq. Sadəcə, bu zaman tibb müəssisələrinin daha çox imkanları olacaq, yeni səlahiyyətləri yaranacaq. Tibbi sığorta münasibətlərində rahat iştirak edəcəklər, fiziki şəxslərlə bərabər müəssisələrlə də müqavilələr bağlaya, əmlaklarından daha səmərəli istifadə edə biləcəklər. Onlar həm də qrant və ianə ala biləcəklər".
Nazirlik rəsmisi xatırladıb ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, "Publik hüquqi şəxs haqqında" qanun qüvvəyə mindikdən sonra ölkədə dövlət tibb müəssisələrinin statusu dəqiqləşib:
"Əvvəllər bu sahədə pərakəndəlik var idisə, bundan sonra konkretlik olacaq. Hazırda bu məsələ üzərində iş gedir və yekunlaşmaq üzrədir. Bütün bu işlər ölkədə icbari tibbi sığortanın tətbiqinə kömək edir".
O qeyd edib ki, pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir:
"Bundan sonra tariflər müəyyən ediləcək. Bütün dövlət tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək. Təbii ki, özəl tibb müəssisələrində ödənişlər fərqli ola bilər".

XƏBƏR LENTİ
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
İş yerinizdə bu qadağalar yoxdursa, şanslısınız
Şagirdləri üçün bunu da etdi-FOTO
Dəsmalları daha yumşaq etmək üçün 8 məsləhət
Bir klassik: İnci
Koronavirusdan sağalanlar təkrar yoluxa bilərmi? - Həkim
Məşhur cütlük koronavirusla mübarizəyə 1 milyon bağışladı
Yeni ABBYY FineReader Engine
Dəbli ayaqqabılar (2)
Yumurtanın qiymətini kim bahalaşdırır? - Quşçular Cəmiyyətindən CAVAB
Zuhal Topal məhkəmədə uduzdu
Yağ yandıran içki
Dekabr ayının HAVA proqnozu
Məhərrəmlikdə qanvermə aksiyasının keçiriləcəyi ünvanların siyahısı
Şeir öyrənək-1
Məşhur müğənni FOTOsessiyası ilə Qalmaqal yaratdı
Günəş enerjisi ilə işləyən təyyarə
Həyatın mənasını itirənlər üçün psixoloji və dini cavab
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Məşhur aktrisanın 1 milyonluq bağ evi-FOTO
General Motors ilk elektrikli velosipedini buraxıb
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Sofi Lorendən tonik və maska
Neft 15 dollara düşəcək? QORXULU PROQNOZ
Kiprikləri uzatmaq üçün maska
Everesti 24-cü dəfə fəth etdi-FOTO
Obamadan qalmaqallı namaz açıqlaması
Cəbhə xəttində son vəziyyət
Uşaqlarda piylənmə yaratmayan qidalar
Dünyanın ən varlı adamlarının siyahısı açıqlandı
Ana namizədləri, bu 6 qidadan uzaq durun
Modelyerlər deyir ki...
Məsləhətlərinizə ehtiyacım var
İlham Əliyev Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtından danışdı
Nazirdən bina sakinlərinə söz
Günəş ləkələri üçün qatıq və cəfəri maskası
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Yanğınsöndürənin çəkdiyi rəsmlər
Qadın.Netlə birlikdə hamiləlik (30-cu həftə)
Müdriklərin etmədikləri 10 əməl
Dəbli görünmək üçün 5 tövsiyə
Peyvəndin tərkibində alüminium və civə varmı? - VİDEO
Müdafiə Nazirliyindən Ermənistanın guya 13 Azərbaycan PUA-sını vurması iddiası ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyindən müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı AÇIQLAMA
Monika Belluçi Parisdə
Leyla Əliyeva tibb müəssisələrində - FOTO
2017-ci ilə damğa vuran maqazin xəbərləri - FOTO
Yeni ilə hazır olan heyvanlar
İnternet istifadəçilərinə ŞAD XƏBƏR

- ŞƏRHLƏR