Əzablı sevgi
Günəş batır, yavaş-yavaş gəlib düşür qaranlıq,
Sən qəlbimdən, ürəyimdən çıxmayırsan bir anlıq.
Ayırmağa çalışsalar, etsələr də yamanlıq,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Səndən ayrı qalmışam mən həsrətinlə alışıram,
Hisslərimi göstərməyib, gizləməyə çalışıram.
Allahıma yalvararaq qismətimlə barışıram,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Sən baxanda baxışınla isidirsən qəlbimi,
Sənə qismət olmasam mən, gəl özün qaz qəbrimi.
Ağaclara, çiçəklərə söyləyirəm sevgimi,
Uca Tanrım qıyarmı heç bu əzablı sevgiyə?!
Şərabı aldım ələ, məsteyi-xumar dedilər,
Sevgidən namə dedim, Məcnunu-Leyla dedilər.
***
İstədim ki sevinib, qəm yükündən azad olam,
"Dərdi yoxdur ki bunun, bəxtəvər insan" dedilər.
***
Şam kimi mən yanıram, halımı yoxdur soruşan,
O da yandıqca mənə Əsliyi-Kərəm dedilər.
***
Bixəbərlər eşqidən məzəmmətlə tənə edib,
Ürəyimlə oynayıb, kimsəsiz insan dedilər.
Ömür keçir
Söyləsən də "dünya fanidir" deyə,
Bu fani dünyanı sevirik yenə.
Yaşadıqca görürsən ki, bəxtinə
Bir gün sevinc, o biri gün qəm düşür,
Ömür keçir, qara telə dən düşür.
İllər ötür heç xəbərin olmadan,
Keşməkeşli yollarına varmadan,
Başladığın işi sona vurmadan,
Yollarına duman düşür, çən düşür,
Ömür keçir, qara telə dən düşür.
Diqqət etsən görərsən ki, bir anlıq
Yavaş-yavaş gedir əldən cavanlıq.
Gözlərinə çökür zülmət, qaranlıq,
Gözəllər də ətrafından gen düşür,
Ömür keçir, qara telə dən düşür.
Bu dünyanın hər oduna yanırıq,
Yaman günü müvəqqəti sanırıq.
Günlər keçir, illərə adlanırıq...
Ömrümüzün qürubu birdən düşür,
Ömür keçir, qara telə dən düşür.
Ömür davam edir ta o vaxtacan,
Haqq dünyaya köçürük bu dünyadan.
Dərgahına aparanda Yaradan,
Bir günahın yüz haqq işə tən düşür,
Ömür keçir, qara telə dən düşür.
Müəllif: Sevda (Titi)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Soğanın faydaları
Düşmənin yaşayış məntəqələrimizə atdığı top mərmiləri aşkarlandı
Dırnaqlardakı ağ ləkələr sağlamlığınız haqqında nə deyir?
Türkiyə aviabazasına ABŞ Hərbi-Hava Qüvvələrinin 3 yük təyyarəsi enib
Gəncədə möhtəşəm idman tədbiri keçirilib
Məşhur müğənni ilin dəb ikonası seçildi
ABŞ-ın Konqres kitabxanası
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayır
Çiyələkli maffinlər (foto resept)
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Aydan gələn ilk saat 28 il sonra tapıldı - FOTO
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Qızıl 3 dollardan çox bahalaşıb
Bakıda güclü külək fəsadlar törədib
Türkiyə millisi yoldaşlıq oyununda Monteneqroya qalib gəlib
Günün ramazan təqvimi (8 iyul)
"Yallı" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib
"Kral" kuboku götürdü
Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar
Bananlı eskimo(foto resept)
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Bakıda paradda erməni əsirlər nümayiş etdiriləcək? - RƏSMİ AÇIQLAMA
Məktəblərdə yeni dərs ilinə hazırlıq başlanıldı - VİDEO
Niyə "Sevgililər günü"?
Dünya çempionatının 23 xanımı
Putin Ermənistanı dağıdacaq
Soçi milli komandamızı geridə qoydu
Başqa dünyalar bir rəssamın gözü ilə
Moruqlu dondurma (foto resept)
Giləmeyvəli piroq (foto resept)
Kitab yarmarkasına "start" verildi
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Qarışqalarla mübarizənin ən asan üsulu
Düşüncələr dilə gəldi
Kitab rekord qiymətə satıldı
Sağlam saçlar üçün ən yaxşı 5 qida
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Ağcaqanad dişlədiyi yerə təbii üsullar
İnteryerdə televizorların yerləşməsi
Zəfəran çayının faydası
Yaponiyada ticarət mərkəzinə girən ayı qorxulu anlar yaşatdı - VİDEO
Günün qoroskopu: yaxşı tanımadığınız adamlara inanmağa dəyməz
Belə ömrü kişilər yaşayır...
10 min manatlıq güzəşt reallaşır
Günün ulduz falı
Müasir vanna otaqları
Dünyada ən populyar brauzer hansıdır?
Müəllimləri müsabiqədənkənar işə qəbul edəcək məktəblərin SİYAHISI
Oyunlardan nə qazanacağıq?
Saç tökülməsinə qarşı acı bibər maskası
- ŞƏRHLƏR