Milli.Az Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun Trend-ə müsahibəsini təqdimr edir.
- Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə etdiyi yeni dəyişikliyə əsasən, belə fikirlər yarandı ki, dövlət müəssisələrindəki pulsuz xidmətlər artıq ləğv edilir, pullu xidmətlər yaradılır...
- Dövlət müəssisələrinin pullu xidmət göstərmək imkanı bizdə əvvəl də var idi. "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda bu imkan nəzərə alınıb. Yaxın gələcəkdə icbari tibbi sığorta proqramı tətbiq olunarkən kimə hansısa müəssisəyə müraciət edəndə onun üçün xidmətlər yenə də pulsuz olacaq. Lakin axı həmin xidmətə görə ödəniş olacaq, onun ödənişini də sığorta təşkilatı verəcək. Sığorta təşkilatının xidmətin pulunu ödəyə bilməsi üçün müəssisənin pullu xidmət göstərmək imkanı olmalıdır. Ancaq bu o demək deyil ki, hazırkı sistem dəyişdi və vətəndaşlar üçün tibbi xidmətlər pullu olacaq. Xeyr. Bu gün hökumət hüquqi sənədləşməni bugünkü qanunvericiliyin tələblərinə uyğunlaşdırır. "Publik hüquqi şəxslər" haqqında qanun qəbul olundu. Publik hüquqi şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı olacaq. Müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində tibb müəssisələri publik hüquqi şəxslər olacaq. Amma onlar yenə də dövlət müəssisələri olacaqlar və icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcəklər. Sadəcə olaraq, indi müəssisələr üçün pullu xidmət göstərmək imkanı Nazirlər Kabinetinin yeni qərarında əks olunur və burada qeyd edilir ki, dövlət müəssisələri pullu xidmət göstərə bilər. Bu da sığorta ilə bağlı olacaq. Artıq müəssisələr dövlətin büdcəsindən pul almayacaq, pulu sığorta şirkətindən alacaqlar.
- Onda belə çıxır ki, pullu xidmətlər sırf icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı edilir?
- Demək olar ki, haradasa onunla bağlıdır. Amma tam onunla bağlamaq da olmaz. Çünki icbari tibbi sığorta olmamışdan əvvəl də bu, qanunda var idi. Əvvəl tibb müəssisələrinin nümunəvi nizamnaməsi yox idi. Bir pərakəndəlik var idi. Bəzilərinin sənədləri əsasnamə, bəzilərininki isə nizamnamə formasında təsdiq olunaraq qeydiyyata alınırdı. Amma artıq nizamnamə hökumət tərəfindən təsdiq edilmiş vahid formada olacaq. Bütün növ tibb müəssisələrinin, hətta bələdiyyə tibb müəssisələrinin nizamnamələri bu nümunəvi nizamnaməyə uyğun olacaq.
- Pullu xidmətlər nə zamandan tətbiq olunmağa başlayacaq?
- Pullu xidmətlərin hələ bu yaxın zamanlarda tətbiq edilməsi nəzərdə tutulmur. İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər o, tətbiq olunmayacaq. Sığorta sistemi tətbiq olunduqdan sonra dövlət müəssisələrində pullu xidmətlər tətbiq olunacaq.
- Hansı tibbi xidmətlər pullu olacaq?
- Onu hələ ki, Nazirlər Kabineti müəyyən etməlidir. Nazirlər Kabineto pullu xidmətlərin hansı xidmətlərə aid olacağını müəyyən etdikdən sonra o mexanizm işə düşə biləcək. Müəssisənin pullu xidmət göstərmək imkanı olsa da, Nazirlər Kabineti hansı xidmətlərin pullu olacağını təsdiq etməyib.
- Azərbaycanda gələn ilin əvvəlindən pilot olaraq Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın başlanılması nəzərdə tutulur. Pullu xidmətlər tətbiq edildikdən sonra icbari tibbi sığortaya cəlb olunmayan qalan vətəndaşlar həmin pullu xidmətdən yalnız ödəniş aparmaqla istifadə edə biləcəklər?
- Pullu xidmətlərin tətbiqinə həmin pilot layihələr həyata keçiriləndə başlanılmayacaq. Sığorta sistemi bu iki rayon üzrə deyil, tam olaraq ölkə üzrə tətbiq edildikdə pullu xidmətlərin tətbiqinə başlanacaq. Bunlar hələ sınaq layihədir, istər-istəməz müəyyən çətinliklər, suallar ortaya çıxacaq. Bütün bunlar həll olunduqdan, bu işlərin rahat görülməsi imkanı yarandıqdan, bütün ölkə ərazisində sistemin tətbiqinə başlanıldıqdan sonra pullu xidmətin də tətbiqinin artıq aktuallaşması artıq gündəmə gələcək.
- Onda belə məlum olur ki, pullu xidmətin tətbiqinə başlanıldıqda əhalinin bütün təbəqəsi sığortalanmış olacaq və bu xidmətlərin tətbiqi adi vətəndaşın cibinə çox da təsir göstərməyəcək.
- Ümumiyyətlə, təsir göstərməyəcək. Əskinə, mən hətta deyərdim ki, bu halda vətəndaşın daha keyfiyyətli xidmət tələb etmək imkanı yaranacaq. Çünki həmin xidmətin pulunu sığorta şirkəti ödəyəcək və vətəndaşın da hər hansı xidmətdən faydalanmaq imkanı olacaq.
- Pullu xidmətlərin təşkili ölkədəki bütün dövlət müəssisələrinə şamil olunacaq?
- Xeyr. Hansı müəssisə sığorta proqramında iştirak edəcəksə, onlar da pullu xidmət göstərə biləcəklər. Bu gün bu məsələlər tam təsdiq olunmayıb. Amma bu qərarla bir zəmin yaradılır ki, sabah sığorta sistemi tətbiq olunduqda bu işdə çətinlik yaranmasın. Təbii ki, vətəndaşa bu gün necə tibbi xidmət göstərilirsə, sabah da elə göstərilməlidir. İmkan olduqda isə daha yaxşı tibbi xidmət göstərilməlidir. İndi isə bunun üçün zəmin yaradılır ki, sabah vətəndaşa daha yaxsı xidmət göstərilsin. Çünki bu gün bu edilməsə, sabah sığorta sisteminə keçdikdə ödənişin verilməsində problem yarana bilər. Hesab edirik ki, bu, hökumətin qəbul etdiyi çox vacib qərar idi.
- Bəs sığorta proqramında iştirak etməyən dövlət müəssisələrində pullu xidmətlərin təşkili necə olacaq?
- Hər halda onların fəaliyyətinə yenidən baxılacaq. Hər bir müəssisə özü çalışmalıdır ki, sığorta proqramında iştirak üçün tələb olunan şərtlərə cavab versin. Sığorta proqramının müəssisələr üçün müəyyən tələbləri olacaq. Təbii ki, tələblərə cavab verən müəssisələr proqramda iştirak edəcəklər.
Milli.Az
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)