Bənzəyir
Gah dolub, gah da ki, boşalan dünya
Enişli, yoxuşlu yola bənzəyir.
Cəlladtək ürəyi daş olan dünya,
Qayalar uçuran selə bənzəyir.
İnsan var, həyatda xoş günlər görür.
İnsan var, qəm, hicran karvanı sürür.
Kim ölür, kimisi dünyaya gəlir,
Ömür də dövr edən ilə bənzəyir.
Bu fani dünyanın boran, qarı var,
Tərlan oylağında yatan sarı var.
Qəm adlı keçilməz daş hasarı var,
İki quyruqludu, filə bənzəyir.
Zülfüqaram, yandım, sönə bilmədim.
Karvanım köç etdi, dönə bilmədim.
Nə də haray salıb dinə bilmədim,
Kəm bəxtim lal olmuş dilə bənzəyir.
Gözlə sən
Ovun əldən gedər, bərən boş qalar,
Tərlan oylağında sarı gözləsən.
Ərənlər dövrəndə yurd, yuva salar,
Namusu, qeyrəti, arı gözləsən.
Nadanın, nakəsin yurdu dağılar,
Çeşmələri susuzlaşar, soğular.
Üzəmməyən dayazda da boğular,
Qəvvaz olub gur axarı gözlə sən.
Xoş arzu, diləyin axsa qanından,
Çəkdiyibən əzablar çıxar canından.
Bezməzsən ömürün heç bir anından
Bağbantək bağ salıb barı gözləsən.
Zülfüqar, kimlərə sinəni gərdin,
Sel getdi, yerindən qəm, hicran dərdin.
İnan ki, hər işin sonun görərdin
Baxmasan çox şeyə, yarı gözlə sən.
Qorxulu düymələr
"1961-ci ildə N.S.Xruşovla ABŞ-ın prezidenti
Kennedinin mübahisələri az qala ki,
atom silahlara əl atmaqla gətirib
dünya müharibəsinə çıxarmışdı.
O münasibətlə yazılıb."
Dünyanın özütək böyük dərdi var.
Onun dərdlərini düşünən varmı?
Bir deyin, ay müdrik, aqil insanlar,
Gözəl təbiətə qıymaq olarmı?
Deyin, kimə gərək bu ahı-vaylar?
Yoldan azanları yola gətirin.
Hansı bir barmaqsa düyməni basar,
Qorxunc düymələri tamam götürün.
Qırmayın qeybətin sözdə dünyanın,
Ağlayan da bizik, gülən də bizik.
Bu dünya bizimdi, biz də dünyanın
Yaşayıb, ömr edib, ölən də bizik.
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gəncədə bir ilk - FOTO
Koronavirusla bağlı SON STATİSTİKA
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"
Yüngül pəhrizlə 8 kq arıqladım!
Enrike əkizlərinin mühafizəsi üçün 600 min dollar xərcləyib - FOTO
Rusiyada qazın qiyməti qalxdı
Günün ulduz falı
Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər - Həkim
Üz ifadəsi yalanı aşkar edir
Tarix yazan idmançımız karyerasına son qoydu
Səhiyyə Nazirliyindən malyariyaya ilə bağlı açıqlama
Yarıçılpaq arvadını "Xəbərlər" verilişində görən ər "dəli oldu"
Düşmənlə 34 gün döyüşəndən sonra şəhidlik zirvəsinə yüksələn igid - VİDEO
Pelin Akıl əkizləri ilə jurnal üçün çəkildi
Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb”
Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi
Hamiləlikdə rahat yuxunun sirləri
Məşhur aktrisa şəxsi həyatından danışdı-FOTO
Bərdədə leysan yağdı
Atalar, əliniz cibinizdə olsun!
Nə qadını 3 yaş daha cavan göstərir?
İnsanın zirəkliyi nə ilə ölçülür?
Azərbaycan yenidən Rusiyadan balıq məhsulları almağa başlayır
Çinə 72 saat vaxt verildi - ŞOK TƏLƏB
Sumqayıtdakı kütləvi zəhərlənmənin səbəbi AÇIQLANDI
Süni mayalanmada ictimai qınağı necə sındırmalı?
Azərbaycan Braziliyada keçirilən Uşaq əməyi üzrə III Qlobal konfransda təmsil olunub
Aşiq olduğunuzu göstərən işarələr
İrmik halvası (foto resept)
Philips-dən yaşlılar üçün telefon
Duz
Təsiri sübuta yetirilmiş gözəllik sirləri
Miniatür əl işləri
Rihanna ana olmağa hazırlaşır-FOTO
Qol güləşçilərimiz bir günə 14 medal qazandı
Siqaret kökəldir
“Şəhid” edilmiş, viranə Seyidli - VİDEO
Şadlıq evlərində vəziyyət necədir?
Saxta texniki alət hətta partlaya bilər
Üç aylıq mənəvi səfərin birinci ayı
Bilərziklər
Ağdam rayonunun Pərioğlular kəndindən videogörüntülər - VİDEO
81 yaşlı nənə bədəni ilə heyran edir
Instagram-da yeni funksiya istifadəyə verildi
COVİD-19 xəstəsinin müalicə xərci hər kəsi heyrətləndirdi
Kürəkdəki ləkələri necə aradan qaldırmalı?
Zərif ayaqlar üçün idman hərəkətləri
Magdanın qəribə əl işləri
Ütünün təmizlənməsi- 6 effektli üsul
- ŞƏRHLƏR