Bənzəyir
Gah dolub, gah da ki, boşalan dünya
Enişli, yoxuşlu yola bənzəyir.
Cəlladtək ürəyi daş olan dünya,
Qayalar uçuran selə bənzəyir.
İnsan var, həyatda xoş günlər görür.
İnsan var, qəm, hicran karvanı sürür.
Kim ölür, kimisi dünyaya gəlir,
Ömür də dövr edən ilə bənzəyir.
Bu fani dünyanın boran, qarı var,
Tərlan oylağında yatan sarı var.
Qəm adlı keçilməz daş hasarı var,
İki quyruqludu, filə bənzəyir.
Zülfüqaram, yandım, sönə bilmədim.
Karvanım köç etdi, dönə bilmədim.
Nə də haray salıb dinə bilmədim,
Kəm bəxtim lal olmuş dilə bənzəyir.
Gözlə sən
Ovun əldən gedər, bərən boş qalar,
Tərlan oylağında sarı gözləsən.
Ərənlər dövrəndə yurd, yuva salar,
Namusu, qeyrəti, arı gözləsən.
Nadanın, nakəsin yurdu dağılar,
Çeşmələri susuzlaşar, soğular.
Üzəmməyən dayazda da boğular,
Qəvvaz olub gur axarı gözlə sən.
Xoş arzu, diləyin axsa qanından,
Çəkdiyibən əzablar çıxar canından.
Bezməzsən ömürün heç bir anından
Bağbantək bağ salıb barı gözləsən.
Zülfüqar, kimlərə sinəni gərdin,
Sel getdi, yerindən qəm, hicran dərdin.
İnan ki, hər işin sonun görərdin
Baxmasan çox şeyə, yarı gözlə sən.
Qorxulu düymələr
"1961-ci ildə N.S.Xruşovla ABŞ-ın prezidenti
Kennedinin mübahisələri az qala ki,
atom silahlara əl atmaqla gətirib
dünya müharibəsinə çıxarmışdı.
O münasibətlə yazılıb."
Dünyanın özütək böyük dərdi var.
Onun dərdlərini düşünən varmı?
Bir deyin, ay müdrik, aqil insanlar,
Gözəl təbiətə qıymaq olarmı?
Deyin, kimə gərək bu ahı-vaylar?
Yoldan azanları yola gətirin.
Hansı bir barmaqsa düyməni basar,
Qorxunc düymələri tamam götürün.
Qırmayın qeybətin sözdə dünyanın,
Ağlayan da bizik, gülən də bizik.
Bu dünya bizimdi, biz də dünyanın
Yaşayıb, ömr edib, ölən də bizik.
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mehmet Əli Erbilin səhhəti ağırlaşıb
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Əl yazısı sıradan çıxır?
Ağstafa rayonunun kəndinə təbii qaz verilib
Rusiyalı rəssamın əl işləri
Bu gün Azərbaycana payız fəsli daxil olur
Azərbaycanda İLK - Qan dövranı dayandırılmaqla əməliyyat keçirilib
Məşhur alimdən qorxulu xəbərdarlıq
Əkizlərini Ronalduya bənzətdilər - FOTO
Yay ayaqqabıları
Günəş tutulması başladı
Bayram rabitəçilərimizin işini çətinləşdirdi
İşğal edilən rayonlar Azərbaycana qaytarılır
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
Hava haqqında
Leyla Əliyevadan xanımlarla bağlı paylaşım
Bitkilər və təbabət (5)
Türk bayrağına qarşı hərəkət sosial şəbəkəni "partlatdı"
Zeytun salatı (foto-resept)
Bakıda qeyri-adi bəy-gəlin - Maşınlarını saxladıb, bazarlıq etdilər
WhatsApp-da təhlükə
Tovuzda 9 min illik yaşayış məskəni aşkarlanıb
Prezident: “Daha üç kənd işğaldan azad edildi”
Həkimlə məsləhətləşmədən idmana başlamayın!
Məşhur cütlük yenidən boşanır-SƏBƏB-FOTO
Ermənilər Ağdam sakinini yaraladılar
Bilirsizmi?
Paytaxtda unikal işıqforlar quraşdırılacaq
Heydər Əliyevin vəfatından 11 il ötür
Bulka (foto resept)
Məşhur modeldən gözlənilməz etiraf
Selena Gomez Çimərlikdə-FOTO
Hande Yenerdən gözlənilməz irad
Hava haqqında - 14.03.2014
Möhtəşəm gəlinliklər
Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma
Bu mövzular haqqında düşünməlisiniz
Qan donduran xəbər - 1700 cəsəd...
Beren Saatın “Netflix”dəki serialı
Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib
Nazirdən pandemiya ilə əlaqədar olaraq şagirdlərin yerdəyişməsi ilə bağlı AÇIQLAMA
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Saatlar bir saat geri çəkiləcək
İşğal altındakı abidələrimizə dəyən zərərin qiymətləndirilməsi başa çatır
Tom Kruz və Keti Holmsun qızı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Qonaq gəlmişik olmaz, sakit ol!
Yemək qoxularını necə aradan qaldırmalı?
Narlı-çuğundurlu salat (foto resept)
Yanvarın 21-i İŞ GÜNDÜDÜRMÜ?
Plastik pəncərənin bu boltunu çevirin - Sən demə, YAY və QIŞ rejimləri var imiş - VİDEO
- ŞƏRHLƏR